• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Siyasət

21-05-2025, 16:43
TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.

Liderxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər "Türk Dünyası Xartiyası"nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Qırğız Respublikasının sədrliyinin və Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzminin yüksək qiymətləndirildiyi Bəyannamədə müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər xüsusi vurğulanır.

Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.

Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır.

Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.

Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənir. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilir. Həmçinin Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir olunur.

TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunur və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılır.

İrqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılır.

Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi "Bakı Prosesi"nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur.

Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənir, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanır.

Türk Yaşıl Baxış prinsipləri rəhbər tutularaq, iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsində davamlı yaşıl inkişafa sadiqlik bir daha təsdiqlənir, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqinin vacibliyi qeyd edilir.

Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.

Region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır.

Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.

Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının sədri vəzifələrinə namizədliyi, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi, Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanır.

Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Səncərin Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına "Türk dünyasının birliyinə töhfələrinə görə" beynəlxalq mükafatının verilməsi yüksək qiymətləndirilir.

Üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi təqdir olunur. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənir.

Sənəddə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi vurğulanır, münaqişədən sonra mədəni irsin bərpasında Türk dövlətlərinin səyləri təqdir edilir.

Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.

Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.

Həmçinin Əfqanıstan üzrə Birgə Bəyanatın qəbul edilməsinin vacibliyi vurğulanır.

TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildiriblər.

Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Siyasət

6-11-2024, 13:25

İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

Ölkə

24-04-2024, 14:36

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

---

14-03-2024, 16:38

Qardaşlıq və tərəfdaşlıq nümunəsi

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə
İlham Haqverdiyev onlardan rüşvət alıb
İlham Haqverdiyev onlardan rüşvət alıb
Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü
Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - Adlar
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - Adlar
Sabah hava necə olacaq?
Sabah hava necə olacaq?
Siyasət
“Astanada ikinci iclas keçiriləcək”
18-10-2025, 12:02
“Astanada ikinci iclas keçiriləcək”
Prezident yeni səfiri qəbul etdi - Fotolar
16-10-2025, 13:21
Prezident yeni səfiri qəbul etdi - Fotolar
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
15-10-2025, 18:05
İran gəmiləri Azərbaycana gəldi - Fotolar
Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı - Sərəncam
14-10-2025, 16:43
Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı - Sərəncam
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair kommünikenin detalları məlum olub
14-10-2025, 14:41
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair kommünikenin detalları məlum olub
Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin görüşü olub
13-10-2025, 17:05
Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin görüşü olub
Xəbər Lenti
  • Bu gün, 16:22
    İlham Haqverdiyev onlardan rüşvət alıb
  • Bu gün, 15:26
    Xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq öldü
  • Bu gün, 14:21
    Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - Adlar
  • Bu gün, 13:19
    Sabah hava necə olacaq?
  • Bu gün, 13:06
    Premyer Liqada mövsümün rekordu qeydə alındı
  • Bu gün, 12:47
    Zəngilana köçürülmüş sakinlərdən 360-ı məşğulluq tədbirlərinə cəlb edilib
  • Bu gün, 11:54
    Prezident onları təltif etdi - Sərəncam
  • Bu gün, 11:32
    “WHOOP” istifadəçiləri artıq Azərbaycanda öz icmalarına sahibdir
  • Bu gün, 11:11
    Gümrü meriyasında əməliyyat: Vardan Qukasyan saxlanıldı
  • Bu gün, 11:00
    Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?
  • Bu gün, 10:50
    “Taxtakörpü” su anbarından meyit tapıldı
  • Bu gün, 10:14
    “Turan Cup 2025” - beynəlxalq həvəskarlar turniri Azərbaycanda keçirildi - Foto
  • Bu gün, 10:11
    Honqkonqda yük təyyarəsi qəzaya düşdü, 2 ölü - Video
  • Bu gün, 08:50
    AZAL-ın təyyarəsində problem yarandı - Sankt-Peterburqa geri qayıtdı
  • Bu gün, 08:39
    Prezidentdən Zəngilanın azad edilməsinin ildönümü ilə bağlı - Paylaşım
  • 18-10-2025, 13:04
    Sabah hava necə olacaq?
  • 18-10-2025, 12:02
    “Astanada ikinci iclas keçiriləcək”
  • 18-10-2025, 09:16
    “İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan”a qarşı
  • 18-10-2025, 09:08
    Bakıda tikilən yeni yol belə olacaq - Video
  • 17-10-2025, 23:21
    Füzuli teatrı orta məktəb şagirdləri qarşısında "Çəkməli Pişik" tamaşası ilə çıxış edib
  • 17-10-2025, 18:06
    Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
  • 17-10-2025, 17:52
    Kiprdə klub prezidentini güllələyib öldürdülər
  • 17-10-2025, 17:50
    Millimiz FİFA reytinqində irəlilədi
  • 17-10-2025, 17:20
    Cəlilabadda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir - Fotolar
  • 17-10-2025, 16:33
    Heyvan bazarlarında bu tələblərə əməl olunmalıdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə