• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Ölkə

1-07-2024, 16:18
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2024-cü il iyunun 30-da inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən Liderxeber.az-a verilən xəbərə görə, nəticələr qurumun rəsmi saytına yerləşdirilib.

Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2557 namizəddən 57 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 9 nəfər, BA4 altqrupu üzrə 27 nəfər, BB1 altqrupu üzrə 15 nəfər, BB2 altqrupu üzrə 56 nəfər, BB3 altqrupu üzrə 104 nəfər, BB4 altqrupu üzrə 195 nəfər olmaqla, ümumilikdə 408 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il iyulun 2-dən 15-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyul saat 10:00-dan 4 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

19-02-2024, 14:50

Dövlət qulluğuna qəbul üçün test imtahanının nəticəsi ELAN OLUNDU

Ölkə

9-10-2023, 15:40

Dövlət qulluğuna qəbul imtahanının nəticəsi elan olunub

Ölkə

2-04-2024, 18:23

Martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Ölkə

6-06-2023, 18:16

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Ölkə

13-05-2024, 15:44

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

Ölkə
Laçında traktor minaya düşdü
Laçında traktor minaya düşdü
“Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır”
“Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır”
Daha 5 pilot mübarizəni dayandırdı - Yenilənib
Daha 5 pilot mübarizəni dayandırdı - Yenilənib
Prezident onları təltif etdi - Siyahı
Prezident onları təltif etdi - Siyahı
Siyasət
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
Bu gün, 12:00
İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
Bu gün, 10:28
“30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Bu gün, 09:47
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Dünən, 16:17
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
24-09-2026, 11:11
“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev
Prezident daha bir dövlət proqramını təsdiqlədi
23-09-2026, 10:27
Prezident daha bir dövlət proqramını təsdiqlədi
Xəbər Lenti
  • Dünən, 13:44
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • Dünən, 13:01
    Laçında traktor minaya düşdü
  • Dünən, 12:42
    Formula 2-də ikinci yarışın qalibi bilindi - Yenilənib
  • Dünən, 12:00
    İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar
  • Dünən, 11:22
    Formula 2-də ikinci əsas yarış başladı
  • Dünən, 10:28
    “30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür”
  • Dünən, 10:16
    “Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq” - Pezeşkian
  • Dünən, 09:47
    “Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident açıqladı
  • Dünən, 09:15
    Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulur
  • Dünən, 09:00
    “Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır”
  • Dünən, 17:30
    Rassel yenə birinci oldu - Yenilənib
  • Dünən, 17:10
    Daha 5 pilot mübarizəni dayandırdı - Yenilənib
  • Dünən, 16:12
    Formula 1-də sıralama turu başladı - Yenilənir
  • Dünən, 16:00
    Prezident onları təltif etdi - Siyahı
  • Dünən, 15:17
    Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
  • Dünən, 15:09
    Bu gün Türkiyə - Fransa oyunu var
  • 25-09-2026, 13:13
    Litva- Azərbaycan matçının hakimləri açıqlandı
  • 25-09-2026, 12:44
    32° isti, leysan... - Sabahın havası
  • 25-09-2026, 12:20
    Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı çəkildi - Video
  • 25-09-2026, 11:35
    “Hərbçilərin maaşının artırılmasına 550 milyon manat ayrılacaq”
  • 25-09-2026, 10:11
    Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
  • 25-09-2026, 09:43
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • 25-09-2026, 09:15
    İrana hücumların dayandırılmasına dair qətnamə rədd edildi
  • 25-09-2026, 09:10
    Netanyahu danışanda zalı tərk etdilər
  • 25-09-2026, 09:07
    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə