• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda məhsuldar buğda sortları yaradılır

Ölkə

4-09-2023, 15:24
Azərbaycanda məhsuldar buğda sortları yaradılır


Azərbaycanda quraqlığa davamlı, məhsuldar buğda sortlarının yaradılmasının üzərində iş aparılır.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.

O qeyd edib ki, bir sortun tam sort olaraq formalaşması, rayonlaşması, fermer təsərrüfatına inteqrasiya edilməsi 15 ilə başa gəlir: “Bu isə, dünyada baş verən qlobal iqlim dəyişiklik fonunda tələbatı ödəməyə imkan vermir. Məsələn, 2023-cü ildə sortların yaradılması istiqamətində başladığımız iş 2035-ci ilə qədər davam edəcək”.

F.Xudayev hesab edir ki, hazırda əsas məqsəd quraqlığa davamlı, vegetasiya müddəti qısa olan sortlar yaratmaqdır: “Bu istiqamətdə elmi tədqiqat işlərimiz davam edir. Çünki bitkinin yetişkənlik fazasında günəşli günlərin sayı daha yandırıcı, yəni 40-50 dərəcə olduğu üçün, vegetasiya dövründə bitki stressə düşür və yetişmə məsələsində problemlər yaşanır. Biz hədəfləmişik ki, vegetasiya müddəti qısa olan, iyunun ortalarına qədər tam yetişkənlik dövrünü başa vura bilən yeni sortları yaradaq".

Onun sözlərinə görə, hazırda tez yetişən sortlar var, lakin onlar bütün ölkə ərazisində əkilmir: "Bu gün Şəki-Zaqatala bölgəsində əkilən sortla, Quba-Xaçmaz bölgəsində əkilən sort arasında fərqlər var. Bu baxımdan hər bir bölgəyə xas olan sortların yaradılması bu gün elm qarşısında dayanan məsələdir. Təbii ki, bunlar klassik metodlarla deyil, biotexnologiyadan istifadə etməklə olacaq. Hazırda institutda molekulyar laboratoriya qurulub. Akdeniz Universiteti ilə əməkdaşlığımız var. Məqsədimiz bir sortu 15 ilə yox molekulyar səviyyədə 5-6 ilə yaradaq. Bu çox məhsuldar sortlar olacaq. Bu gün Azərbaycanda orta məhsuldarlıq 30-35 sentner təşkil edir. Bu göstəricini 40-45 sentnerə çatdırmaq istəyirik”.

F. Xudayev qeyd edib ki, hazırda 80-dən çox buğda sortları Dövlət Reyestrinə daxil edilib və istehsalatda istifadəsinə icazə verilib: “Azərbaycan seleksiyasına aid Qızıl buğda, Şəfəq 2, Fatimə, Günəşli, Fərəhim, Abşeron, Ləyaqətli 80, Pərvin, Xəzri, Gilavar, Əsgəran, Mətin, Start və Nurcahan yumşaq buğda, həmçinin Zəngəzur, Rəvan, Dərələyəz, Göytəpə, Xudafərin bərk buğda sortları və s. mövcuddur. Bu sortlar yüksək məhsul verir”.

O bildirib ki, ölkədə buğdanın məhsuldarlığı dəmyədən və suvarmadan asılı olan sahələr var: "Dəmyə ərazilərində nəmişliklə təmin edilmiş və edilməmiş yerlər var. Dəmyə ərazilərində yağıntının normaya uyğun yağması məhsuldarlığa müsbət təsir göstərir. Çünki bu ərazilərdə məhsuldarlıq suvarmadan deyil, yağış hesabına formalaşır. Bu il quraq dəmyə ərazilərinin 40-50 min hektarında biçin olmayıb. Çünki bitkinin inkişaf mərhələsində yağışların miqdarı az olub. Suvarılan sahələrdə isə məhsuldarlıq 35 sentnerdən 80 sentrnerə qədər olub”, - deyə o bildirib.

F.Xudayev deyib ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutu istehsal həcmlərini Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş kvotaya uyğunlaşdırmalıdır: "Kvota 1700-1800 ton toxum civarında olur, bunun 1 200 tonu İnstitut və onun tabeliyində olan qurumlar tərəfindən yerinə yetirilir. Avqustun sonu-sentyabrın əvvəlinə toxum təmizlənməsi başa çatacaq. Ümidvaram ki, üzərimizə qoyulan kvota istehsalını tam yerinə yetirə biləcəyik. Biz ölkədə elit toxumların istehsalının 60-70 %-ə qədərini istehsal edə bilərik. Bu gün böyük təsərrüfatlar yaranıb və onlar elit toxumlar istehsal etmək istəyirlər. Bunlar üçün yeni bir sistem qurmuşuq. Fermerlərin tələbinə cavab verən, yüksək məhsuldarlığı olan sortlardan 400 min sünbül toplamışıq. Məqsəd - kvotadan kənar ehtiyacı ödəməkdir. Yaxın 2-3 il ərzində elit toxumlara olan tələbatın 70-80 %-i daxili istehsal hesabına ödəniləcək”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Ölkə

14-06-2023, 17:37

Buğdanın becərilməsi və optimal sortların bölgə üçün seçilməsinə dair tədbir keçirilib

Ölkə

16-06-2023, 17:45

“Taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib

İqtisadiyyat

12-06-2023, 10:45

“Qlobal iqlim dəyişikliyi şəraitində dəmyədə taxılçılığın problemləri və həlli yolları” mövzusunda tədbir keçirilib

İqtisadiyyat

31-03-2023, 16:52

Çəltikçilik üzrə növbəti əməkdaşlıq memorandumu imzalanıb

Ölkə
Bu məhsullar bahalaşıb - Siyahı
Bu məhsullar bahalaşıb - Siyahı
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
“Pilotların təlimi üçün təyyarələr alınacaq”
Küləklə bağlı - Xəbərdarlıq
Küləklə bağlı - Xəbərdarlıq
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Dünən, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
Dünən, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Dünən, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Dünən, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Dünən, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Dünən, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Dünən, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Dünən, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
  • Dünən, 11:40
    “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı
  • Dünən, 11:12
    Gələn il idmana və gənclərin inkişafına bu qədər pul ayrılacaq
  • Dünən, 10:52
    Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
  • Dünən, 10:08
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 09:51
    Xərçəngin zəif nöqtəsi tapıldı - Öz-özünü məhv edə bilər
  • Dünən, 09:30
    Türkiyə Belçikaya, İtaliya Fransaya qarşı
  • Dünən, 09:00
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 08:50
    Dünyanın danışdığı xəyanət qalmaqalı böyüyür - Tramp aylar əvvəldən xəbərdar imiş...
  • Dünən, 08:49
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 17:46
    Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
  • Dünən, 17:28
    Millimiz İsveçrəyə məğlub oldu
  • Dünən, 16:49
    Azərbaycanlı bloger Ermənistana buraxılmayıb
  • Dünən, 16:07
    “AzParking” sürücülərə müraciət etdi
  • Dünən, 15:14
    Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
  • Dünən, 14:16
    “Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə