• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar

Siyasət

2-10-2026, 15:21
Kamran Əliyev Baş prokurorların 24-cü iclasında - Fotolar

Məlumat verildiyi kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.

Liderxeber.az xəbər verir ki, səfər çərçivəsində oktyabrın 1-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kazan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib.

İclasda “Ənənəvi ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanlar arasında qanunazidd məzmunun yayılmasının qarşısının alınması” mövzusunda çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında ailə və uşaqların müdafiəsinin möhkəm konstitusion və qanunvericilik əsaslara malik olduğunu bildirib.

Baş prokuror qeyd edib ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir, uşaqların hüquqlarının, qanuni mənafelərinin və təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Daha sonra o, uşaq hüquqlarının müdafiəsi, həmçinin azyaşlıların cinayətkar fəaliyyətə cəlb edilməsinin qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.

Habelə tədbir çərçivəsində 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü Azərbaycan Respublikası Prokurorluq orqanları əməkdaşları və veteranları rəsmi olaraq təbrik edilib.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyevlə Tacikistan Respublikasının Baş prokuroru Həbibullo Vohidzoda arasında ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, yeni əməkdaşlıq proqramının hazırlanaraq imzalanması barədə razılıq əldə edilib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevlə Qırğız Respublikasının Baş prokuroru Malik Bekturqanov arasında görüş keçirilib.

Tərəflər prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Qırğız tərəfi prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və rəqəmsallaşdırılması, eləcə də kibercinayətlərə qarşı mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.

Bundan əlavə, Baş prokuror Kamran Əliyevlə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yeni təyin olunmuş icraçı katibi Aleksandr Gennadyeviç Bajenov arasında da görüş keçirilib. Baş prokuror Aleksandr Bajenovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, prokurorluq orqanlarında qazandığı peşəkar təcrübənin Şuranın fəaliyyətinə əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın BPƏŞ-in fəaliyyətində fəal iştirakı, o cümlədən, qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Tədbir müddətində, həmçinin Baş prokuror Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə işçi görüşlər keçirərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Səfər çərçivəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Rusiya Federasiyası Prokurorluğunun Universitetinin Kazan hüquq İnstitutunda “Prokurorluğun rəqəmsal transformasiyası və peşəkar məsuliyyət” mövzusunda mühazirə ilə çıxış edərək Azərbaycan Prokurorluğunun bu sahədə təcrübəsi barədə dinləyicilərə geniş məlumat vermiş, panel müzakirələrdə iştirak edərək dinləyicilərin suallarını cavablandırıb.

Bununla da Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

30-08-2025, 17:07

Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələri yeni müstəvidə

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə

29-05-2026, 15:18

Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar

Siyasət

21-08-2026, 13:59

Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Ölkə
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
E-Bələdiyyə tətbiqi istifadəyə verildi
E-Bələdiyyə tətbiqi istifadəyə verildi
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
Siyasət
Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
Bu gün, 17:50
Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 16:31
Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Dünən, 16:34
Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
Bayramov Əraqçi ilə danışdı
3-10-2026, 13:35
Bayramov Əraqçi ilə danışdı
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 12:03
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
3-10-2026, 09:05
“Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər”
Xəbər Lenti
  • Dünən, 17:50
    Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi
  • Dünən, 17:00
    Rəşid Məmmədəliyev üçüncülük görüşünə çıxacaq
  • Dünən, 16:40
    Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı
  • Dünən, 16:31
    Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
  • Dünən, 16:05
    Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
  • Dünən, 15:52
    Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik?
  • Dünən, 15:00
    Nikolas Maduronun ABŞ-də həbsdə olan arvadının vəziyyəti pisləşir
  • Dünən, 14:23
    Husilər Səudiyyə Ərəbistanında aeroportları və neft obyektlərini vurdular
  • Dünən, 14:18
    Hidayət Heydərov DÇ-də uduzdu - Yenilənir
  • Dünən, 14:06
    Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
  • Dünən, 13:15
    İstanbulda məktəbdə bıçaqlı hücum - 8 yaralı
  • Dünən, 12:07
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Dünən, 11:48
    Duracaq və qarajlarla bağlı - Dəyişiklik
  • Dünən, 11:26
    Hidayət Heydərov dünya çempionatına qələbə ilə başladı
  • Dünən, 10:51
    Laçında daha üç SES tikilir - Video
  • Dünən, 10:37
    Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN
  • Dünən, 10:09
    Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
  • Dünən, 09:54
    Bu ərazilərə yağış yağıb
  • Dünən, 09:19
    Konqoda gəmilər toqquşdu - 30 nəfər öldü
  • Dünən, 09:00
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dünən, 17:26
    Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
  • Dünən, 16:34
    Qara dənizdə şəhidimizin adını daşıyan gəmidə yanğın
  • Dünən, 16:27
    “Vallah-billah, biabırçı vəziyyətdir...” - Video
  • Dünən, 15:47
    “Sabah”ın oyununa 45 min bilet satılıb
  • Dünən, 15:19
    Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə