• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanlı həkim Qafqazda ilkə imza atıb - Dr. İlqar Tahiroğlu

Ölkə

1-04-2026, 08:27
Azərbaycanlı həkim Qafqazda ilkə imza atıb - Dr. İlqar Tahiroğlu

“Könül Cəfərli ilə peşəkar həkim” layihəsinin növbəti qonağı invaziv kardiologiya uzmanı, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğludur. Müsahibimiz bu günlərdə mitral klip əməliyyatını uğurla icra edərək, Azərbaycanda, eləcə də Qafqazda ilkə imza atıb.

Liderxeber.az müsahibəni təqdim edir:

Uzman invaziv kardioloq İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondoqquz May Universitetini bitirərək, orada 2 il internatura təhsili alıb. 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçib. Eyni müəssisədə 2019-2021-ci illərdə invaziv kardiologiya və struktural ürək xəstəlikləri üzrə əlavə təhsil proqramına yiyələnib.

Hazırda Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi olaraq həkim fəaliyyətinə davam edir.

- Siz ölkəmizdə, eləcə də Qafqazda mitral klip əməliyyatını ilk dəfə icra edən həkimsiniz. Bu, Azərbaycan səhiyyəsi adına bir uğurdur! Öncə sizi və komandanızı təbrik edirik!

- Çox sağ olun!

- Mitral klip əməliyyatını ilk dəfə həyata keçirdiniz?

- Xeyr, İsraildə çalışdığım illərdə bu əməliyyatı çox icra etmişəm. Amma ölkəmizdə və Qafqazda ilk dəfə idi.

- Bu böyük uğura necə nail oldunuz?

- Bunun təhsilini İsrailin Hadasah Tibb Mərkəzi Universitetində almışam. Sevinirəm ki, öz vətənimdə də o əməliyyatı bu gün uğurla icra edə bilirik.

- Belə bir ilkə imza atmaq həkimdən hansı bilik və bacarıq tələb edir?

- Onu qeyd edim ki, bu əməliyyatı xüsusən invaziv kardioloqlar həyata keçirir. Struktural ürək xəstəlikləri üzrə geniş biliyə və təcrübəyə malik həkimlərin görə biləcəyi işdir.

- Bəs xəstəxana şəraitinin önəmi?

- Əlbəttə, bu da çox önəmlidir. Güclü invaziv kardiologiya şöbəsi, ürək-damar cərrahiyyəsi, angioqrafiyası olan böyük xəstəxanalarda həyata keçirilə bilər.

- Mitral klip əməliyyatı nədən ibarətdir?

- Ürəyin mitral qapağında çatışmazlıq olan və açıq əməliyyat riski çox yüksək xəstələr üçün nəzərdə tutulan bir ürək əməliyyatıdır.

- Bu əməliyyatın üstünlüyü nədir?

- Heç bir kəsik və tikiş olmadan icra edilir. Xəstənin ayaq damarından daxil olaraq, mitral qapaq çatışmazlığını xüsusi klip vasitəsi ilə aradan qaldırırıq. Əməliyyatın səhəri günü xəstə evə yazılır. Pasiyent üçün belə bir üstünlükləri var.

- Hansı xəstələrdə bu əməliyyatı icra etmək olar?

- Ürəyin mitral qapağında çatışmazlıq olan bütün pasiyentlərdə bu əməliyyat tətbiq edilə bilər. Xüsusən də ağır və açıq ürək əməliyyatı çox riskli xəstələrdə.

- Planınızda daha hansı ilklər var?

- Planlarımız bu ilklə yekunlaşmır. Hədəfimiz dünyada daha az invaziv, daha az minimal cərrahi yolla icra edilən bütün əməliyyatları ölkəmizə gətirib, burada da tətbiqinə başlamaqdır.

Qeyd: Uzm. Dr. İlqar Tahiroğlu ilə 050-993-26-26 mobil nömrəsi və ilgar_tahiroglu_cardiologist instaqram hesabı ilə əlaqə saxlaya bilərsiniz. 


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə

14-01-2026, 16:07

“Bu il 4 bakalavr tələbəmiz TAU-da işlə təmin olunub”

Ölkə
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
Bu küçədə hərəkət məhdudlaşdırılır
Bu küçədə hərəkət məhdudlaşdırılır
Siyasət
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Bu gün, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Bu gün, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
22-10-2026, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
22-10-2026, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Xəbər Lenti
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
  • Dünən, 12:55
    Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış və beş medal!- FOTO
  • Dünən, 12:18
    Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
  • Dünən, 11:41
    Netanyahunun İranla bağlı əmrini icra etmək istəməyib - KİV
  • Dünən, 10:45
    Donald Tramp ona Nobel Sülh Mükafatı verilmədiyi üçün Norveçi təhqir edib
  • Dünən, 10:13
    Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
  • Dünən, 09:56
    Bu küçədə hərəkət məhdudlaşdırılır
  • Dünən, 09:43
    Kimlərin pensiyalarına əlavələr ediləcək?
  • Dünən, 09:31
    Nigeriyada terrorçuların hücumu nəticəsində azı 40 nəfər həlak olub
  • Dünən, 09:07
    Çində 110 robotun rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşüb
  • Dünən, 09:00
    Səudiyyə Ərəbistanında raket qalıqları evlər olan əraziyə düşdü - Yaralılar var
  • 24-10-2026, 13:47
    FIFA U-15 dünya çempionatına start verildi: Rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub - Foto
  • 24-10-2026, 13:08
    XİN İordaniyadakı hadisə ilə başsağlığı verdi
  • 24-10-2026, 11:38
    Dörd güləşçimiz DÇ-də mübarizəyə başlayır
  • 24-10-2026, 11:04
    DYP-dən nasaz avtomobil sahiblərinə - Müraciət
  • 24-10-2026, 10:10
    “İran xaricdəki amerikalı diplomatlara sui-qəsd hazırlayır” - KİV
  • 24-10-2026, 10:06
    “Şəfa” “Kəpəz”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
  • 24-10-2026, 09:43
    Sürücülərin nəzərinə!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə