• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalanın icra başçısı Xıllı qəsəbəsinin sakinləri ilə görüşüb

Ölkə

2-04-2026, 15:31
Neftçalanın icra başçısı Xıllı qəsəbəsinin sakinləri ilə görüşüb
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xıllı qəsəbəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Xıllı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində şəhidlərimizin xatirəsinə həsr olunan abidə ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, qəsəbənin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “Aprel döyüşləri - tarixi Zəfərə aparan şanlı yol” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və tarixə “Aprel döyüşləri” kimi düşən hərbi əməliyyatlar xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Bu döyüşlər uzun illər davam edən işğal faktına qarşı Azərbaycanın gücünü, iradəsini və haqq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Aprelin 2-dən 5-dək davam edən bu hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirərək bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması böyük hərbi və psixoloji əhəmiyyət daşıyırdı. Bu qələbə nəticəsində Cocuq Mərcanlı kəndinə həyat qayıtdı və bu, Böyük Qayıdışın ilk müjdəçisi oldu.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 2016-cı ilin aprel ayında baş vermiş Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi yadda qalıb. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verib, strateji yüksəkliklər və mühüm mövqelər azad olunaraq ölkəmizin hərbi gücü və döyüş qabiliyyəti bütün dünyaya nümayiş etdirilib. Qazanılan uğurlar xalqımızın ruh yüksəkliyini artırıb, milli həmrəyliyi daha da gücləndirib. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Bu qələbə həm də sonrakı dövrdə əldə edilən böyük hərbi-siyasi uğurların, xüsusilə də tarixi zəfərin möhkəm təməlini qoyub. 
 
RİH başçısı bildirib ki, Azərbaycanın güclü dövlət və qüdrətli orduya sahib olmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi dövründə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin edilib, nizami ordu quruculuğuna başlanılıb və milli təhlükəsizlik strategiyası formalaşdırılıb. Ulu Öndərin müəyyən etdiyi inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olunub, peşəkar kadr potensialı gücləndirilib və döyüş hazırlığı ən yüksək səviyyəyə çatdırılıb. Aparılan məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Aprel döyüşlərində qazanılan uğurlar Azərbaycan xalqının mübarizə əzmini daha da möhkəmləndirib, ordumuza olan inamı artırıb və tarixi Zəfərə aparan yolun əsas mərhələlərindən biri kimi yadda qalıb. Bu döyüşlər həm də göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda hər zaman mübarizəyə hazırdır və bu yolda böyük fədakarlıqlara qadirdir.
Bu gün Aprel döyüşlərinin qəhrəmanları dərin ehtiramla yad edilir, onların göstərdikləri igidlik və şücaət gənc nəsil üçün örnək kimi təqdim olunur. Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında xalq–ordu birliyi, milli həmrəylik və güclü dövlətçilik prinsipləri dayanır. Aprel döyüşləri isə məhz bu birliyin və gücün bariz nümunəsi olaraq tariximizdə əbədi yaşayacaqdır.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qəsəbə daxili yolun təmiri, sosial yardım, elektrik təsərrüfatının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
1
1
1
1
facebook sharing button
whatsapp sharing button
telegram sharing button
messenger sharing button
twitter sharing button
email sharing button
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə

19-02-2026, 17:41

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Ölkə

12-02-2026, 17:21

Neftçalanın icra başçısı Kükrənd kəndində səyyar görüş keçirib

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Dünən, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Dünən, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Dünən, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə