• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Xərçəngin ən müasir diaqnoz və müalicəsi ilə məşğuluq” - Həkimlərimiz dünyanı gəzir

Ölkə

9-12-2025, 08:49
“Xərçəngin ən müasir diaqnoz və müalicəsi ilə məşğuluq” - Həkimlərimiz dünyanı gəzir

Tanınmış azərbaycanlı həkimlər-tibbi onkoloq Dr. Pərvanə Rüstəmova və mammoloq-radioloq Dr. Günel Qəmbərova növbəti dəfə beynəlxalq tibbi konfransda Azərbaycan səhiyyəsini təmsil edib.

Hər iki doktorun məruzə ilə çıxış etdiyi tədbir Şimali Kipr Türk Respublikasında baş tutub. Bir çox xarici mütəxəssislərin, dünyaca məşhur elm adamlarının iştirak etdiyi konfransın mövzusu süd vəzi xəstəlikləri ilə bağlı olub.

Qeyd edək ki, Dr. Günel Qəmbərova Məlhəm Beynəlxalq Hospitalda mammoloq-radioloq,  Dr. Pərvanə Rüstəmova isə Ege Hospitalda tibbi onkoloq kimi fəaliyyət göstərir.

Tədbirlə bağlı hər iki həkim “Qafqazinfo”nun suallarını cavablandırıb. 

İlk olaraq, Dr. Pərvanə Rüstəmova bildirib ki, iştirak etdikləri “Süd vəzi xəstəlikləri” adlı tədbir XVIII Beynəlxalq Konfrans idi:

“Üç gün ( 27-30 noyabr) davam edən tədbirdə süd vəzinin müxtəlif xəstəlikləri, xüsusən də, süd vəzinin xərçəngi, xoşxassəli törəmələri haqqında maraqlı məruzələr oldu. Diaqnostika, fərqli yanaşma üsulları, cərrahi taktikalar, yeni müalicə imkanları barədə geniş müzakirələr aparıldı. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyədən, İtaliyadan, Almaniyadan mütəxəssislər qatılmışdı. Azərbaycanlı həkimlər də fəallıqlarına görə seçilirdi”.

Bu cür elmi tibbi konfransların əhəmiyyətini vurğulayan Dr. Günel Qəmbərova qeyd etdi ki, belə tədbirlərdə çıxış etmək qürur və məsuliyyətdir:

“Elm paylaşdıqca çoxalır. Beynəlxalq konfransa qatılmaq hər bir tibb işçisi üçün sərmayə kimidir. Bilik, nüfuz, yeni əlaqələrin qurulması və karyeranın inkişafı baxımından böyük imkanlar yaradır. Həmçinin elmi yeniliklər, ən son tədqiqatlar, yeni müalicə protokolları, klinik sınaqların nəticələri ilə birbaşa tanış olmaq fürsəti verir. Öyrəndiyimiz yenilikləri öz pasiyentlərimizə tətbiq etməklə daha yaxşı nəticələr əldə edə bilirik. Həmçinin bu cür nüfuzlu tibbi tədbirlərdə çıxış etmək akademik statusumuzu da yüksəldir. Bu isə həkim olaraq, həm  məsuliyyətimizi, həm də motivasiyamızı artırır”.

Onkoloq müsahibimiz konfransda üçlü neqativ süd vəzi xərçəngi haqqında məruzə etdiyini açıqladı:

“Bu süd vəzi xərçəngi aqressiv bir alt tip olmaqla bilinir. Müalicə taktikasında bir neçə xüsusi detal var. Xüsusən də daha gənc yaşda görünməsi ilə səciyyələnir. Daha aqressiv gedişata malik olduğu üçün çox incə nüanslara diqqət etmək zəruridir. Bu xəstələri müalicə edərkən, xərçəngin irsi faktora bağlılığı, immun müalicəyə uyğunluğu kimi məsələlər araşdırılmalıdır. Detallar dəqiqliklə diqqətə alındığı zaman uzun illər üzümüzü güldürən nəticələr əldə etmək mümkündür. Aktuallığını və əhəmiyyətini nəzərə alaraq, məruzə üçün bu mövzunu seçdim.

Çıxışım tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. “Ölkənizdə immun müalicə və genetik testlər mümkündürmü?”, “Xəstələrə ən son tibbi məlumatları verə bilirsinizmi?” kimi suallar çox verildi. Tək-tək bütün suallara aydınlıq gətirdik. Bir daha bu müsahibədə də vurğulamaq istəyirəm ki, Amerika və Avropada süd vəzi xərçəngindən əziyyət çəkən xəstələr necə müalicə olunursa, ölkəmizdəki xəstələr də eyni müalicəni alır. Doğrudur, sırf pasiyentlərin sosial təminatına bağlı olaraq, bir sıra hallarda müasir standartlara uyğun müalicə üsullarını təbiq edə bilmirik. Amma bu tibbi deyil, sosial məsələdir”.

Tədbirdə çıxış etmiş Dr. Günel Qəmbərova da məruzə mövzusu haqqında məlumat verdi:

“Azərbaycanda, eləcə də dünyada aktual olan mövzulardan biri-süni mayalanmaya qədər və süni mayalanmadan sonra “3 D tomosintez” mammoqrafiyasında rast gəlinən süd vəzi xərçəngi və biopsiyası haqqında çıxış etdim. Mövzu böyük marağa səbəb oldu, çox sual yönəldildi. Xüsusən də, məruzəmin real xəstə nümunələri üzərində qurulması tədbir iştirakçılarının diqqətini cəlb etdi. Hətta konfrans həmsədrləri bu mövzunun daha çox işıqlandırmağımızı tövsiyə etdilər. Çünki dünya ədəbiyyatında süni mayalanmanın xərçənglə birbaşa əlaqəsi yazılmasa da təcrübədə əksini gördüyümüz olur. Yeni və üzərində ciddi araşdırmalar aparılan mövzudur. Düşünürəm ki, yaxın gələcəkdə ədəbiyyatlara düşəcək mühüm nəticələr əldə olunacaq”.

Nəzərə alsaq ki, tibb gündən günə yenilənən bir sahədir, maraqlıdır Azərbaycan həkimləri sürətlə yenilənən dünya tibbini təqib edə bilirmi?

Onkoloq P. Rüstəmova sualımızı belə cavablandırdı:

“Süd vəzi xəstəliklərinin müalicəsində bir çox yenilik var. Xüsusən də, hədəfə yönəlik müalicə, immunoterapiya xərçəngə qarşı mübarizə gücümüzü artırır. Hazırda dünya statistikasında süd vəzi xərçəngi say olaraq I yerdə dayansa da,  ölüm səbəbi kimi ilk sırada deyil. Çox erkən mərhələdə aşkarlandığı zaman düzgün müalicə ilə 90 faiz tam sağalmaq mümkündür. Gecikmiş xəstələrin isə 5 il yaşamaq müddəti kifayət qədər yüksək rəqəmdir. Bütün bu uğurlu nəticələr tibbin əldə etdiyi yeniliklərlə bağlıdır. Odur ki, yenilikləri təqib etmək hər bir həkim üçün çox önəmlidir. Biz də azərbaycanlı doktorlar olaraq, tibbi yenilikləri addım-addım izləyir, öz xəstələrimizin müalicəsində tətbiq edirik. Elə beynəlxalq konfranslara qatılmağımızın bir səbəbi də məhz budur: təcrübə mübadiləsi, məlumat transferi, yenilikləri öyrənmək fürsəti”.

Görək, həkimlərimiz beynəlxalq konfranslara necə hazırlaşır? Mammoloq-radioloq Dr. Günel Qəmbərova hazırlıq mərhələsini də oxucularımızla bölüşdü:

“Əvvəla, onu qeyd edim ki, artıq beynəlxalq tibbi tədbirlərdə Azərbaycanı ölkə olaraq tanıyırlar. Çünki hər il onlarla azərbaycanlı həkim müxtəlif konfranslarda çıxış edir. Mən özüm də uzun illərdir yerli və xarici tədbirlərdə həm iştirakçı, həm də məruzəçi qismində qatılıram. Bizi xarici həmkarlarımız da tanıyır. Hətta bu son toplantıda konfrans sədri dedi ki, afərin  Azərbaycana! Azərbaycanlı həkimlər 2 sessiyanın öhdəsindən gəldilər. Bu, bizim üçün qürur idi!  O ki qaldı hazırlaşmağımıza, əlbəttə ki, ciddi hazırlaşırıq. Çünki, məruzələrimizin məzmunu yalnız xəstə nümunələrindən ibarət olmur. Bu mövzu ilə bağlı dünya ədəbiyyatında, tibbi dərgilərdə çap olunan məqalələri də bilmək, onlara istinad etmək lazımdır. Bir sözlə, ölkəmizi dünya miqyasında təmsil etmək çətin, amma qürurverici məqamdır”.

Qeyd: Maraqlananlar Dr. Qəmbərova ilə 050-751-27-47 mobil nömrəsi vasitəsi və “gunelqemberova” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər. 

Dr. Pərvanə Rüstəmovaya isə 055-753-35-99 mobil nömrəsi və  “onkoloq_pervane_rustemova” instaqram hesabı vasitəsilə müraciət edə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Cəmiyyət

5-02-2025, 10:51

Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? - Miflər və reallıqlar

Ölkə

29-10-2024, 13:55

Səhiyyəmizdə aparılan köklü islahatlar öz bəhrəsini verir

Siyasət

21-05-2025, 16:43

TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Ölkə
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
İrandan  xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
İrandan xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
Siyasət
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
Bu gün, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Bu gün, 12:12
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
14-07-2026, 14:03
Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 13:47
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
13-07-2026, 12:04
Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
13-07-2026, 12:02
“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
Xəbər Lenti
  • Dünən, 23:12
    Mingəçevir Dövlət Universiteti ilə Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
  • Dünən, 17:37
    Ukraynada hərbi rəhbərlik ətrafında gərginlik - Fedorovdan sərt ittihamlar
  • Dünən, 17:30
    Çində qayıqda partlayış: Azı yeddi nəfər öldü, xəsarət alanlar var
  • Dünən, 16:31
    Nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanların siyahısı yeniləndi
  • Dünən, 16:04
    Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
  • Dünən, 15:02
    DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
  • Dünən, 14:00
    Cənubi Koreyada 14 yaşa qədər uşaqlara sosial şəbəkə qadağası planlaşdırılır
  • Dünən, 13:39
    İrandan xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"
  • Dünən, 12:34
    Bakının bu məktəblərində şagirdlər ali məktəbə hazırlanacaq - Siyahı
  • Dünən, 12:12
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • Dünən, 11:58
    Fələstinin Baş naziri Fəxri xiyabanda - Fotolar
  • Dünən, 11:28
    ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb
  • Dünən, 11:17
    Qaynar, ilıq, ya soyuq? - Yeməkləri hansı temperaturda yemək daha təhlükəsizdir?
  • Dünən, 10:41
    Venesueladakı dəhşətli zəlzələnin fəsadları: Ölənlərin sayı artır
  • Dünən, 10:39
    13 yaşlı oğlan qıcolmadan öldü
  • Dünən, 10:13
    İran ABŞ-nin üç ölkədəki bazalarına hücum edib
  • Dünən, 09:25
    İnfarkt riskini azaldan giləmeyvə açıqlanıb
  • Dünən, 09:00
    UEFA Avropa Liqası: "Qarabağ" İslandiyada növbəti sınağında
  • Dünən, 08:55
    Bu ölkədə sudan istifadəyə məhdudiyyət qoyuldu
  • Dünən, 08:42
    İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı
  • Dünən, 08:40
    ABŞ İrana qarşı növbəti hücumu başa çatdırdı - Yenilənib
  • Dünən, 17:54
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 17:19
    “Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar
  • Dünən, 16:51
    Rayonlarda leysan olacaq - Xəbərdarlıq
  • Dünən, 16:18
    İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə