• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

Ölkə

1-09-2023, 15:10
Azərbaycan nümayəndə heyəti Çində səfərdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri çərçivəsində bir sıra görüşlər keçirilib.

Liderxəbər İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ÇXR-in Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri nəzərdən keçirilib.

Qeyd edilib ki, dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksək səviyyəli əlaqələr iqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar yaradır.

Görüşdə dayanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verilib, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair strategiyada da dövlət sektorunun yeni keyfiyyətə transformasiyası, ekosistemin keyfiyyətinin yaxşılaşdırılması, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması əsas hədəflərdəndir. Bütün bunlar beynəlxalq tərəfdaşlarla, o cümlədən Çinlə əməkdaşlığın intensivləşdirilməsi üçün münbit şərait yaradır.

Tərəflər arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Bundan başqa, Azərbaycan və Çin arasında investisiya əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün reallaşdırıla biləcək potensial layihələrə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmasında fəal mövqeyi, Orta Dəhlizdən səmərəli istifadə məqsədilə gələcək əməkdaşlıq imkanları təhlil edilib.

Görüşdə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi" imzalanıb. Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Çin tərəfindən isə ÇXR Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye imzalayıblar. Çərçivə sazişinə əsasən iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bilik əsaslı sənaye və innovasiya, o cümlədən 4Sİ texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq nəzərdə tutulub.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə görüşdə ölkəmizin 2016-cı ildən bankla uğurlu əməkdaşlıq etdiyi və bu tərəfdaşlığın önəmi vurğulanıb. Bankın “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyəti, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Bankla reallaşdırılan birgə layihələr etibarlı enerji təminatçısı olan Azərbaycanın regional haba çevrilməsinə mühüm töhfə verir.

Bankla Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu, gəmiqayırma və digər nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr müzakirə olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

---

26-07-2023, 10:09

Azərbaycan və Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

Ölkə

7-02-2023, 10:34

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Siyasət

2-02-2023, 21:31

Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

İqtisadiyyat

27-02-2023, 19:10

Media nümayəndələri üçün təşkil olunan 2 aylıq Bootcamp başa çatıb

Ölkə

11-01-2023, 22:09

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Ölkə
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
“Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
Siyasət
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Bu gün, 11:09
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Bu gün, 10:41
Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Bu gün, 09:00
Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
Dünən, 17:09
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Video - Fotolar
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
12-10-2026, 12:00
İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi - Foto
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
10-10-2026, 12:05
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - Müraciət
Xəbər Lenti
  • Bu gün, 12:00
    Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
  • Bu gün, 11:35
    Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
  • Bu gün, 11:09
    “Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
  • Bu gün, 10:55
    İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
  • Bu gün, 10:41
    Prezidentdən sərgi iştirakçılarına - Müraciət
  • Bu gün, 10:28
    “Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
  • Bu gün, 10:07
    Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək
  • Bu gün, 09:45
    Özünün təyin etdiyi hakim Trampın həmin qadağasını rədd etdi
  • Bu gün, 09:22
    Azərbaycan UEFA reytinqində irəlilədi
  • Bu gün, 09:00
    Dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
  • Dünən, 17:15
    Qara dənizdə iki gəmiyə dron hücumu olub: 8 Azərbaycan vətəndaşı xilas edilib
  • Dünən, 16:16
    “Mən bunu problem olaraq da görmürəm” - Şeyxülislam
  • Dünən, 15:53
    Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
  • Dünən, 15:27
    Nazir gənc kursantların hərbi andiçmə mərasimində - Video
  • Dünən, 14:01
    Pakistanda qatar relsdən çıxdı - Ölənlər var
  • Dünən, 12:40
    Sabah 29° isti olacaq
  • Dünən, 11:50
    Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
  • Dünən, 11:30
    Göyərtəsində azərbaycanlıların da olduğu daha bir gəmi vuruldu
  • Dünən, 11:23
    Su problemi olan bu kəndə yeni xətt çəkilir - Fotolar
  • Dünən, 10:40
    “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
  • Dünən, 10:28
    Restoranda pul alarkən tutulmuşdu - Məmura hökm oxundu
  • Dünən, 10:24
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Dünən, 09:44
    Aeroport yolunda qəza oldu - Tıxac yarandı
  • Dünən, 09:22
    Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı
  • Dünən, 09:00
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə