• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

İnternetdə deyilən hansı sözlər məsuliyyət yaradacaq?

Ölkə

19-12-2025, 13:32
İnternetdə deyilən hansı sözlər məsuliyyət yaradacaq?

“İnternet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaq normalarına və milli-mənəvi dəyərlərə uyğun olmayan davranışların qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin gücləndirilməsinin nəzərdə tutulması xüsusilə gənclərin və yeniyetmələrin zərərli informasiyalardan qorunması baxımından aktual və zəruridir”. 

Liderxeber.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, müasir sosial şəbəkə mühitində qeyri-etik məzmunun sürətlə yayılması nəzərə alınmaqla, inzibati məsuliyyət tədbirlərinin dəqiqləşdirilməsi ictimai davranış normalarının möhkəmləndirilməsinə və sağlam mənəvi mühitin qorunmasına xidmət edir: “Bununla yanaşı, qanun layihəsinin gələcəkdə düzgün, ədalətli və vahid şəkildə tətbiq olunmasını təmin etmək məqsədilə bəzi texniki və məzmun xarakterli məqamların dəqiqləşdirilməsi zəruridir.

Belə ki, layihədə internet mühitində ictimai mənəviyyatın qorunmasına dair müddəaların tətbiqi zamanı hüquqi müəyyənliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Layihədə istifadə edilən “ictimai mənəviyyatı təhqir edən”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər”, “əxlaqsız ifadələr”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar geniş və şərhə açıq olduğundan, onların normativ izahlarda və ya əlavə qaydalarda daha aydın və konkret şəkildə açıqlanması məqsədəuyğun olardı. 

Bu yanaşma bir tərəfdən qanunun subyektiv tətbiqinin qarşısını alar, digər tərəfdən isə vətəndaşların, media subyektlərinin və sosial şəbəkə istifadəçilərinin hansı hallarda məsuliyyət yarandığını əvvəlcədən bilməsinə imkan verər. Bu fərqləndirmənin normativ izahlarda açıq şəkildə göstərilməsi qanunun ifadə azadlığı ilə balanslı şəkildə tətbiqinə xidmət edər.

Digər tərəfdən, inzibati məsuliyyətin mahiyyətinin yalnız cəzalandırma deyil, həm də qabaqlayıcı və tərbiyəvi xarakter daşıdığını nəzərə alaraq, hesab edirəm ki, ictimai mənəviyyata zidd məzmunla bağlı pozuntular üzrə ilk dəfə törədilən hallarda inzibati tənbeh kimi xəbərdarlıq tədbirinin tətbiq edilməsi, yalnız eyni xarakterli pozuntunun təkrar törədilməsi halında cərimə və digər inzibati sanksiyaların tətbiq olunması daha ədalətli və proporsional yanaşma olardı”. 

Deputat qeyd edib ki, bu mexanizm xüsusilə hüquqi tələbləri tam dərk etmədən yol verilmiş hallara görə vətəndaşların dərhal sərt maliyyə sanksiyaları ilə üzləşməsinin qarşısını almaqla yanaşı, qanunun preventiv və tərbiyəvi məqsədlərinə də tam cavab verər: “Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi ilə bağlı texniki və uyğunlaşdırma xarakterli bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. 

Bu məsələ daha çox ikinci oxunuşun tələblərinə uyğun olsa da, biz bu gün burada 12-ci məsələ kimi ikinci oxunuşda müzakirə edəcəyimiz məsələ ilə birbaşa bağlıdır və elə buna görə də bu düzəliş təklifimi indi etməyi uyğun bilirəm.

Qeyd edim ki, ikinci oxunuşda müzakirə edəcəyimiz 12-ci məsələdə 26 qanun layihəsində indiyədək fərqli kateqoriyalar kimi müəyyən edilən "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışlarının vahid kateqoriyada "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışı ilə əvəz edilməsi təklif edilir.

Burada isə, müzakirə etdiyimiz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsinin 1.6-cı bəndi ilə 63.3-cü maddəyə yeni əlavə edilən ikinci cümlədə “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaqlar anlayışları fərqli kateqoriyalar kimi verilir.

Bu uyğunsuzluğu aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsində də “valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışlarının vahid kateqoriyada "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışı ilə əvəz edilməsini təklif edirəm və bu düzəlişin edilməsini xahiş edirəm.

Yekun olaraq qeyd etmək istəyirəm ki, təqdim edilən Qanun layihəsi bütövlükdə cəmiyyətin hüquqi və mənəvi dəyərlərinin qorunması baxımından təqdirəlayiq olmaqla yanaşı, qeyd olunan terminoloji uyğunlaşdırma, anlayışların dəqiqləşdirilməsi və inzibati məsuliyyətin mərhələli tətbiqi ilə bağlı təkliflərin nəzərə alınması qanunun daha ədalətli, daha effektiv və praktik olmasını təmin edəcək”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Cəmiyyət

21-06-2025, 09:58

Azərbaycanda qida normaları dəyişir: 30 ildən sonra islahat

Ölkə

24-11-2025, 10:41

Bu tipli məlumatları yaymaq - Qadağan olunur

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə

3-04-2024, 15:57

Azərbaycanda qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Dünən, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Dünən, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Dünən, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Dünən, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Dünən, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Dünən, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Dünən, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Dünən, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Dünən, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Dünən, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Dünən, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Dünən, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Dünən, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Dünən, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Dünən, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dünən, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dünən, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Dünən, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Dünən, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə