• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Ölkə

17-11-2023, 09:23
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

LiderXəbər-in məlumatına görə, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, iş günü sayılır.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

20-01-2023, 07:14

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür

Ölkə

8-11-2023, 12:19

8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsi!

Siyasət

31-03-2023, 09:35

Tarix düşündürür: “Daşnaksutyun” xisləti - ERMƏNİ YALANLARI

Mədəniyyət

18-09-2023, 09:41

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ölkə

8-11-2023, 08:46

Azərbaycan Zəfər Gününü qeyd edir

Ölkə
Sabah yağış yağacaq
Sabah yağış yağacaq
Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi
Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi
Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə  təyinat
Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat
İranın rabitə naziri Azərbaycana səfərə gəlib
İranın rabitə naziri Azərbaycana səfərə gəlib
Siyasət
İlham Əliyev: "Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir"
Bu gün, 11:03
İlham Əliyev: "Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir"
Azərbaycan Rusiyaya nota verib
14-11-2025, 15:23
Azərbaycan Rusiyaya nota verib
Prezident qəbul keçirdi - Fotolar
14-11-2025, 12:40
Prezident qəbul keçirdi - Fotolar
Prezident: "Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır"
14-11-2025, 12:13
Prezident: "Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır"
Prezident Özbəkistan mediasına müsahibə verib
13-11-2025, 15:42
Prezident Özbəkistan mediasına müsahibə verib
İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
13-11-2025, 10:36
İlham Əliyev ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib
Xəbər Lenti
  • Bu gün, 12:30
    Sabah yağış yağacaq
  • Bu gün, 11:52
    STEAM Azərbaycan Festivalı başladı - Yenilənib
  • Bu gün, 11:38
    Şirniyyat sexində dəhşətli hadisə - Əlini itirdi
  • Bu gün, 11:16
    Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat
  • Bu gün, 11:03
    İlham Əliyev: "Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir"
  • Bu gün, 10:49
    İranın rabitə naziri Azərbaycana səfərə gəlib
  • Bu gün, 10:38
    Kardioloq ürək üçün ən zərərli qidaları sadalayıb
  • Bu gün, 09:36
    Bakı Şəhər İcra Hakimiyyətindən müxtəlif qurumlara Tapşırıq: Cavabdeh şəxslərin siyahısı hazırlandı
  • Bu gün, 09:11
    "Formula-1" pilotları saxta izləyicilər sayəsində böyük pullar qazanırlar
  • Bu gün, 09:00
    Kaş oyun o cür başa çatardı...
  • Bu gün, 08:54
    Azərbaycanda Milli Dirçəliş Günüdür
  • Bu gün, 08:46
    DÇ-2026-nın seçmə mərhələsi: İtaliya Norveçi dayandıra bilmədi
  • Dünən, 13:33
    Bazar gününün havası
  • 15-11-2025, 13:04
    "Formula-1" pilotları nömrələrini dəyişdirə biləcəklər
  • 15-11-2025, 12:02
    Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb
  • 15-11-2025, 09:16
    DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə Bolqarıstana, Gürcüstan İspaniyaya qarşı
  • 15-11-2025, 08:48
    Vatsap bu gündən bu telefonlarda işləməyəcək - Siyahı
  • 14-11-2025, 17:28
    Cari ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
  • 14-11-2025, 16:21
    Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
  • 14-11-2025, 15:46
    Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyasının tərkibi genişləndirilib
  • 14-11-2025, 15:23
    Azərbaycan Rusiyaya nota verib
  • 14-11-2025, 14:14
    Bakı Metropolitenində yeni təyinat
  • 14-11-2025, 13:55
    "Napoli" səfərində "Qarabağ" azarkeşlərinə ayrılan yerlərin sayı açıqlandı - Biletlər satışda
  • 14-11-2025, 13:02
    Oktyabrda ən çox bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı
  • 14-11-2025, 12:40
    Prezident qəbul keçirdi - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə