• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

Ölkə

20-06-2025, 17:11
Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə “Qanunun aliliyinin gücləndirilməsi:ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.

Simpozium çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr” mövzusunda təşkil olunmuş panelin spikeri qismində çıxış edib. Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verilib.

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir. Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb. Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin təşkili, köçkünlərin maarifləndirilməsi və reinteqrasiyası məqsədilə təbliğat-təşviqat işləri, xüsusi qaynar xətt xidmətinin yaradılması kimi təşəbbüslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yer alır.

Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləri artırması zəruri hesab olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb. Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır. Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb. 

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-06-2025, 11:43

Prezidentdən simpozium iştirakçılarına - Müraciət

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

24-04-2024, 17:46

Korrupsiyaya qarşı sistemli mübarizə aparılır

Ölkə
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Sabahın havası - Yağış, duman, şaxta
Sabahın havası - Yağış, duman, şaxta
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Bu gün, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Bu gün, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Bu gün, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Bu gün, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Bu gün, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Bu gün, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Bu gün, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Bu gün, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Bu gün, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Bu gün, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • 7-11-2026, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • 7-11-2026, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • 7-11-2026, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • 7-11-2026, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • 7-11-2026, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • 7-11-2026, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 7-11-2026, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • 7-11-2026, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə