• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

DİN “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisində iştirak edir - Video

Ölkə

15-10-2025, 11:55
DİN “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgisində iştirak edir - Video

Daxili İşlər Nazirliyi Beynəlxalq sərgi təşkilatçısı "Caspian Event Organisers" şirkətinin “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Traffic”” sərgisində iştirak edir.

Liderxeber.az xəbər verir ki, Bakı Expo Mərkəzində keçirilən sərgidə DİN-in xüsusi pavilyonunda Bakıda ilk dəfə sınaq tətbiqinə başlanılan və nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “Ağıllı svetoforlar” (adaptiv svetoforlar) pilot layihəsi nümayiş etdirilir. Stenddə paytaxtın 152 kəsişməsində Mərkəz tərəfindən idarə olunan svetofor kontrollerinin proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması və tətbiqi, simulyasiya proqram təminatı, eləcə də qanunsuz parklanma kameralarına dair elektron qərarların tərtibi kimi dörd əsas istiqamət barədə məlumat əldə etmək mümkündür. Eyni zamanda, ziyarətçilərə 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması ilə bağlı məlumatlar verilir.

Həmçinin, ziyarətçilərə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunan “i-Patrol” sistemi – real vaxt rejimində qayda pozuntularının aşkarlanması və məlumatların mərkəzi sistemə ötürülməsi, avtomatik nömrə tanıma və videomüşahidə sistemləri, eləcə də patrul avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar nümayiş edilir.

Yol infrastrukturunun inkişafı, yol hərəkəti təhlükəsizliyinin artırılması, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və müasir müşahidə-nəzarət sistemləri sahəsində təcrübə mübadiləsini təmin edən sərginin keçirildiyi üç gün ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC-nin 107.7 MHz tezliyində yayımlanan "Avto FM" radiosu stendə qurulan radio imitasiyası vasitəsilə birbaşa canlı bağlantı yaradaraq məlumatları dinləyicilərin diqqətinə çatdırır.

Ziyarətçilər yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılırlar.

Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır, interaktiv nümayişlər və videomateriallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış olurlar.



Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

28-06-2024, 12:28

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Ölkə
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Metronun iş rejimi 4 günlük dəyişdirilir
Xankəndi Stadionu açıldı - Fotolar
Xankəndi Stadionu açıldı - Fotolar
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bu gün, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Bu gün, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Bu gün, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • Dünən, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • Dünən, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • Dünən, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • Dünən, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • Dünən, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • Dünən, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • Dünən, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • Dünən, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Dünən, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • Dünən, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
  • Dünən, 09:00
    “Vens iki həftədir İranla gizli danışıqlar aparır”
  • 6-11-2026, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • 6-11-2026, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • 6-11-2026, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • 6-11-2026, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • 6-11-2026, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • 6-11-2026, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • 6-11-2026, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • 6-11-2026, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • 6-11-2026, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • 6-11-2026, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • 6-11-2026, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə