Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə qurumun əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gediblər.
Liderxeber.azbildirir ki, onlar ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.