• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Güclü geomaqnit qasırğası qeydə alınıb

Ölkə

25-03-2024, 14:43
Güclü geomaqnit qasırğası qeydə alınıb

2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, geomaqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub. Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi. İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib.

Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır.

Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.

Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

11-05-2023, 11:00

Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır

Dünya

22-05-2023, 10:16

Bu gün geomaqnit qasırğası olacaq

Dünya

20-11-2023, 15:20

Geomaqnit qasırğası gözlənilir

---

3-07-2023, 15:30

İyul ayı üçün kosmik hava proqnozu açıqlanıb

Media

31-10-2023, 11:56

Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək

Ölkə
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
Bu rayonlara qar yağıb
Bu rayonlara qar yağıb
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Bu gün, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Bu gün, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Bu gün, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Bu gün, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Bu gün, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Bu gün, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Bu gün, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Bu gün, 10:17
    Bu rayonlara qar yağıb
  • Bu gün, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Bu gün, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Bu gün, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
  • Dünən, 17:14
    Türkiyə yaxın həftələrdə “Akkuyu” AES-i istismara verməyi planlaşdırır
  • Dünən, 16:39
    Ağdaşda ənənə və innovasiya bir araya gələcək – Heyva festivalına sayılı günlər qaldı
  • Dünən, 16:00
    Zəngilan Aqroparkı yaradıldı - Fərman
  • Dünən, 15:40
    Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
  • Dünən, 15:21
    “Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
  • Dünən, 14:41
    Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
  • Dünən, 14:26
    Neftçalanın icra başçısı səyyar qəbul keçirib
  • Dünən, 14:08
    “İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
  • Dünən, 14:00
    Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
  • Dünən, 13:40
    Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə