• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

13 mindən çox turist gəlir...

Ölkə

18-09-2025, 17:17
13 mindən çox turist gəlir...

Sentyabrın 19-21 aralığında Azərbaycanda Formual 1 üzrə Azərbaycan Qran-Prisi baş tutacaq.

Liderxeber.az xəbər verir ki, 8-ci dəfə ölkəmizdə baş tutacaq yarışa bu dəfə maraq böyükdür. 

Dünyanın ən məşhur yarışlarından biri üçün Bakıya 13 mindən çox turistin gələcəyi gözlənilir. Maraqlıdır ki, Bakıda baş tutan yarışı izləyənlərin əksəriyyəti cənəbilər olub. Ötənilki statistikaya əsasən yarışı izləyənlərin 80 faizindən əcnəbi tamaşaçılar olub. 

Hətta xarici qonaqların bir çoxu bilet almadan sadəcə şəhərdəki yarış ab-havasını görmək üçün Azərbaycana gəlib. Onlar arasında aparılan sorğunun nəticələri də maraqlıdır. Turistlərin bir çoxu yenidən bu yarış üçün ölkəmizə gəlməyi planlaşdırdıqlarını bildiriblər. 

Azərbaycana Formula 1 üçün gələn turistlərin ölkəmizə nə qədər xeyir verdiyi də bəllidir. Onların hər biri təxminən 2200 ABŞ dolları civarında pul xərcləyirlər. Bu da ölkəmizin iqtisadiyyatı üçün irəli addımdır. Formula 1 yarışlarına gələn turistlər turizm və sahibkarlıq sahəsinə ciddi təkan verirlər. Artıq bu cür hallar turizm sahəsinin inkişafı üçün hərəkətverici qüvvəyə çevrilir.

Bu yarış təkcə ölkəmizdə izlənilmir, həm də digər ölkələrdə insanların diqqətini cəlb edir. 2024-cü ildə Azərbaycan Qran-Prisini ümumilikdə 86 milyona yaxın insan izləyib. Yarışla ümumi maraqlananların sayı isə 3,9 milyardı keçib. Bu isə Qran-Pri üçün böyük göstəricidir. 

Bu mövsüm Azərbaycan Qran-Prisi ilə bağlı maraqlı faktlar var. Ümumilikdə, 100-dən çox ölkədən tamaşaçı ölkəmizə gələcək. 

Qran-Priyə olan maraq səbəbindən 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 11-i üçün  biletlər artıq bütünlüklə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının Formula 1 xəritəsində mövqeyini daha da möhkəmləndirir.

Yarış çərçivəsində əyləncə proqramı da olduqca zəngindir. Sentyabrın 19-da italyan-amerikalı DJ Anyma elektron musiqi və vizual şou ilə çıxış edəcək. Sentyabrın 20-də isə dünyaca məşhur DJ Martin Garrix dinamik ritmləri ilə tribunaları coşduracaq. Həmin gün Britaniyanın qlobal musiqi fenomeni Glass Animals da səhnəyə çıxaraq tədbiri zirvəyə daşıyacaq. Yarışa hazırlıq çərçivəsində bütün tikinti işləri, demək olar ki, yekunlaşıb.

Bütün bunlar iqtisadi cəhətdən də ölkəmiz üçün önəmli hadisədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Formula 1-in həm turizm sahəsinə, həm də ölkənin təqdimatı baxımından önəmli olduğunu bildirib: “Formula 1 dünyada ən çox baxılan idman növlərindən biridir. Adətən bu yarışın keçirilməsi həm turizmin inkişafı, həm də ölkənin təqdimatı üçün vacibdir. Çünki dünyada xeyli sayda izləyici bu yarışa baxır. Bunun üçün təkcə ölkəmizə gəlməyə ehtiyac yoxdur, ekranlarda izlənilir. Belə olanda ölkəmizin daha yaxından təqdimatına kömək edir. Ölkənin iqtisadi potensialının, infrasrukturunun nümayişi olur. Kifayət qədər qlobal təqdimatdır. Formula 1 ölkəmizə gələn turistlərin sayına göstərir. Çünki hər gələn turist məlumat yığır və gedir ölkəsində bu barədə məlumat verir. Yəni potensial olaraq bu da yeni turist deməkdir”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov: “Formula 1 yarışlarının keçirlməsinin ölkəmizə faydaları böyükdür. Amma bu yarışların faydaları sadalayanda həqiqətən dünya səviyyəli bir yarışmanın Azərbaycanda keçirlməsi çox əhəmiyyətli olduğunu görürük. Birincisi Formula1 yarışları dünyanın əksər ölkələrində çox maraqla izlənilir. Biz xarici səfərlərdə tanımadığımız insanlarla ünsiyyətdə olanda Azərbaycandan olduğumuzu bildirəndə o saat Formula 1-dən danışırlar. Bu o deməkdir Azərbaycanı dünyanın hər bir qitəsində tanıdılması baxımından Formula 1 yarışların əhəmiyyəti çoxdur.  Formula 1 yarışlarına baxmaq üçün müxtəlif ölkələrdən minlərlə turist ölkəmizə səfər edir. Təbii ki, xarici turistlərin gəlməsi ölkəmizə xarici valyutanın gəlməsi deməkdir. Bu da iqtisadiyyatımızın möhkəmlənməsinə öz töhfəsini verir. Ümumiyyətlə Formula 1 yarışları ölkəmizin turizm potensialının, mədəniyyətimizin tanıdılmasında xüsusi rol oynayır. Təbii ki, Formula 1 yarışlarına maraq göstərən xarici turistlər ilin istənilən mövsümündə ölkəmizə gələn turistlərin sayının artmasına töhfə verir.  Həm də belə yarışlar və beynəlxalq tədbirlər hər bir ölkənin inkişafını sürətləndirir”.


Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

7-08-2025, 14:52

Azərbaycana İtaliya və Niderlanddan gələn turistlərin sayı çoxalıb

İdman

13-09-2024, 12:04

Azərbaycan Qran-prisi: "Formula-2" üzrə sərbəst yürüş yarışı başa çatıb

İdman

13-09-2024, 11:11

Azərbaycan Qran-prisi: "Formula-2" yarışına start verildi

Ölkə

25-06-2024, 14:29

Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar

Ölkə
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Siyasət
Prezidentlə xanımı Cəbrayıla getdi
Bu gün, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
Dünən, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Dünən, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Dünən, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Dünən, 11:43
“Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır”
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Dünən, 10:20
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Xəbər Lenti
  • Dünən, 17:47
    Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
  • Dünən, 17:18
    Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
  • Dünən, 16:33
    Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin - Təfərrüatı
  • Dünən, 16:27
    Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi həyata keçirilib
  • Dünən, 16:14
    Neftçalada “Zəfər Günü”nə həsr olunan ağacəkmə aksiyası keçirilib
  • Dünən, 15:29
    Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
  • Dünən, 15:11
    Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
  • Dünən, 14:54
    Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
  • Dünən, 14:46
    Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikası bu quruma həvalə edildi
  • Dünən, 14:28
    Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto
  • Dünən, 13:45
    Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
  • Dünən, 13:41
    İrana hücum üçün mümkün tarix açıqlandı
  • Dünən, 12:59
    Prezidentlə xanımı Cəbrayıla getdi
  • Dünən, 11:55
    Yükdaşıma sektoruna sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
  • Dünən, 11:46
    Gürcüstanda azərbaycanlı qardaşların öldürüldüyü hadisənin - Təfərrüatı
  • Dünən, 11:09
    Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər davam etdirilir
  • Dünən, 11:01
    Sumqayıtda tuneldəki problemlə bağlı açıqlama - Video
  • Dünən, 10:59
    Putin və Zelenski arasında mümkün görüşü müzakirə edəcəklər
  • Dünən, 10:17
    Bu rayonlara qar yağıb
  • Dünən, 10:05
    Ölüm hökmlərini ömürlük həbslə əvəz etdi
  • Dünən, 09:43
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 09:22
    Vətən müharibəsinin 41-ci günü: Düşmən geri çəkilməyə məcbur edilir
  • Dünən, 09:00
    Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
  • Dünən, 17:46
    Güclü külək əsir
  • Dünən, 17:17
    DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə