• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

20 Noyabr Ağdam şəhəri günüdür!

Ölkə

20-11-2023, 16:00
20 Noyabr Ağdam şəhəri günüdür!

Tarixi minillikləri adlayan, ilk insan məskənlərinin yaşı 6-8 min il bundan əvvələ təsadüf edən, 1930-cu ildə rayon kimi yaradılan Ağdam Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən füsunkar təbiətə malik olan bir rayondur.

Qarabağın mərkəzində yerləşən Ağdam rayonu özünün abidələri ilə mənəvi irsimizi özündə yaşadan dilbər guşələrdən biridir. Rayonun infrastrukturu hələ Sovetlər dönəmində mühüm əhəmiyyət kəsb etmişdir. Ağdamın gözəlliyinin nəticəsi idi ki, daim mənfur qonşularımız cənnət guşəsi olan Qarabağın digər rayonları kimi, buranı da diqqətində saxlamış, hər vəchlə bu torpaqları işğal etməyə can atmışlar.1992-ci ildə Azərbaycanın siyasi həyatındakı boşluqlar, hərc-mərclik o zaman Ölkəmizin gücünü xeyli zəiflətmişdi. Yarıtmazların iş başına keçməsi, ölkəni həm daxildə iflic etmiş, həm də xaricdən gələn təhlükə qarşısında çıxılmaz vəziyyətdə qoymuşdu. Məhz belə bir vəziyyətdə Azərbaycana qarşı ərazi iddiası adı altında savaş açan ermənilər Qarabağın işğalını sürətləndirirdilər.

O zaman Ağdam 42 gün müqavimət göstərdi, düşmən hücumlarının qarşısını aldı, lakin 42 günlük inadlı müdafiə əzmi 1993-cü il 22 iyulda qırıldı. Ağdamın çox hissəsi erməni vandallarının işğalı altına düşdü. Belə ağır şəraitdə müstəqilliyinin itirilməsi təhlükəsi yaşandığı bir zamanda xalq onu aydınlığa çıxara biləcək qüvvənin məhz Heydər Əliyev olduğunu anlamış və yenicə hakimiyyətə gətirmişdi. Dahi Leder hakimiyyətə gəldiyi ilk gündən Ölkəmizin güclənməsi üçün bütün qüvvəsini səfərbər etdi. İlk olaraq, daxildə sabitliyi bərpa edən Ulu Öndər beynəlxalq aləmdə də dövlətimizi nüfuz sahibi etmək üçün diplomatik səy nümayiş etdirdi.

Qısa zaman kəsiyində çevik düşüncəsi, iti zəkası hesabına Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünün artmasını təmin edən dahi rəhbər ölkəni regionun ən güclü dövləti olması üçün bir sıra addımlar atdı. Azərbaycan Ümummilli liderin apardığı uğurlu diplomatiya nəticəsində qısa zamanda nəinki regionda, hətta dünyada söz sahibi oldu. Söz sahibi olan Azərbaycan əbədi və əzəli torpaqlarınında tək hakim olmaq üçün düşmənlə ciddi danışıqlar apardı. Sülh niyyətli danışıqlar hər dəfə düşmən tərəfindən pozulsa da, bacarıqlı rəhbərimiz siyasət masasından heç vaxt məğlub ayrılmadı. O inanırdı ki, gec-tez o torpaqlar əsl sahiblərinə qayıdacaq. Elə bütün düşüncələrini də bu istiqamətə yönəldirdi. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!”-deyərək bu istiqamətdə mübarizə apardı, özündən sonra gələcək iqtidara da bunu vəsiyyət elədi. Ümummilli liderdən sonra Azərbaycanda hakimiyyətə gələn cənab ilham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq, ata vəsiyyətini şərəflə yerinə yetirdi. 

Düşməni bütün danışıqlarda məlub edən Ölkə başçısı cənab  İlham Əliyev dünyanın diqqətini işğal altında olan Qarabağa yönəltməyə çalışdı. Düşmən siyasət meydanında uduzduğunu dərk edir və hər dəfə imkan əldə edən kimi cəbhədə təxribatlar törədirdi. Növbəti dəfə düşmən təxribata əl atdığı zaman ordumuz Ali Baş Komandan, məğrur və mətin sərkərdə cənab İlham Əliyevin əmri ilə əks-hücum tədbirlərinə başladı. 44 gün sürən, tariximizə Zəfər savaşı adı ilə yazılan Vətən müharibəsi düşmənə kimliyimizin həqiqi üzünü göstərdi. Yüz illərlə xülyalar quran, “dənizdən-dənizə Ermənistan” yaratmaq istəyi ilə yaşayan xəyalpərəstlərin xəyallarını elə Qarabağ səmasında güllələdi mərd oğullarımız. 2020-ci il 27 sentyabrda başlayan, 2020-ci il 10 noyabrda kapitulyasiya aktına düşmənin imza atması ilə bitən 44 günlük Zəfər savaşımızda bütün Qarabağ torpaqları kimi Ağdam da azad olundu.

Danışıqlara görə 20 noyabrda  bir güllə belə atılmadan Ağdam təhvil verildi. Elə bunun şərəfinə də cənab Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə  20 noyabr  tarixi Ağdam şəhəri günü kimi müəyyən olub. Bundan sonra hər il 20 noyabrı Ağdam Günü kimi qeyd edəcəyik. Bu gün sevinirik. Sevinirik ki, bir vaxtlar  ürəyimizə ağır yük olan qara hərfli günlər təqvimimizdən silinib, qırmızı hərfli günlər bəzəyib təqvimimizi. İnanıram ki, bu qırmızı rəngli günlərin sayı təqvimimizdə çox olacaq. Qarabağın bütün rayonları əvvəlki qüdrətini bərpa edəcək. Ali Baş Komandanımız, cənab Prezidentimizin yürütdüyü siyasət nəticəsində Ölkəmiz bölgə-bölgə daha da güclənəcək. çiçəklənən Respublikamızın əzəmətli rayonlarından biri olan Ağdam da öz əvvəlki simasını bərpa edəcəkdir. Ağdam gözəlləşdikcə əzəli simasını bərpa etdikcə Ağdam səmasında keşik çəkən şəhid ruhları da rahat uyuyacaq.

Elnur Abdiyev ;
Neftçala rayonu, yazar-müəllim

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

20-11-2023, 09:38

Ağdamın işğaldan azad edilməsindən 3 il ötür

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Ölkə

17-10-2023, 00:00

Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür

Ölkə

17-10-2023, 13:32

Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Ölkə

8-11-2023, 12:19

8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

Ölkə
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Dünən, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • Dünən, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • Dünən, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • Dünən, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • Dünən, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • Dünən, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • Dünən, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • Dünən, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • Dünən, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • Dünən, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • Dünən, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Dünən, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Dünən, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Dünən, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Dünən, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Dünən, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Dünən, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Dünən, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Dünən, 10:17
    Bu rayonlara qar yağıb
  • Dünən, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Dünən, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Dünən, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə