• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu gün imtahan var

Ölkə

2-06-2024, 11:02
Bu gün imtahan var

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

Bu barədə DİM-dən Liderxeber.az-a bildirilib ki, I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisas qrupu üzrə imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanacaq. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 149 bina, 2657 zal ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

28-02-2024, 15:13

Martın 3-də 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Ölkə

11-05-2023, 10:30

Mayın 14-də 14 mindən çox şagird imtahan verəcək

Ölkə

13-04-2023, 10:00

Aprelin 16-da ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

Ölkə

18-04-2024, 13:17

Aprelin 21-də 9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək

Ölkə
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
Leysan, dolu, qar... - Sabahın havası
Siyasət
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Bu gün, 17:24
Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Bu gün, 15:21
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Bu gün, 11:33
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
Bu gün, 10:21
Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
Prezident YAP-ın VIII Qurultayında - Foto
Bu gün, 10:06
Prezident YAP-ın VIII Qurultayında - Foto
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Dünən, 11:19
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
Xəbər Lenti
  • Dünən, 18:00
    Ronaldonu belə geri qaytarmaq istəyirlər
  • Dünən, 17:24
    Fərid Əhmədov Xankəndidə qəbul keçirdi - Fotolar
  • Dünən, 16:21
    Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
  • Dünən, 15:21
    Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar
  • Dünən, 14:35
    Texnologiyada qadın gücü - “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
  • Dünən, 14:03
    Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama
  • Dünən, 13:41
    Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
  • Dünən, 13:10
    Leysan, dolu, qar... - Sabahın havası
  • Dünən, 12:25
    FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi
  • Dünən, 12:21
    Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar
  • Dünən, 12:01
    30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
  • Dünən, 11:33
    Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
  • Dünən, 11:05
    Məktəbdə gözünə kimyəvi məhlul düşən şagirdin vəziyyəti açıqlandı - Yenilənib
  • Dünən, 10:21
    Hikmət Hacıyev: "Zəngəzur dəhlizini məcazi mənada Panama kanalı kim görə bilərik"
  • Dünən, 10:06
    Prezident YAP-ın VIII Qurultayında - Foto
  • Dünən, 09:45
    Portuqaliya millisi Ronaldosuz da qalib gəldi - Video
  • Dünən, 09:21
    Bakının bu rayonlarında qaz kəsiləcək
  • Dünən, 09:00
    Qeyri-sabit hava ilə bağlı əhaliyə - Çağırış
  • Dünən, 17:59
    Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
  • Dünən, 17:02
    Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
  • Dünən, 16:38
    “Qarabağ” “Zirə” ilə qarşılaşacaq
  • Dünən, 16:11
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:21
    Bakıda üzgüçülük üzrə Dünya Kuboku başladı - Fotolar
  • Dünən, 15:17
    Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
  • Dünən, 15:17
    Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə