• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Ölkə

26-06-2026, 09:25
Neftçalada 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

25 iyun 2026-cı il tarixdə  Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Azərbaycan ordusu müstəqilliyimizin dayağı, xalqımızın qürur mənbəyidir” adlı  tədbir təşkil olunub.  

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirələri ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində əsası qoyulan və formalaşan Azərbaycan Ordusu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır və dünyanın ən güclü orduları sırasındadır. O, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlığın Azərbaycan əsgərinin sarsılmaz iradəsinin, rəşadətinin və yüksək döyüş hazırlığının əyani sübutu olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Neftçala rayonu da hər zaman öz vətənpərvər övladları ilə fəxr edib, torpaqlarımızın azadlığı naminə canını fəda edən şəhidlərimizin xatirəsini daim uca tutur. Qeyd olundu ki, 26 iyun tarixi həm də rayonumuz üçün ikiqat qürurlu gündür. Bu tarixdə cəsur təyyarəçi, səmada dastan yazan igid həmyerlimiz, Azərbaycanın hərb tarixinə adını əbədi həkk etmiş unudulmaz qəhrəmanımız — Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun doğum günüdür.

RİH-nin başçısı dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən qayğının rayonumuzda da hər zaman ən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını qeyd edib və müstəqilliyimizin dayağı olan hərbçilərimizə çətin, eyni zamanda şərəfli xidmətlərində yeni-yeni uğurlar və qələbələr arzulayıb.

Daha sonra çıxış edənlər - Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid kapitan Xəzər Cəfərovun həyat yoldaşı Bülülxanım Cəfərova, II qrup Vətən müharibəsi əlili Yusif Abdullayev ordumuzun qazandığı tarixi qələbələrin xalqımıza bəxş etdiyi sonsuz fərəh hissindən bəhs ediblər. Natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksək olduğuna, ordunun güclənməsində dövlət-xalq-ordu birliyinin oynadığı mühüm rola diqqət çəkiblər. Çıxış edənlər Silahlı Qüvvələrimizin müstəqilliyimizin və suverenliyimizin etibarlı təminatçısı olduğunu bir daha  vurğulayıblar.

Rəsmi çıxışlardan sonra Silahlı Qüvvələr Günü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşına və FHN-nin təşkilatçılığı ilə baş tutmuş "Gənc xilasedici və yanğınsöndürən" XIII Ümumrespublika yarışlarının zona birinciliyində qalib gəlmiş Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin komandasına  Neftçala Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.

Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələri, Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yolu, Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan möhtəşəm tarixi qələbələri əks etdirən “Döyüşçü” sənədli filmi nümayiş olunub.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

25-06-2025, 16:11

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

26-06-2024, 19:35

Neftçalada “Ordu dövlətin dayağı, xalqın qürurudur” mövzusunda görüş keçirilib

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-06-2023, 20:05

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

19-09-2025, 17:16

Neftçalada "Dövlət Suverenliyi Günü" qeyd olundu

Ölkə
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
Siyasət
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Bu gün, 17:08
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Bu gün, 16:13
Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Bu gün, 15:31
Əli Kərimli ilə müavininin məhkəməsi başladı
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Bu gün, 13:09
Ceyhun Bayramov onu birinci katib təyin etdi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Bu gün, 11:58
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Bu gün, 11:11
MM Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Xəbər Lenti
  • Dünən, 19:17
    Sürücülərin NƏZƏRİNƏ! - Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:15
    AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
  • Dünən, 18:54
    Metroda 16 milyondan çox sərnişin daşındı
  • Dünən, 18:11
    AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək - VİDEO
  • Dünən, 17:12
    Murad Fetiyev həbs edildi - DTX RƏSMİ MƏLUMAT YAYDI
  • Dünən, 17:08
    Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Dünən, 16:52
    ASCO-da İctimai Şura üzvləri ilə görüş keçirilib
  • Dünən, 16:31
    Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
  • Dünən, 16:13
    Prezident bu Agentliyin əsasnamə və strukturunu - Təsdiqlədi
  • Dünən, 16:05
    Ağstafada Zəfər Günü münasibətilə qazilərlə görüş keçirildi - Fotolar
  • Dünən, 16:01
    Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim"
  • Dünən, 15:31
    Əli Kərimli ilə müavininin məhkəməsi başladı
  • Dünən, 15:19
    Canlı yayımda söyüş söyən tiktoker yenidən həbs edildi
  • Dünən, 15:15
    Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub"
  • Dünən, 14:55
    Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası - FOTOLAR
  • Dünən, 14:50
    Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 13:32
    İki azərbaycanlı hakim Avropa Liqasına təyinat aldı
  • Dünən, 13:09
    Ceyhun Bayramov onu birinci katib təyin etdi
  • Dünən, 13:05
    91 uşaq himayədar ailəyə verilib
  • Dünən, 12:43
    Hərbçilərin rütbədə olma müddəti ilə bağlı - Yenilik
  • Dünən, 12:05
    “Ən çox məskunlaşma Ağdam rayonundadır”
  • Dünən, 11:58
    Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • Dünən, 11:28
    KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb
  • Dünən, 11:22
    Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub - BİRGƏ MƏLUMAT
  • Dünən, 11:18
    “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə