• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Prezident Sumqayıtda açılışlarda - Fotolar - Yenilənib

Ölkə

27-01-2026, 11:44
Prezident Sumqayıtda açılışlarda - Fotolar - Yenilənib

Prezident İlham Əliyev bu gün Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

Liderxeber.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

Respublikanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının

yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.

“Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verib. Bildirilib ki, bu MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. “Azermirror” tərəfindən sənaye parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Müəssisədə hazırlanan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan

“Azermirror” MMC 600 min manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.

Onu da qeyd edək ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb olunması, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

***

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

“Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.

Qeyd edək ki, sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunur.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

30-04-2025, 14:51

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Ölkə

9-01-2025, 13:16

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Siyasət

27-11-2025, 13:44

İlham Əliyev AZWOOL mineral daş yunu zavodunun açılışında iştirak edib

Ölkə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Bu təhsil mərkəzinə direktor təyin edildi
Bu təhsil mərkəzinə direktor təyin edildi
Siyasət
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Dünən, 16:18
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
Dünən, 09:51
“Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
27-07-2026, 14:49
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Miqrasiya prosedurları elektronlaşdırılıb
27-07-2026, 14:41
Miqrasiya prosedurları elektronlaşdırılıb
O da ABŞ-yə yollanacaq
26-07-2026, 15:44
O da ABŞ-yə yollanacaq
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
21-07-2026, 16:15
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
Xəbər Lenti
  • Bu gün, 09:53
    Məşhur aktyor saxlanıldı
  • Bu gün, 09:39
    Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
  • Bu gün, 09:09
    Başınız ağrıyanda bunu edin
  • Dünən, 16:47
    Braziliya gömrük xidmətinin rəhbəri “Xanoba” gömrük postunda olub
  • Dünən, 16:28
    Qarabağın tarixi kəndi yenidən qurulur
  • Dünən, 16:18
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:57
    Taleh Kazımov bankların rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 15:55
    Azərbaycanda təbii daş bazarına maraq artır - Aslan Abbaszadə
  • Dünən, 15:43
    İşdən çıxarılan məmura yeni vəzifə verdi
  • Dünən, 15:39
    “YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb
  • Dünən, 14:57
    5 milyon baxışı olan mahnını yutubdan sildirdi
  • Dünən, 12:30
    Bizdə üçəmlər arasında qızlar çoxdur, oğlanlar? - STATİSTİKA
  • Dünən, 12:06
    Kariyes ölümə səbəb ola bilər
  • Dünən, 12:00
    Azərbaycanın lider universitetlərinin siyahısı
  • Dünən, 11:22
    Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI
  • Dünən, 10:59
    Çilidə hantavirusa görə sanitar həyəcan elan edildi
  • Dünən, 10:17
    Azərbaycanda daun sindromlu şəxslərin sayında azalma olub
  • Dünən, 09:55
    Mərdəkanda dənizdə iki nəfər batıb
  • Dünən, 09:51
    “Uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması prosesi sadə deyil”
  • Dünən, 09:47
    Keçməyən öskürəyin səbəbi nədir?
  • Dünən, 09:04
    Beyni necə məşq etdirmək olar? - psixoterapevt sadə məsləhətlər verdi
  • Dünən, 09:00
    Nazirdən həkimlərin sertifikasiyası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA
  • Dünən, 08:56
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dünən, 08:55
    Bu gün hava necə olacaq? 
  • Dünən, 08:49
    Müəllimlərə imtiyazlar verin! - ÇAĞIRIŞ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə