• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Ölkə

4-07-2025, 15:57
Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. O həmçinin qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan 30 ildən çox torpaqlarımızın da bir hissəsini işğal altında saxlamışdı. Dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti, şanlı Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, separatizmin kökü kəsilib. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması məcburi köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdışına şərait yaranıb. Hazırda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı məsələsi də regional və beynəlxalq platformalarda müzakirə olunur, bu istiqamətdə hərtərəfli iş aparılır.

Daha sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov və Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək kitabı yüksək qiymətləndiriblər. Azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara və amansız deportasiyaya, xalqımızın Qərbi Azərbaycanda tarixi-mədəni irsinin məhv edilməsinə  görə Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılacağına, on minlərlə soydaşımızın doğma torpaqlara qayıtmaq hüququnun təmin ediləcəyinə inam vurğulanıb.

Kitab iki hissədən ibarətdir. Birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilib, tədqiqatın metodologiyasından bəhs olunub. İkinci hissəsində isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.

Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Xatırladaq ki, kitabın I cildi seriyanın ilk nəşridir və bu seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. Kitab Azərbaycan, ingilis, rus dillərində çap edilib.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

7-05-2024, 11:38

Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib

Ölkə
Bu cərimənin məbləği kəskin azaldılır
Bu cərimənin məbləği kəskin azaldılır
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
DYP elektroskuter istifadəçilərinə müraciət etdi
Siyasət
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Bu gün, 17:25
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
26-10-2026, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
26-10-2026, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Xəbər Lenti
  • Bu gün, 17:36
    Kredit borcu zaminin əmlakına qadağa üçün əsas deyil
  • Bu gün, 17:25
    Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Bu gün, 16:39
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Bu gün, 16:22
    Azərbaycan Kubokunda 1:9 hesabı ilə uduzdular
  • Bu gün, 16:00
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Bu gün, 15:11
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Bu gün, 15:03
    Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
  • Bu gün, 14:37
    İspaniya Superkuboku matçları Azərbaycanda keçirilə bilər
  • Bu gün, 14:10
    DYP elektroskuter istifadəçilərinə müraciət etdi
  • Bu gün, 13:30
    İspaniyada sürət qatarları toqquşdu - 10 ölü
  • Bu gün, 12:52
    Gələn il yaşayış minimumu və ehtiyac meyarı — Bu qədər olacaq
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə