• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub

Ölkə

2-04-2026, 18:35
Neftçalada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub
2 aprel 2026-cı il tarixdə Neftçala rayonunda 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
 
Tədbirə həmçinin Qarabağ döyüşlərində xüsusi təyinatlı Kəşfiyyat taborunun keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Xətai Baxışov, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı’ ordeni ilə təltif olunmuş Hikmət Ağayev, Aprel və Qarabağ döyüşləri  iştirakçısı, "Qarabağ veteranları, əlilləri və şəhid ailələri" İctimai Birliyinin Neftçala filialının sədri, Azərbaycan Bayrağı Ordeni Kavaleri, ehtiyatda olan polkovnik-leytenant Emin Əliyev dəvət olunublar.
 
Əvvəlcə Neftçala şəhəri, Həsənabad qəsəbəsi və Aşağı Qaramanlı kəndində yerləşən Şəhidlər Abidə Kompleksləri, eləcə də Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Samid İmanovun və gizir Elimdar Səfərovun məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib və dualar oxunub. 
 
Tədbir zamanı ilk olaraq Ümummilli Lider Heydər Əliyevin,   Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Aprel döyüşləri Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və ordumuzun yüksək döyüş qabiliyyətinin bariz nümunəsidir. O vurğulayıb ki, bu Dördgünlük savaş bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, torpaqlarının azad olunması uğrunda mübarizəsini qətiyyətlə davam etdirəcək. Həmin döyüşlər zamanı əldə olunan uğurlar Azərbaycan Ordusunun peşəkarlığının, müasir silahlanmasının və döyüş ruhunun göstəricisi kimi bütün dünyaya nümayiş etdirildi. 
 
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Aprel döyüşlərində qazanılan uğurlar 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərin ideoloji və hərbi əsasını təşkil edib. Bu şanlı 4 günlük döyüşlərdə neçə-neçə Azərbaycan Silahlı Qüvvələrinin igid hərbi qulluqçuları, o cümlədən həmyerlilərimiz- mayor Samid Gülağa oğlu İmanov və Elimdar Səlimxan oğlu Səfərov da  şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə göstərdikləri qəhrəmanlıqlara görə ölümlərindən sonra mayor Samid İmanov "Azərbaycanın Milli Qəhrəmanı" , Elimdar Səfərov isə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. RİH-nin başçısı şəhidlərin xatirəsinin daim uca tutulduğunu, onların ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək, bu diqqət və qayğının hər zaman davam etdiriləcəyini qeyd edib və Allahdan bütün şəhidlərə rəhmət və qazilərə sağlamlıq diləyib. 
 
Tədbirdə çıxış edən digər natiqlər-Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, "Qarabağ veteranları, əlilləri və şəhid ailələri" İctimai Birliyinin Neftçala filialının sədri, Aprel və Qarabağ döyüşləri iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Emin Əliyev, ehtiyatda olan hərbçi Mustafa Əliyev, Aprel döyüşləri iştirakçısı, ehtiyatda olan hərbçi Niyaməddin Məmmədov, Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışıblar. Aprel döyüşlərində qazanılan qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğunu vurğulayıblar. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, bu münasibət onlar üçün böyük təsəlli və qürur mənbəyidir.

Tədbir çərçivəsində Aprel döyüşləri və Vətən müharibəsini əks etdirən, ordumuzun gücünü, peşəkarlığını və xalq–ordu birliyini nümayiş etdirən videoçarx nümayiş olunub.
1
1
1
1
1
1
1
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

25-06-2025, 16:11

Neftçalada Silahlı Qüvvələr Günü qeyd olunub

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

30-04-2025, 18:09

Neftçala Rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Dünən, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Dünən, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Dünən, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə