• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezident İlham Əliyev MDB-nin Baş katibini qəbul edib

Ölkə

8-02-2024, 13:11
Prezident İlham Əliyev MDB-nin Baş katibini qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

LiderXəbər xəbər verir ki, Sergey Lebedev Prezident İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə bu seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirib, MDB müşahidə missiyasının Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb.

Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Vurğuladı ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirdi.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə seçkilərin keçirilməsi prosesində iştirak etdiyini dedi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğuladı.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu dedi. Qonaq hər bir seçkinin ölkələrin qanunverciiliyinə uyğun və Seçki Məcəlləsi əsasında keçirilməli olduğunu qeyd etdi və bu seçkilərin də Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirdi.

Baş katib bu gün mətbuat konfransı keçirəcəklərini və seçki müşahidə missiyasının fəaliyyəti haqqında hesabatlarını geniş ictimaiyyətə təqdim edəcəklərini dedi.

Dövlətimizin başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğuladı.

Keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qaytarıldığını və bunun üçün Böyük Qayıdış Proqramı əsasında məcburi köçkünlərin geri qayıdışına dair layihələrin icra edildiyini deyən Prezident İlham Əliyev birinci mərhələnin 2026-cı ildə başa çatdırılacağını, bundan sonrakı mərhələlərdə də məcburi köçkünlərin geri qayıtmalarının təmin olunacağını diqqətə çatdırdı.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunuldu, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparıldı.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

13-01-2024, 14:57

Jalə Əhmədova: "Azərbaycan son 30 il ərzində qarşıya qoyduğu əsas hədəflərə nail olub"

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Siyasət

2-02-2024, 16:20

Səbinə Əliyeva: Seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
Sürücülərin nəzərinə!
Sürücülərin nəzərinə!
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Cəlilabadda ovçuluq təsərrüfatı yanır
Siyasət
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Dünən, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Dünən, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Dünən, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Dünən, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
21-10-2026, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21-10-2026, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Xəbər Lenti
  • Bu gün, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • Bu gün, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • Bu gün, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • Bu gün, 09:43
    Sürücülərin nəzərinə!
  • Bu gün, 09:11
    Bakıda FIFA DÇ həyəcanı başlayır
  • Bu gün, 09:00
    “İran düşmənin zəif cəhətlərini bilir”
  • Dünən, 17:32
    Kəşfiyyatdan Kim Çen Inın ölümünə dair xəbərlərə - Reaksiya
  • Dünən, 16:18
    Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:10
    İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
  • Dünən, 15:53
    Cəlilabadda ovçuluq təsərrüfatı yanır
  • Dünən, 15:31
    “Əsas müttəfiqiniz Mehriban xanımdır”
  • Dünən, 15:08
    Fransada naməlum şəxs insanlara atəş açdı - 1 ölü, 4 yaralı
  • Dünən, 14:30
    Əmək münasibətlərində şikayətlər, hüquqi problemlər və münaqişələrin həlli: 
  • Dünən, 14:30
    Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
  • Dünən, 14:17
    “Ermənistanla əldə edilmiş irəliləyişdən məmnunuq”
  • Dünən, 13:11
    Türkiyədə mədəndə partlayış - Ölən və yaralananlar var
  • Dünən, 12:34
    Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Fotolar - Yenilənib
  • Dünən, 12:12
    Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
  • Dünən, 11:06
    “Həzi Aslanov”a birbaşa gediş-gəliş bərpa olunur
  • Dünən, 09:23
    “Araz-Naxçıvan” “Qəbələ”yə, “Sumqayıt” “Zirə”yə qarşı
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə