• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Görkəmli seleksiyaçı alim Əsəd Musayevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Ölkə

8-01-2026, 16:53
Görkəmli seleksiyaçı alim Əsəd Musayevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) dünya aqrar elminin xəzinəsini zənginləşdirən görkəmli seleksiyaçı alim, məhsuldar və keyfiyyətli taxıl sortlarının yaradılmasında əzmlə çalışmış ictimai xadim, “Şərəf nişanı” ordenli, əməkdar kənd təsərrüfatı işçisi, prezident təqaüdçüsü Əsəd Cənət oğlu Musayevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbiri ƏETİ-nin direktoru Faiq Xudayev giriş nitqi ilə açıb. Ə.C.Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən iştirakçılar görkəmli seleksiyaçı alim Ə.C.Musayev haqqında geniş məlumat verərək, respublikada taxılçılığın inkişafında olan xidmətlərindən bəhs ediblər. Sonra alimin elmi fəaliyyətinə həsr olunmuş video material nümayiş edilib.

Qeyd edək ki, Ə.C.Musayev 1938-ci il yanvarın 8-də tarixən əzəli Türk torpağı olan Ermənistan adlandırılan respublikanın Amasiya rayonunun Oxçuoğlu kəndində, kəndli ailəsində anadan olub. 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirib, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olub və 1962-ci ildə alim aqronom ixtisası üzrə bitirib. 1962-1964-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Bakı Torpaq Ekspedisiyasında əvvəlcə mühəndis-torpaqşünas, sonra isə dəstə rəisi kimi Kür-Araz ovalığının, xüsusilə Sabirabad, Salyan, Neftçala, habelə Siyəzən, Dəvəçi rayonlarının torpaq örtüyünün öyrənilməsində fəal iştirak edib. 1964-cü ildən etibarən respublikada taxılçılığın inkişafı problemlərinin həlli ilə məşğul olmağa başlayan Ə.C.Musayev daha məhsuldar, yüksək dən keyfiyyətinə malik, yerə yatmayan, xəstəliklərə davamlı taxıl sortlarının yaradılması və toxumçuluğu istiqamətində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda (ETƏİ) geniş tədqiqat işləri aparıb və 1969-cu ildə “Toxumluq əkinlərdə sort qarışıqlarının əmələ gəlməsi və onun qarşısını almaq yolları” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi adına layiq görülüb. Ə.C.Musayev 1967-ci ildə ETƏİ-nin Abşeron Dayaq Məntəqəsinin müdiri, 1970-1972-ci illərdə Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru vəzifələrində işləyib. 1973-cü ildən ETƏİ-də böyük elmi işçi, 1976-cı ildən “Seleksiya və Toxumçuluq” şöbəsinin müdiri vəzifəsində çalışıb. O, institutda rəhbərlik etdiyi “Seleksiya və toxumçuluq” şöbəsində qırx ildən artıq bir müddətdə bir sıra buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, tritikale bitkilərinin 20 mindən çox genofondunu toplamağa nail olmuş, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dənli, dənli-paxlalı bitkilərin 90-dan çox sortu yaradılıb, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (hazırkı Aqrar Xidmətlər Agentliyi) təqdim edilib ki, indiyədək onlardan 47-si rayonlaşıb, seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilib və patentləşdirilib. Bu sortlar hal-hazırda respublikada geniş əkin sahələrinə malikdir. Ə.C.Musayev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əsas strateji bitki hesab olunan rayonlaşdırılmış 32 bərk və yumşaq buğda sortlarının müəllifidir.

Mərhum alim “Şərəf nişanı” ordeni ilə təltif edilib, "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ə.C.Musayev 21 yanvar 2018-ci ildə 80 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

10-01-2023, 16:40

Görkəmli alim Əsəd Musayevin yubileyi qeyd olunub

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

21-06-2025, 15:37

Prezident onları təltif etdi - Siyahı

Ölkə
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə