• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar

Ölkə

25-06-2024, 14:29
Bakı COP29-da turist axınına hazırlaşır: gözləntilər, infrastruktur və gələcək üçün planlar

Bakıda bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan turist axınına hazırlıq üçün əsas addımlar atır. Tədbir iqlim dəyişikliyi və onunla mübarizə səyləri haqqında daha çox öyrənmək istəyən nümayəndələr, ekspertlər, media işçiləri və sadə vətəndaşlar da daxil olmaqla çox sayda qonaqlar cəlb edəcək.

Liderxeber.az-a açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov bildirib ki, tələbatın təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır: “Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub”.

Turistlərin əksəriyyətinin konfransda iştirak etməklə yanaşı, həm də ölkəni tanımaqda maraqlı olacağı gözlənilir. Buna nail olmaq üçün Azərbaycan hökuməti yerləşdirmə imkanlarını genişləndirir. Yeni mehmanxana tipli obyektlər tikir, həmçinin mövcud obyektləri modernləşdirir. Bakı ilə yanaşı, regionlarda da, xüsusilə Abşeron yarımadasında infrastruktur fəal inkişaf edir.

C.Bayramovun sözlərinə görə, Dubayda keçirilən COP-dan sonra Bakıda baş tutacaq konfransa daha da böyük marağın olacağı gözlənilir: “Bu artıq hotel rezervasiyalarının sayında da görünür. Konfrans zamanı iki zonamız olacaq - mavi və yaşıl. Yaşıl zonada, həmçinin ətraf mühitin mühafizəsi çərçivəsində ölkənin turizm imkanları haqqında daha çox məlumat əldə etmək istəyən turistlər də iştirak edəcək.

Bu baxımdan, Azərbaycanda COP29-a ev sahibliyi etmək təkcə iqlim dəyişikliyi problemləri ilə bağlı məlumatlılığın artırılması üçün deyil, həm də ölkənin turizm sənayesinin inkişafını stimullaşdırmaq üçün bir fürsət kimi qiymətləndirilə bilər.

Kəmiyyət və keyfiyyət

Azərbaycan özünü cəlbedici turizm məkanı kimi təqdim edir, qonaqlara təkcə zəngin tarix və mədəniyyət deyil, həm də heyrətamiz mənzərələr təqdim edir. Hökumət qonaqpərvərliyə də diqqət yetirir və hər bir ziyarətçinin özünü rahat hiss etməsini və unudulmaz təcrübə yaşamasını təmin etməyə çalışır.

Turizm bürosunun sədr müavini qeyd edib ki, bu gün hotellərin rezervasiyası təkcə rəsmi platforma vasitəsilə deyil, paralel olaraq digər platformalar vasitəsilə bir çox hotel və mehmanxana tipli obyektlər də bron edilir: “Biz güman edirik ki, qonaqların yerləşdirilməsi bütün ölkə üzrə, xüsusilə də Bakı və Abşeron üzrə olacaq. Bu baxımdan təkcə görməli yerlər, əyləncələr, iaşə xidmətləri deyil, bütün xidmətlərə çox yaxşı tələbat gözlənilir. Bundan bütün sənaye faydalanacaq ki, bu da ölkə iqtisadiyyatına xeyli fayda verəcək”.

Beləliklə, 2024-cü ilin sonuna qədər Azərbaycan iki böyük tədbirə ev sahibliyi edərək diqqət mərkəzində olacaq: “Formula 1” və COP29. Turist axınının misli görünməmiş səviyyəyə çatacağı gözlənilir və buna görə də hotel, mehmanxanalar, apartamentlər ilə yanaşı “Sea Breeze”də yeni yaşayış kompleksləri, müxtəlif səviyyəli yerləşmə bazalarının, Olimpiya kəndinin hazırlanması başa çatdırılır və Abşeron boyunca digər ərazilər də fəal şəkildə hazırlanır. Bununla yanaşı, hotellərin təsnifatına da xüsusi diqqət yetirilir.

C.Bayramov qeyd edib ki, bu il 200 mehmanxananın ulduz kateqoriyasına uyğunluğu qiymətləndirilib, standartlara cavab verməyən mehmanxanaların isə təkmilləşdirilməsi üçün tövsiyələr verilib: “Əvvəlki illərdə də bu istiqamətdə xeyli işlər görülüb. Biz hansı resurslara sahib olduğunu bilmək üçün bütün növ mehmanxana və turizm xidmət obyektlərini yoxladıq”.

Azərbaycan çağırışlara hazırdır

Azərbaycanın turizmin inkişafı üzrə strategiyası risksiz deyil. Geosiyasi qeyri-sabitlik gözlənilməz çağırışlara səbəb ola bilər, digər turizm istiqamətləri üzrə isə rəqabət artır. Bununla belə, Azərbaycanın turizm məkanı kimi potensialı çox böyükdür.

“Bütün dünyada müxtəlif tendensiyalar, o cümlədən geosiyasi hadisələr var və biz istəyirik ki, destinasiya strateji cəhətdən hazır olsun, çünki bu ölkədən olmasa da, digər ölkədən Azərbaycana turistlər gələ bilər”, - C.Bayramov bildirib.

Onun sözlərinə görə, infrastrukturun hazırlanması ilə paralel olaraq marketinq araşdırmaları da aparılır. Bazarlar təhlil edilir, “yaxın xaricə” və son bir neçə ildə - Çin və Hindistana xüsusilə diqqət yetirilir: “Ölkə ənənəvi istiqamətlərlə məhdudlaşmır və fəal şəkildə yenilərini kəşf edir. Eyni zamanda, əsas məsələ çox pul xərcləməyə və ölkədə daha uzun müddət qalmağa hazır, gəlirləri yüksək olan turistləri cəlb etməkdir. Turist axınını artırmaq üçün yeni birbaşa reyslərin açılması ilə bağlı danışıqlar aparılır”.

C.Bayramov vurğulayıb ki, ölkəyə gələn insanların sayı, keyfiyyət kimi vacib göstəricidir: "Turist axınında rekord il olan 2019-cu illə müqayisədə 2023-cü ildə turist axını 35 % azalıb. Buna baxmayaraq, turist xərcləri 9 % artıb. 2019-cu ildə ölkəyə rekord sayda turist gəlib - 3,2 milyon nəfər. Turizm göstəricilərinin 2024-cü ildə pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilir. Artıq bu ilin fevral ayında turistlərin sayı 2019-cu ilin eyni ayın göstəricilərini üstələyib, may ayında isə fərq cəmi bir neçə faiz təşkil edib”.

“Formula 1”in bütün biletlərin satıldığı 2023-cü ildəki uğuru nikbinlik yaratdığını qeyd edən Turizm bürosunun sədr müavini əlavə edib ki: “İlk ildə o qədər də güclü nəticə görmədik, ancaq sonrakı illərdə, xüsusən də ötən il biletlərin hamısı satıldı. Onların böyük bir hissəsi əcnəbilərə satıldı. Bu, olduqca lüks tədbirdir. Əcnəbilər “Formula 1”də çox pul xərcləyirlər, onlar ya erkən, ya da gec gəlirlər və çox vaxt müxtəlif turistik yerləri ziyarət etmək üçün əlavə bir həftə qalırlar. COP29 da çoxlu sayda qonaq cəlb edəcək, lakin biz sonra daha çox nəticələr gözləyirik”.

Beləliklə, Azərbaycan hökuməti gələcəyə nikbin baxır və COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacağına əmindir. Azərbaycanı bütün dünyadan gələn turistlər üçün daha da cəlbedici istiqamətə çevirməklə bağlı infrastrukturun inkişafı, yeni turizm məhsullarının yaradılması və bazarların şaxələndirilməsinin davam etdirilməsi planlaşdırılır.

COP29-un Azərbaycanda keçirilməsi təkcə ölkəni iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli və mütərəqqi iştirakçı kimi beynəlxalq arenada nümayiş etdirmək imkanı deyil, həm də bütövlükdə onun imicini yaxşılaşdırmaq şansıdır.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

13-01-2024, 13:14

COP29-un Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

27-05-2024, 16:25

Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

Ölkə

4-06-2024, 19:32

Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Ölkə
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
Prezident bu şəxsləri təltif etdi - Siyahı
Prezident bu şəxsləri təltif etdi - Siyahı
Əhmədlidə açıq ərazidə yanğın - Foto
Əhmədlidə açıq ərazidə yanğın - Foto
Türkiyənin bu kəndinə getsəniz, qapılardakı xüsusi işarəyə diqqət edin
Türkiyənin bu kəndinə getsəniz, qapılardakı xüsusi işarəyə diqqət edin
Siyasət
Psixatriyanın müalicə üsulları genişlənib
Bu gün, 12:30
Psixatriyanın müalicə üsulları genişlənib
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Dünən, 11:35
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
15-06-2026, 17:06
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəsmi Bakıdan ABŞ - İran razılaşmasına dair - Açıqlama
15-06-2026, 12:27
Rəsmi Bakıdan ABŞ - İran razılaşmasına dair - Açıqlama
İlham Əliyev Vladimir Putini təbrik etdi
12-06-2026, 11:09
İlham Əliyev Vladimir Putini təbrik etdi
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər
10-06-2026, 16:06
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edə bilər
Xəbər Lenti
  • Dünən, 17:28
    İngiltərə Xorvatiyaya qarşı
  • Dünən, 17:16
    AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
  • Dünən, 15:19
    Prezident bu şəxsləri təltif etdi - Siyahı
  • Dünən, 14:41
    “Fənərbaxça”nın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
  • Dünən, 14:29
    “Sabah”ın ikinci mərhələdəki rəqibi bəlli oldu - Yenilənib
  • Dünən, 14:06
    Əhmədlidə açıq ərazidə yanğın - Foto
  • Dünən, 13:19
    Türkiyənin bu kəndinə getsəniz, qapılardakı xüsusi işarəyə diqqət edin
  • Dünən, 12:30
    Psixatriyanın müalicə üsulları genişlənib
  • Dünən, 10:46
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Dünən, 10:43
    “Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
  • Dünən, 10:19
    Orqanizmdə xroniki iltihabı azaldan məhsullar
  • Dünən, 09:46
    Vens ABŞ və İran arasındakı regional sülh müqaviləsinin detallarını açıqladı
  • Dünən, 09:34
    ABŞ - İran sazişinin tam mətni yayıldı - Həmin 14 bənd
  • Dünən, 09:05
    Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
  • Dünən, 09:00
    Türkiyə parlamentinin iş müddəti uzadıldı
  • Dünən, 17:55
    Nəbatat Bağının sədri cərimələndi - İki nəfər xəsarət aldığına görə
  • Dünən, 17:20
    Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
  • Dünən, 16:22
    Nyu-Yorkda Argentina və Əlcəzair azarkeşləri arasında toqquşma oldu
  • Dünən, 16:00
    Zelenski Trampla görüşdü - Fotolar
  • Dünən, 15:55
    Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzində MÜHÜM TƏYİNAT!
  • Dünən, 15:24
    İran Livanla bağlı ABŞ qarşısında şərt qoydu
  • Dünən, 15:21
    İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
  • Dünən, 14:42
    35° isti... - Sabahın havası
  • Dünən, 14:17
    Onlara dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək - Fərman
  • Dünən, 13:40
    Rusiyada bu tarixdə seçkilər keçiriləcək - Putindən fərman
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə