• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Göygöl İcra Hakimiyyəti beynəlxalq standartlara layiq görülüb

Ölkə

12-06-2023, 10:40
Göygöl İcra Hakimiyyəti beynəlxalq standartlara layiq görülüb

Azərbaycanda ilk dəfə İSO 9001 və İSO 37001 beynəlxalq standartlarına Göygöl İcra Hakimiyyəti layiq görülüb

Göygöl Rayon İcra Hakimiyyəti ölkəmizdə İSO 9001 və İSO 37001 beynəlxalq standartları üzrə idarəetmə sitemini quran və sertifikatları layiq görülən ilk yerli icra hakimiyyəti qurumu oldu.
 
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.11. bəndində İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqinin nəzərdən keçirilməsi və bununla bağlı təkliflər verilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müvafiq standartın tətbiqi imkanlarının öyrənilməsi, təkliflərin toplanılması və qiymətləndirilməsi istiqamətində araşdırma aparılması və nəticədə (İSO 37001) “Antikorrupsiya idarəetmə sistemləri”nin qurulmasının təşviqi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıq verilmişdir.
 
Qeyd edilən tədbirin icrası ilə bağlı, eləcə də idarəetmənin səmərəli təşkili, işçilərin peşəkarlığının yüksəldilməsi, keyfiyyətin yüksəldilməsi, sənədləşmənin düzgün aparılması, daimi təkmilləşmə sisteminin formalaşması, riskin azaldılması və stabilliyin yaranması, səlahiyyətlərin düzgün bölgüsü və qarşılıqlı əlaqə sisteminin qurulması, resursların səmərəli istifadəsi, vətəndaş məmnunluğunun artırılması kimi faydaları özündə ehtiva edən, hazırda dünyada ən çox tətbiq edilən ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri-tələblər” Beynəlxalq Standartlaşdırmanın tələblərinin araşdırılması, öyrənilməsi və tətbiq edilməsi istiqamətində Göygöl Rayon İcra Hakimiyyətində işlər uğurla həyata keçirilmişdir.  
 
Bu münasibətlə Göygöl Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev, İcra hakimiyyəti Aparatının məsul şəxsləri iştirak ediblər.
 
İcra başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əldə olunan nailiyyətlərdən danışaraq, Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyətinin İSO 9001 və İSO 37001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə mərhələli şəkildə həyata keçirilən işləri qeyd edib. O, standartlara uyğun idarəetmə sisteminin qurulması, risk əsaslı yanaşmanın tətbiqi, daxili qayda və prosedurların yaradılması, kommunikasiya, işçilərə interaktiv təlimlərin verilməsi və s. işlərin yerinə yetirildiyini vurğulayıb. İcra başçısı qeyd olunan standartların tətbiqinin İcra hakimiyyətinin fəaliyyətində idarəetmənin effektivliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə əhəmiyyətli tövfə verəcəyini qeyd edib.
Tədbirdə  Keyfiyyət Assosiasiyasının sədri Şamir Novruzlu, ABŞ-nın “STAREGİSTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov çıxış ediblər. Çıxışçılar tərəfindən standartların tətbiqinin İcra hakimiyyətində səmərəli idarəetmə modelinin qurulması əsasında vətəndaşlara qayğı və diqqətin artırılması, bu sahədə davamlı nəzarətin gücləndirilməsi, korrupsiya risklərinin qarşısının alınması işlərində dəstək olacağı vurğulanıb.
 
Ümumiyyətlə götürsək, İSO 9001 standartının tətbiqi zamanı İcra Hakimiyyətinin yerli idarəetmə orqanına xas olan xüsusiyyətlərini nəzərə alan İSO 18091- “Keyfiyyət idarəetmə sistemləri - İSO 9001-in yerli idarəetmə orqanlarında tətbiqi üçün təlimatlar“ standartından istifadə edilib ki, bunu da yeni bir yanaşma kimi qeyd etmək olar.  
 
Həmçinin standartların tətbiqinin vətəndaşla İcra Hakimiyyətləti arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşmasına, İcra Hakimiyyətinin gündəlik fəaliyyətlərinin həyata keçirilməsinə və vətəndaş müraciətlərinə baxılması zamanı şəffaflığını artırılmasına, müvafiq sahədə qanunvericiliyin tələblərinin effektiv şəkildə yerinə yetirilməsinə, idarəetmədə müsbət dəyişikliklərə səbəb olacağı qeyd olunub.
 
Tədbirin sonunda ABŞ-nın “STAREGISTER” təşkilatının Azərbaycandakı yerli təmsilçisi İNCERT şirkətinin rəhbəri Şamo Muradov tərəfindən  Göygöl Rayon İcra Hakimiyyətinə İSO 9001:2015 – “Keyfiyyəti idarəetmə sistemləri” və  İSO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

2-03-2023, 09:26

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayıb

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Ölkə

2-02-2023, 00:27

Bu gün Azərbaycanda Gənclər Günüdür

Ölkə

12-04-2023, 15:45

Prezident İlham Əliyev 2 sərəncam imzalayıb

İqtisadiyyat

7-01-2023, 15:34

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

Ölkə
“Bu kəndlər Ermənistan ərazisi deyil”
“Bu kəndlər Ermənistan ərazisi deyil”
Bu Agentliyin Əsasnaməsi təsdiqləndi
Bu Agentliyin Əsasnaməsi təsdiqləndi
“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur - Video
“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur - Video
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
Siyasət
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
Bu gün, 16:00
Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
18-08-2026, 16:42
“Okampo Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb”
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
17-08-2026, 17:25
Gürcüstandakı azərbaycandilli məktəblər üçün təlim proqramı hazırlandı
Onlar general-leytenant oldu - Sərəncam
17-08-2026, 12:15
Onlar general-leytenant oldu - Sərəncam
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
13-08-2026, 13:08
Prezidentdən sülh gündəliyi ilə bağlı AÇIQLAMA
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
12-08-2026, 08:00
Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
Xəbər Lenti
  • Dünən, 17:09
    Daha 34 ölkəyə vizasız gedə biləcəyik
  • Dünən, 17:00
    Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - Sərəncam
  • Dünən, 16:51
    “Bu kəndlər Ermənistan ərazisi deyil”
  • Dünən, 16:29
    Bu Agentliyin Əsasnaməsi təsdiqləndi
  • Dünən, 16:00
    Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
  • Dünən, 15:57
    Rusiyadan Kiyevə kütləvi raket hücumu: Azı 15 nəfər öldü, xeyli yaralı var
  • Dünən, 15:13
    “Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur - Video
  • Dünən, 13:52
    Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
  • Dünən, 13:40
    Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar
  • Dünən, 13:20
    Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü
  • Dünən, 13:07
    Sabah 36 dərəcə isti olacaq
  • Dünən, 12:36
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • Dünən, 12:06
    "Qarabağ" "Tvente"yə qarşı - Yenilənir
  • Dünən, 12:03
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • Dünən, 11:55
    5 uşaq atası olan 36 yaşlı kişi dənizdə batdı - Yenilənib
  • Dünən, 11:24
    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
  • Dünən, 10:49
    Tramp İrana qarşı misligörünməmiş iqtisadi müharibə elan etdi
  • Dünən, 09:10
    Avropa Liqasında pley-off həyəcanı: "Beşiktaş" və "Trabzonspor" ilk sınaqlarına çıxırlar
  • Dünən, 09:07
    Şamaxıda qəzada ölənlər ər-arvad olublar - təfərrüat
  • Dünən, 18:04
    Naxçıvanda şəhid ailələri və qazilərə 68 mənzil verildi - Fotolar
  • Dünən, 17:46
    ABŞ-yə xəbərdarlıq etdi - “Ən böyük təhdid sizsiniz”
  • Dünən, 16:47
    İki gün güclü külək əsəcək
  • Dünən, 15:45
    Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı - Fotolar
  • Dünən, 15:11
    Naxçıvanın bəzi əraziləri qazsız qalıb
  • Dünən, 14:33
    Kollecin əmlakları niyə anbardan götürülmür? - Cinayət işi açılıbmış
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə