• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Neftçalada “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

Ölkə

15-07-2025, 20:58
Neftçalada “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin-qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
 
Təqdimat mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,  Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan ərazilərinin maddi-mədəni irsi ilə bağlı nəşr edilən kitabların müəllifi Əfqan Vəliyev, tənqidçi, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və rayon ərazisində məskunlaşan qərbi azərbaycanlı ailələrin təmsilçiləri iştirak ediblər. 
 
Təqdimat iştirakçıları və qonaqlar ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsi  ziyarət olunub, önünə gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad edilib.
 
Təqdimat mərasimi başlamazdan öncə qədim yurdumuz olan Qərbi Azərbaycan mövzusuna aid nəşr olunan kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
 
Tədqimatdan öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbir Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və bu torpaqlarda yaşamış azərbaycanlıların məruz qaldığı ədalətsizlikləri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov  tədbirdə çıxış edərək bildirib ki, bu kitab yalnız bir elmi nəşr deyil, eyni zamanda Qərbi Azərbaycanda əsrlər boyu formalaşan zəngin mədəni-mənəvi irsin təbliği baxımından milli yaddaş kitabıdır.
 
Qərbi Azərbaycan bizim ulu babalarımızın, böyük nəsillərin ata-baba yurdudur. Bu torpaqlarda formalaşmış mədəniyyət, dil, adət-ənənələr Azərbaycan xalqının bütövlüyünün və tarixi köklərinin sübutudur. Təəssüf ki, tariximizin müəyyən mərhələlərində bu ərazilərdə kütləvi deportasiyalar baş verib. Bu gün təqdim olunan kitab həmin yaddaşın dirçəldilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətindən mühüm addımdır. 
 
Qərbi Azərbaycanda soydaşlarımıza qarşı yalnız fiziki deyil, həm də mənəvi soyqırımı törədilib. Tarixən bu torpaqlarda formalaşan mədəniyyət nümunələri — məscidlər, qəbiristanlıqlar, tarixi abidələr planlı şəkildə məhv edilib və yer adları dəyişdirilərək əsl izlər silinməyə çalışılıb.
 
Ermənistan tərəfindən müxtəlif illərdə həyata keçirilən deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından məcburi şəkildə çıxarılıb. Bu, təkcə bir xalqın torpağından deyil, həm də onun kimliyindən, tarixindən, mənəviyyatından uzaq salınması cəhdi idi. Bu günkü “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı – məhz o tarixi həqiqətlərin unudulmaması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

RİH-in başçısı əlavə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycanla bağlı aparılan məqsədyönlü fəaliyyət, bu mövzuda hazırlanan elmi əsaslı nəşrlər və beynəlxalq platformalarda səsləndirilən haqlı mövqelər, soydaşlarımızın öz yurdlarına təhlükəsiz qayıdışını təmin etməyə yönələn mühüm addımlardır. 

RİH-nin başçısı təqdimat mərasimində iştirak edən qonaqlara, eyni zamanda təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi təşəkkürünü bildirib. 
 
Tədbirdə çıxış edən digər natiqlər, Qərbi Azərbaycan İcmasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgəsi üzrə qazısı Hacı Hüsnü Həsənov,  “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, həkim-oftalmoloq, Neftçala rayonunda yaşayan Qərbi Azərbaycanlı Süsən Əliyeva kitabda toplanan, elmi əsaslandırılan faktların, statistik məlumatların, toponimlərin, mədəniyyət nümunələrinin və tarixi hadisələrin birbaşa tədqiqatçılar, müəllimlər, tələbələr və ümumilikdə cəmiyyət üçün dəyərli mənbə olduğunu qeyd edib. 
 
Nəşrin həm hüquqi baxımdan, beynəlxalq tribunalara təqdim oluna biləcək tarixi sənəd xarakteri daşıdığını bildiriblər. Beynəlxalq miqyasda bu irsin tanıdılması, dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillər üçün elmi əsaslarla toplanaraq qorunmasını vacib məsələ kimi vurğulayıblar.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

4-07-2025, 15:57

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Ölkə

10-05-2025, 23:31

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə