COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi altında iqlim konfransı ən yüksək səviyyədə keçirilir.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta COP29-un birinci günündə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, belə bir miqyasda tədbirə hazırlıq asan məsələ deyil, lakin ölkə hökuməti və təşkilatçılar böyük iş görüblər.