• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Müdafiə ehtiyaclarının meyarları müəyyənləşib

Ölkə

20-06-2024, 18:53
Müdafiə ehtiyaclarının meyarları müəyyənləşib

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası müəyyənləşib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti qərar verib. Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları aşağıdakılardır:

- Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və əhalinin təcavüzdən qorunması;

- Konstitusiya quruluşunun, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin, müdafiəsinin və toxunulmazlığının təmin edilməsi;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi;

- terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

- müdafiə sənayesinin inkişafının təmin edilməsi;

- sülhməramlı missiyanın həyata keçirilməsi;

- mühafizə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi;

- strateji əhəmiyyətə malik dövlət obyektlərinin, ixrac neft və qaz boru kəmərlərinin və onların infrastruktur obyektlərinin mühafizəsinin təmin edilməsi;

- kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibercinayətkarlığa qarşı mübarizə;

- xüsusi rabitənin və informasiya təhlükəsizliyinin təmin edilməsi;

- məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi;

- mülki müdafiənin təşkili;

- səfərbərlik və hərbi xidmətə çağırış.

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların predmetinə aşağıdakılar aiddir:

- silahların bütün növləri, döyüş sursatları, hərbi təyinatlı texnika, texniki vasitələr, sistemlər, avadanlıqlar, proqram təminatları, lisenziyalar, uçuş aparatları, üzmə vasitələri, maşınlar, alətlər, cihazlar, qurğular, mal-materiallar, dəstləşdiricilər, bunlarla əlaqəli hər növ vasitələr, ehtiyat hissələri, xidmətlər və işlər (istehsal, təmir,modernizasiya, bu istiqamətdə elmi tədqiqat və təcrübi-konstruktor işləri, texniki servis xidmətləri);

- silah, döyüş sursatı, hərbi texnika və digər hərbi əmlak istehsal etmək üçün avadanlıq;

- silahların, döyüş sursatlarının, hərbi texnikanın və digər hərbi əmlakın hazırlanması məqsədilə istifadə olunan xammal, material və onların komponentləri;

- kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan mallar, işlər və xidmətlər;

- hərbi qulluqçuların hərbi geyim forması, əşya əmlakı və ərzaq məhsulları;

- hərbi hissələrin, hərbi şəhərciklərin, hərbi infrastruktur obyektlərinin (bina və (və ya) qurğuların), habelə digər məxfi rejimli obyektlərin (bina və (və ya) qurğuların) layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), sökülməsi, o cümlədən tikinti meydançasının təşkili, zəruri konstruksiyaların qurulması, tamamlama və ya abadlıq işləri, müəllif nəzarəti, habelə bunlarla əlaqədar digər xidmətlər və işlər (qazma, geodeziya, mühəndis-axtarış, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, seysmik, elmi tədqiqat işləri, əsas fondlara və vəsaitlərə xidmət göstərilməsi);

- müdafiə sənayesi obyektlərinin (silah, sursat, hərbi texnika və digər hərbi əmlakın istehsalı, təkmilləşdirilməsi, təmiri və utilizasiya üçün sahələrin) inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və sökülməsi;

- beynəlxalq və ölkə səviyyəli hərbi təlimlərin və hərbi yarışların təşkili ilə bağlı satın alınan mallar, işlər və xidmətlər;

- fövqəladə və səfərbərlik ehtiyatlarına tədarük olunan mallar;

- xüsusi prosedurun tətbiq edilməsi şərtilə bu Qaydada göstərilən meyarlar üzrə digər satınalmalar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

4-06-2024, 19:28

Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib

Siyasət

15-03-2024, 18:14

Bakı Bəyannaməsinin mətni açıqlanıb

Ölkə
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Bu gün, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Bu gün, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Bu gün, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Bu gün, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Bu gün, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Bu gün, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Bu gün, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Bu gün, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Bu gün, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
  • Bu gün, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Bu gün, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Bu gün, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Bu gün, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Bu gün, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Bu gün, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Bu gün, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Bu gün, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Bu gün, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə