• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Ölkə

26-02-2026, 16:58
Neftçalada Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da Xocalı soyqırımının 34-cü ildönümü geniş formada qeyd olunub.

Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub, gül dəstələri düzülüb və ehtiramla anılıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Mərasim iştirakçıları Neftçala Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçiriblər.Anım mərasimi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.

Anım tədbirində Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu, xalqımızın yaddaşına qara hərflərlə yazıldığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Otuz dörd ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı işğaldan azad olunub və bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan zaman Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bildirdi.

Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, bu həqiqətlərin Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Anım mərasimi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-02-2024, 19:46

Neftçalada Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Ölkə

26-02-2025, 16:31

Neftçalada Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Ölkə

26-02-2023, 15:24

Neftçalada Xocalı soyqırımının 31-ci il dönümü yad olunub

Ölkə

8-01-2026, 17:36

Neftçalanın icra başçısı 2026-cı il üçün ilk səyyar görüşünü keçirib

Ölkə
Sabahın havası
Sabahın havası
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
Siyasət
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bu gün, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Bu gün, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23-10-2026, 15:31
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Xəbər Lenti
  • Bu gün, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Bu gün, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Bu gün, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Bu gün, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Bu gün, 13:23
    Sabahın havası
  • Bu gün, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Bu gün, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Bu gün, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Bu gün, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Bu gün, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Bu gün, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Bu gün, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Bu gün, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Bu gün, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
  • Bu gün, 09:13
    Qətlə yetirilən “Ceyhun Sabunçu”nun əsl adı Cəlal imiş - Rəsmi
  • Bu gün, 09:06
    Xərçəng peyvəndi ölüm riskini yarıyadək azaldıb
  • Bu gün, 09:00
    “ABŞ danışıqlara ciddi yanaşırsa, 7 şərti qəbul etməlidir”
  • Dünən, 17:18
    Ukrayna sülh üçün hansı güzəştlərə getməlidir?
  • Dünən, 16:48
    Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü
  • Dünən, 16:20
    Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dünən, 15:46
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də
  • Dünən, 15:09
    Alp dağlarında 250 min tonluq buz kütləsi kəndə doğru irəliləyir: Əhali təhlükədə
  • Dünən, 14:36
    Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
  • Dünən, 14:02
    Mayk Tayson Türkiyə serialında rol alacaq
  • Dünən, 14:00
    BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə