• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı

Ölkə

Bu gün, 09:22
Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı

Asiya İnkişaf Bankı (AİB) Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302.38 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edib.

Liderxeber.az xəbər verir ki, bu maliyyələşdirmə Azərbaycanın paytaxtında metro xidmətlərinin daha təhlükəsiz, daha etibarlı və daha səmərəli olmasına, eləcə də genişlənən metro şəbəkəsinin effektiv fəaliyyətinin təmin edilməsinə kömək edəcək.

Layihə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən və 2.6 milyard ABŞ dolları dəyərində olan Bakı Metropoliteninin genişləndirilməsi proqramının bir hissəsidir. Proqram çərçivəsində 9 stansiya, 2 depo və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, habelə metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihə vasitəsilə metro xidmətlərinin əhatə dairəsi və daşıma qabiliyyətinin artırılması, eləcə də Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması hədəflənib.

"Bu layihə rəqəmsal texnologiyalar vasitəsilə Bakı Metropoliteninin gələcəyin tələblərinə cavab verən şəhər nəqliyyatı sisteminə çevrilməsi istiqamətində mühüm mərhələdir. Qabaqcıl siqnalizasiya texnologiyası və inteqrasiya olunmuş rəqəmsal əməliyyat sistemləri mövcud xidmətləri daha təhlükəsiz və daha etibarlı edəcək, eyni zamanda Bakının sürətlə genişlənən metro şəbəkəsi üçün səmərəli fəaliyyətin əsasını təşkil edəcək", - AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Jamal bildirib.

Dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən idarə olunan Bakı Metropoliteni paytaxtda ictimai nəqliyyat sisteminin mühüm hissəsidir. Metropoliten təxminən 41 kilometrlik dəmir yolu xətti boyunca 27 stansiyaya xidmət göstərir və 2025-ci ildə metro vasitəsilə təxminən 220.4 milyon sərnişin daşınıb.

Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi mövcud siqnalizasiya sistemini müasir, rabitə əsaslı qatar idarəetmə texnologiyası ilə əvəz edəcək və əməliyyatların idarəetmə mərkəzini təkmilləşdirəcək. Bu investisiya vasitəsilə pik saatlarda qatarların daha qısa intervallarla hərəkət etməsi, həmçinin xidmətlərdə fasilələrə səbəb ola biləcək və sərnişinlərin təhlükəsizliyinə təsir edə biləcək əməliyyat hadisələrinin minimal səviyyəyə enməsi gözlənilir.

Siqnalizasiya sisteminin modernləşdirilməsindən əlavə layihə korporativ fəaliyyət, aktivlərin idarə edilməsi, kibertəhlükəsizlik, sərnişin məlumatı və sərnişin sıxlığının idarə olunması üçün inteqrasiya edilmiş rəqəmsal sistemlərin tətbiqini nəzərdə tutur. Bu sistemlər yenilənmiş məlumat mərkəzləri və təhlükəsiz şəbəkə infrastrukturu ilə dəstəklənəcək. Bu investisiya "Bakı Metropoliteni" QSC-nin əməliyyatlara və quruma dair məlumatlardan daha səmərəli istifadə etməsinə, texniki xidmət və qərar qəbuletmə proseslərini təkmilləşdirməsinə, həmçinin enerji səmərəliliyini artırmasına imkan verəcək.

Həmçinin layihə texniki təlimlər və kadr potensialının inkişafı vasitəsilə "Bakı Metropoliteni" QSC-nin institusional potensialını və rəqəmsal imkanlarını gücləndirəcək. Bu layihə işə qəbul, təlim, sertifikatlaşdırma və karyera inkişafı tədbirləri vasitəsilə qadınların texniki və rəqəmsal sahəyə dair vəzifələrdə daha çox təmsil olunmasını təşviq edəcək.

Layihənin ümumi dəyəri təxminən 515.07 milyon ABŞ dollarıdır. Bu layihə üçün Asiya İnfrastruktur İnvestisiya Bankının 79.98 milyon ABŞ dolları həcmində birgə maliyyələşdirmə həyata keçirməsi, Azərbaycan hökumətinin isə 132.71 milyon ABŞ dolları həcmində maliyyə ayırması gözlənilir.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

23-08-2024, 11:57

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

Ölkə

18-08-2025, 15:53

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatlar rekord həddə çatdı

Ölkə
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
Aeroport yolunda qəza oldu - Tıxac yarandı
Aeroport yolunda qəza oldu - Tıxac yarandı
Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
Güclü külək əsəcək - Xəbərdarlıq
Güclü külək əsəcək - Xəbərdarlıq
Siyasət
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Dünən, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Dünən, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
“Xəzər bizim ümumi sərvətimizdir”
9-10-2026, 17:17
“Xəzər bizim ümumi sərvətimizdir”
Prezidentin Pezeşkianla görüşü keçirilir
9-10-2026, 14:17
Prezidentin Pezeşkianla görüşü keçirilir
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
9-10-2026, 14:00
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Xəbər Lenti
  • Bu gün, 10:28
    Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
  • Bu gün, 10:24
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Bu gün, 09:44
    Aeroport yolunda qəza oldu - Tıxac yarandı
  • Bu gün, 09:22
    Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
  • Bu gün, 09:00
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • Dünən, 17:38
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 17:09
    İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
  • Dünən, 16:05
    Azərbaycanda bir çox məhsulların qiyməti artıb
  • Dünən, 15:53
    İordaniyaya getmək istəyənlərin nəzərinə!
  • Dünən, 15:39
    Rusiyadan Zelenskinin 60 günlük atəşkəs təklifinə - Cavab
  • Dünən, 14:12
    53 nömrəli məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar
  • Dünən, 13:27
    Pensiya artımları ilə bağlı - Açıqlama
  • Dünən, 12:19
    Sabah hava necə olacaq?
  • Dünən, 12:00
    İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
  • Dünən, 11:58
    Əsgərlikdən yayınan 9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin olunub
  • Dünən, 11:33
    “Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
  • Dünən, 11:25
    Husilərə görə həmin diplomatlara yeni məhdudiyyətlər tətbiq edildi
  • Dünən, 10:47
    Neft tankeri Hörmüzdə minaya düşdü
  • Dünən, 10:08
    Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı - Fotolar
  • Dünən, 09:23
    "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
  • Dünən, 09:00
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 08:48
    “Zelenski bu məsuliyyəti üzərinə götürməyə hazır deyil”
  • 10-10-2026, 13:21
    Dünyanın ən çirkli havası olan şəhəri bilindi
  • 10-10-2026, 12:15
    Mayamidəki görüşü vaxtından əvvəl bitirdilər
  • 10-10-2026, 12:05
    Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə