Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Şahin Yusifov ilin hakimi seçilib.
Liderxeber.az xəbər verir ki, ona bu mükafatı Ali Məhkəmənin və Məhkəmə Hüquq-Şurasının sədri İnam Kərimov təqdim edib.
Şahin Yusifov uzunmüddətli səmərəli fəaliyyətinə görə "İlin hakimi" mükafatına layiq görülüb.
Bundan başqa bir neçə məhkəmə hakimi müxtəlif kateqoriyalar üzrə fəxri fərmanla təltif olunublar.