• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf etdi

Ölkə

3-06-2024, 13:31
Bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf etdi

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.

Təqsirləndirilən şəxs etirazını zərərçəkmiş tərəfin prosesdə iştirak etməməsi, dəymiş ziyanın nədən ibarət olduğunu bilməməsi ilə əlaqələndirib: “Heç bir dövlət qurumu mənim fəaliyyətimdən narazı qalmayıb. Həmçinin mən özümü təqsirli bilmirəm. Məni işə salıblar. Zərərçəkmiş gəlsin ifadə versin, desin görək, onlara nə ziyan dəyib”.

Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin etirazının əsassız olduğunu deyib. Prokuror izah edib ki, bu işdə zərərçəkmiş yox, zərərçəkmiş qurumun nümayəndəsi var, qanun da onu dindirməyə icazə vermir. Təqsirləndirilən şəxs və vəkilləri prokurorun izahına baxmayaraq, etiraza davam ediblər. Müdafiə və ittiham tərəfi arasındakı sözlü mübahisəyə məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov nöqtə qoyub.

Hakim qarşısındakı Cinayət-Prosessual Məcəlləsindən məhkəmə istintaqının aparılması ilə bağlı qaydanı oxuyub, müdafiə tərəfini prosesin gedişinə maneə yaratmamağa çağırıb: “Qanun deyir ki, belədir. Harada görülüb ki, qanunu dəyişək?! Biz sizə hörmətlə yanaşırıq, siz də məhkəməyə elə yanaşın”.

Bundan sonra müdafiə tərəfi etirazı dayandırıb, prokuror sual-cavaba başlayıb.

Prokuror təqsirləndirilən şəxsdən Seyşel adalarında qurulan şirkətin kimə məxsus olduğunu və faktiki olaraq kim tərəfindən idarə edildiyini soruşub.

Çingiz Mehdiyev deyib ki, “Dayton” şirkətini faktiki olaraq anası idarə edib, amma onun da adına etibarnəmə olub: “Dayton” alış-satış və digər fəaliyyətlərlə məşğul idi. “Formula 1” başlamazdan əvvəl mənə tapşırıq verildi ki, avadanlıqların alınması üçün etibarlı şirkət tapım. Mən də qohumlarıma müraciət etdim. Bu işləri ölkədə ancaq mən bilirdim. “Dayton” da bizim maraqlarımıza uyğun idi. Həmin şirkət bizə heç bir şirkətin etməyəcəyi güzəşti etdi. İki ay ödəniş etmədik, amma yenə də əməkdaşlığı davam etdirdi”.

Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Çingiz Mehdiyevdən tapşırıqları kimdən aldığını soruşub. Mehdiyev sualdan yayınmaq istəsə də, hakimin təkidindən sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun adını çəkib. Məlumat üçün deyək ki, daha əvvəl Arif Rəhimov Bakı Şəhər Əməliyyat Halqasının rəhbəri olub. Çingiz Mehdiyev bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf edib.

Təqsirləndirilən şəxsin prokurorun suallarına yarı rus, yarı Azərbaycan dilində, həmçinin dolaşıq cavablar verməsi prokuroru yenidən özündən çıxarıb: “Baxıram ki, siz rus dilindən Azərbaycan dilinə tərcümələr etmisiniz. Amma burada deyirsiniz ki, Ana dilində danışa bilmirəm. Bundan əlavə, mən başqa şey soruşuram, siz başqa şey deyirsiniz. Belə olmaz”.

Prokurorun müvəkkilinə münasibətdə dediklərinə müttəhimin vəkili “kiməsə dərs keçməyə ehtiyac yoxdur”, - deyərək etiraz edib. “Görünür ki, ehtiyac var”, -deyə prokuror cavab verib. Sədrlik edən hakimin müdaxiləsindən sonra zalda səssizlik yaranıb. Hakim özü də təqsirləndirilən şəxsdən suallara mahiyyəti üzrə cavab verməsini tələb edib.  Bundan sonra proses iyunun 10-na kimi təxirə salınıb.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

7-11-2023, 13:38

Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Media

12-03-2024, 17:10

1 milyonluq əmlakına həbs qoyuldu - “Formula 1”dəki mənimsəməyə görə

Ölkə
Sabah da yağış yağacaq
Sabah da yağış yağacaq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Bu rayona 33 sm qar yağıb
Bu rayona 33 sm qar yağıb
Bakıda bu xəstəxana təmirə bağlanır
Bakıda bu xəstəxana təmirə bağlanır
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Bu gün, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Bu gün, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Bu gün, 12:48
    Sabah da yağış yağacaq
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə