• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Mütəxəssis: “Yerli turizmdə sahibkarlar müştəri məmnuniyyəti yox, məcburiyyəti satır”

Ölkə

25-05-2026, 12:06
Mütəxəssis: “Yerli turizmdə sahibkarlar müştəri məmnuniyyəti yox, məcburiyyəti satır”

"2026-cı il Qurban Bayramı ərəfəsində aparılan araşdırmalar göstərir ki, hər 3 nəfərdən 1-i bayram günlərində şəhərdən kənara çıxmağı planlaşdırır. Bu isə daxili turizm bazarı üçün ciddi iqtisadi imkan hesab olunur. Lakin müşahidələr göstərir ki, Azərbaycanda turizm sektorunun bir hissəsi artan tələbi uzunmüddətli inkişaf fürsəti kimi deyil, qısamüddətli qazanc imkanı kimi qiymətləndirir".

Bunu Liderxeber.az-a açıqlamasında satış və marketinq mütəxəssisi Abbasəli Hüseynov bildirib.

Onun sözlərinə görə, bağlı sərhədlər yerli turizmin inkişafı üçün nadir imkan yaratsa da, bazar bu fürsətdən strateji şəkildə yararlana bilmir.

Müsahibimiz hesab edir ki, hazırda əsas problem tələbin olmaması deyil:

"Problem ondan ibarətdir ki, bir çox sahibkar bazarda yaranmış məcburi tələbi yanlış idarə edir. Qiymətlərin kəskin artırılması, xidmət keyfiyyətinin isə eyni qalması istehlakçıda narazılıq və etimadsızlıq yaradır. Bu isə uzunmüddətli perspektivdə daxili turizmə zərbə vurur. Daha pisi isə insanları influser və bloqerlərin vasitəsilə aldadıb şəhərdən  yüz kilometirlərlə yolu istirahət mərkəzlərinə ucuz qiymətə gətizdirirlər, sonradan bu kampaniyanın bitdiyini deyirlər…”

Onun fikrincə, turizm sektorunda ilk növbədə qiymət intizamı və gəlir idarəetməsi (Revenue Management) yanaşması tətbiq edilməlidir.

“Qiymət artımı bazar reaksiyasına əsaslana bilər, amma bu, nəzarətsiz olmamalıdır. Demand-based pricing modeli, fərqli müştəri seqmentləri üçün ayrıca paketlər, erkən rezervasiya üstünlükləri və ailə paketləri artıq standart yanaşmaya çevrilməlidir. Məqsəd yalnız bir bayramda maksimum qazanmaq deyil, müştərinin növbəti dəfə də Azərbaycanda istirahəti seçməsini təmin etməkdir.”

Hüseynov Abbasəli bildirir ki, Azərbaycanda turizmin əsas problemlərindən biri də vahid və şəffaf satış platformasının olmamasıdır.

“Bu gün müştəri fərqli hotellər arasında şəffaf müqayisə aparmaqda çətinlik çəkir. Yerli turizm üçün vahid marketplace modelinə ehtiyac var. Qiymətlərin, xidmətlərin, real istifadəçi rəylərinin bir platformada toplanması bazarda həm sağlam rəqabət yaradacaq, həm də süni qiymət artımının qarşısını alacaq.”

Ekspertə görə, bazarda yalnız satış deyil, xidmət standartlarının idarə olunması da zəifdir.

“Turizmdə marketinq yalnız reklam deyil. Müştərinin ilk zəngdən check-out anına qədər yaşadığı bütün təcrübə marketinqin bir hissəsidir. Cavab sürəti, otaq təmizliyi, personal davranışı və şikayətlərin həlli üzrə minimum xidmət standartları müəyyən edilməlidir. Əks halda, ən yaxşı reklam belə reputasiya itkisini kompensasiya edə bilməz.”

Satış və marketinq mütəxəssisi hesab edir ki, Azərbaycanda hotellər və istirahət mərkəzləri CRM və loyallıq proqramlarından da kifayət qədər istifadə etmir.

“Mövcud müştərini geri qaytarmaq yeni müştəri cəlb etməkdən daha ucuzdur. Təkrar rezervasiya endirimləri, fərdiləşdirilmiş təkliflər, referral bonuslar və loyal müştəri proqramları daxili turizmdə standart satış alətinə çevrilməlidir.”

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

İqtisadiyyat

14-07-2025, 14:54

Satış böhranının kökündə nə dayanır? - Açıqlama

İqtisadiyyat

5-02-2026, 12:26

Qiymətdən daha önəmlisi - Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılmasıdır

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə

25-08-2025, 09:14

Hotellər "booking"ə qarşı: Narazılıq pik həddə çatıb

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Dünən, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Dünən, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Dünən, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Dünən, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Dünən, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Dünən, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Dünən, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Dünən, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Dünən, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Dünən, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Dünən, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Dünən, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Dünən, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Dünən, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Dünən, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Dünən, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Dünən, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Dünən, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Dünən, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Dünən, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Dünən, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə