• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar

Ölkə

6-06-2026, 20:55
Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa rayonunun Köçvəlili kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Layihə çərçivəsində Köçvəlili kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su təchizatı sistemi genişləndirilərək yeni su xətləri inşa edilib. Bu məqsədlə yaşayış məntəqəsində ümumilikdə 3,5 km uzunluğunda su xətti çəkilib və 296 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan səmərəli istifadə olunması məqsədilə hər bir abonent su sayğacı ilə təmin edilib.

Köçvəlili kəndinin 1349 nəfər əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı sistemi vasitəsilə tam şəkildə təmin etmək mümkün olacaq.

Qeyd edək ki, Ağstafa şəhərinin mövcud su təchizatı sistemi Vurğun qəsəbəsində yerləşən 6 ədəd subartezian quyusundan götürülən suyun məhsuldarlığı sutkada 4900 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğuda təmizlənərək şəbəkəyə ötürülməsi hesabına fəaliyyət göstərir.

2026-cı ilin mart-aprel aylarında su mənbəyi sahəsində yerləşən mövcud sutəmizləyici qurğular kompleksində membranlar yeniləri ilə əvəz edilib, digər avadanlıqlarda isə təmir işləri aparılıb.

Şəhər üzrə abonentlərin sayı 4491-dir. Ümumi su şəbəkəsinin uzunluğu 128 km, magistral su kəmərlərinin uzunluğu 8 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 89 km təşkil edir. Eyni zamanda 1 meydançada su anbarı kompleksi və məhsuldarlığı sutkada 4400 kubmetr olan 1 ədəd tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.

Rayon üzrə ümumilikdə 12 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illərdə Yenigün kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 2026-cı il ərzində məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı su təmizləyici qurğular kompleksində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.







Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

5-06-2026, 11:16

Ağstafanın Köçvəlili kəndinə içməli su verildi - Fotolar

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

5-06-2025, 16:48

Neftçalada su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə
“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto
“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
Bu gün “Son zəng” çalınır
Bu gün “Son zəng” çalınır
Neftçalada “Tariximizin dönüş anı-Milli Qurtuluş Günü” adlı tədbir keçirilib
Neftçalada “Tariximizin dönüş anı-Milli Qurtuluş Günü” adlı tədbir keçirilib
Siyasət
İlham Əliyev Vladimir Putini təbrik etdi
Dünən, 11:09
İlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər
10-06-2026, 16:06
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər
İran İsrailin iki hərbi bazasına zərbələr endirdi
8-06-2026, 11:02
İran İsrailin iki hərbi bazasına zərbələr endirdi
“Azərbaycanın aviasiya bazarı daha yetkindir”
8-06-2026, 10:06
“Azərbaycanın aviasiya bazarı daha yetkindir”
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı
5-06-2026, 15:45
Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı
İlham Əliyev onları təltif etdi - Siyahı
5-06-2026, 14:54
İlham Əliyev onları təltif etdi - Siyahı
Xəbər Lenti
  • Bu gün, 12:41
    Hindistanda hərbi təyyarə qəzaya düşdü
  • Bu gün, 12:02
    “Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” - Foto
  • Bu gün, 11:13
    Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
  • Bu gün, 09:38
    Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər - KİV
  • Bu gün, 09:00
    “Trampın İranla bağlı gözlənilən razılaşması Netanyahu üçün acı həbdir”
  • Bu gün, 08:58
    Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü
  • Bu gün, 08:43
    Bu gün “Son zəng” çalınır
  • Dünən, 18:15
    Neftçalada “Tariximizin dönüş anı-Milli Qurtuluş Günü” adlı tədbir keçirilib
  • Dünən, 18:09
    Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşdü
  • Dünən, 16:37
    Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq
  • Dünən, 16:05
    ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər
  • Dünən, 14:37
    Türkiyədə narkotik işi üzrə saxlanılan 23 nəfərdən bir qismi buraxıldı: Siyahıda hansı məşhurlar var?
  • Dünən, 14:31
    Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib
  • Dünən, 14:00
    Xırdalandakı DOST Mərkəzində yanğın olub? - Foto - Yenilənib
  • Dünən, 13:42
    Azərbaycan Portuqaliyada səfirlik açacaq
  • Dünən, 13:09
    Sabah 35° isti olacaq
  • Dünən, 12:36
    “Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb” - Yenilənib
  • Dünən, 12:25
    NATO-nun Avropadakı komandanı Rusiyanın alyansla bağlı mövqeyini açıqladı
  • Dünən, 11:09
    İlham Əliyev Vladimir Putini təbrik etdi
  • Dünən, 10:50
    Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma başlanıldı
  • Dünən, 09:00
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • Dünən, 08:34
    Antalyada təyyarə dirəyə çırpıldı - 267 sərnişin təxliyə edildi
  • Dünən, 17:51
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 17:13
    Sabahdan Bakıda 2 günlük güclü külək olacaq - Xəbərdarlıq
  • Dünən, 16:37
    AAYDA-ya yeni sədr müavinləri təyin olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə