• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Uşaqların rəqəmsal təhlükəsizliyi ictimai müzakirəyə çıxarıldı - Fotolar

Ölkə

9-06-2026, 12:09
Uşaqların rəqəmsal təhlükəsizliyi ictimai müzakirəyə çıxarıldı - Fotolar

İyunun 9-da Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib.

Liderxeber.az xəbər verir ki, Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında hazırda Milli Məclisdə müzakirə olunan “İnzibati Xətalar Məcəlləsində”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəldiyini bildirib.

“Artıq dünyanın aparıcı ölkələri sosial şəbəkə platformalarının öz daxili qaydaları ilə yanaşı milli qanunvericiliklə də tənzimlənməsini, xüsusilə uşaqların qorunmasını, onların sosial şəbəkə platformalarına çıxışına yaş məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirir. Azərbaycanda da 16 yaşadək uşaqların sosial şəbəkə platformalarda hesab yaratmasına yol verilməməsi, 16-18 yaş arası uşaqların isə bunu valideyn icazəsi ilə edə bilməsi nəzərdə tutulur. Sosial şəbəkələrə aludəçiliyin hələ formalaşma dövründə olan, yetişən nəsil üzərində yan təsirlərindən hamımız əziyyət çəkirik. Qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklər məhz cəmiyyətin sosial sifarişidir”, - o qeyd edib.

Tədbirin moderatoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova deyib ki, uşaqların zərərli təsirlərdən qorunması cəmiyyətin və dövlətin vəzifəsidir. Bildirib ki, ekran aludəçiliyi, yaşına uyğun olmayan məzmunla tanışlıq, nəticədə yaranan müxtəlif davranış pozuntuları, uşaqların sosial şəbəkələrdə neçə-neçə zərərli vərdişlərə mübtəla olması, uşaq intiharları bu gün cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdir. Dövlət tərəfindən uşaqların müdafiəsi gücləndirilməli, uşaqlar yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanmalı, sonrakı dövrdə isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə etməlidirlər. Nəhayət ki, bu məsələ Azərbaycanda da qanunvericiliyə gətirilməsi alqışalayiqdir.

“Milli Pediatriya Dərnəyi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, pediatr Yalçın Mirzəyev sosial şəbəkə platformalarının fəsadlarının uşaqların sağlam inkişafına böyük ziyan vurduğunu qeyd edib. Bildirib ki, ailələr də bir çox hallarda sosial şəbəkələr, kibertəhlükələr haqqında qoruyucu tədbirlər mövzusunda məlumatsızdır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin təfərrüatlarını açıqlayıb. Qeyd edib ki, sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açmaq istəyən hər şəxsin yaşının müəyyənləşdirilməsi üçün texniki üsullar tətbiq olunacaq. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Qanun qüvvəyə mindikdən sonra platformalar 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişi məhdudlaşdıracaq və şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesablar və fərdi məlumatlar silinəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayevin də fikrincə, uşaqların rəqəmsal təhlükəsizliyi ciddi məsələdir. Sosial şəbəkə platformalarında özünə zərər verməyi təşviq edən məzmunların geniş yayılması, sosial təcrid hissi depressiv simptomların dərinləşməsi ilə intihar riski üçün əlverişli şərait yarada bilir. Hər bir valideyn uşağın mənəvi həyatını, mənəviyyatını düzgün formalaşdırmalı, onu yüksək dəyərlərlə tərbiyə etməlidir.

Uşaqların şəxsiyyət kimi formalaşmasında bilik, ailə, mühit böyük təsirə malikdir. Bunu “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri Nail Kəmərli deyib. O vurğulayıb ki, bəzən ailələr bu işə çox vaxt səhlənkar yanaşır. Nə qədər uşaq var ki, məhz bu mühitdə özünü günün birində narkotik istifadəçisi, ekran aludəçisi kimi tapır. Biz cəmiyyət olaraq, hamımız bu problemin həllinə kömək etməliyik.

İctimai müzakirədə qeyd olunub ki, Fransa bu il uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18 yaş, İspaniyada 16 yaş, Fransada 15 yaş, ABŞ-də federal səviyyədə 17 yaş, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18 yaş, Kolorado, Corciya, Luizianada 16 yaş, Floridada 14 yaş yanaşmaları mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul etmiş və ya etməkdədir. Qazaxıstan, Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur.

QHT təmsilçiləri bildiriblər ki, uşaqların zərərli təsirlərdəndən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Uşaqların, gənclərin düzgün milli, mədəni, əxlaqi dəyərlər əsasında sağlam, bilikli, inkişaf etmiş böyüməsi həm onların özlərinin, cəmiyyətin və dövlətin gələcəyi üçün mühümdür.






Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

29-05-2026, 15:18

Rəqəmsal dünyanın uşaqlara təsiri - Sosial şəbəkələr və videooyunlar

Ölkə

8-06-2026, 11:49

“16-18 yaş arası uşaqlar bunu valideyn icazəsi ilə edə bilərlər”

Ölkə

18-04-2024, 14:35

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Ölkə

19-12-2025, 13:32

İnternetdə deyilən hansı sözlər məsuliyyət yaradacaq?

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Dünən, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dünən, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dünən, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Dünən, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Dünən, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə