• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İlham Əliyev ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşavirini qəbul edib

Ölkə

9-10-2024, 16:08
İlham Əliyev ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

Liderxeber.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb.

Con Podesta deyib ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib. O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər, xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul olunmasının vacibliyini bildirib.

Prezident İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla qeyd edib. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib. Prezident İlham Əliyev bu konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini deyib. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu vurğulanıb. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olunub və bu çərçivədə aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən olunması üçün önəmi bildirilib.

Con Podesta ABŞ-nin regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olunub.

14:23

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.

Liderxeber.az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

29-04-2024, 13:52

Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib

Ölkə

25-07-2024, 18:49

Azərbaycan iqlim maliyyəsi üzrə hədəfin qəbul olunması üçün “G20”nin maliyyə nazirlərinə çağırış edib

Ölkə

10-10-2024, 11:37

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Ölkə
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
“AzParking” sürücülərə müraciət etdi
“AzParking” sürücülərə müraciət etdi
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Bu gün, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Bu gün, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Dünən, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Bu gün, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Bu gün, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Bu gün, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
  • Bu gün, 13:30
    Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
  • Bu gün, 13:27
    “Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır”
  • Bu gün, 13:01
    “Azərbaycan əsgəri İrəvanda Koçaryanla qonşu kamerada saxlanılır”
  • Bu gün, 12:23
    Azərbaycan samboçusu dünya çempionatında gümüş medal qazandı
  • Bu gün, 12:14
    Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
  • Bu gün, 11:36
    Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
  • Bu gün, 11:18
    Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
  • Bu gün, 10:31
    “Əllərin qana bulaşıb...” - Bayden ailəsinə hücum
  • Bu gün, 10:08
    ADY yükdaşımaları üzrə ən yüksək göstəricilər əldə edib
  • Bu gün, 09:46
    Şöbə rəisi qəfil vəfat etdi
  • Bu gün, 09:12
    Paşinyan Türkiyədədir
  • Bu gün, 08:54
    Pezeşkian Türkiyəyə gedir
  • Dünən, 17:13
    Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
  • Dünən, 15:58
    Aktyor Aslan Fətullayev vəfat etdi
  • Dünən, 15:10
    Görmə məsafəsi 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Dünən, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Dünən, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Dünən, 12:48
    Sabah da yağış yağacaq
  • Dünən, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Dünən, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə