• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

Ölkə

20-06-2025, 15:08
“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq, qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib.

Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

Tədbirdə çıxış edən ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumat verib. O, doğma yurda qayıdan əhalinin partlayıcı sursatların təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Tədbirdə Komitənin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, Sosial təminat və kommunal xidmətlər şöbəsinin müdiri Rövşən Məmmədov, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev, Hüquq və kadrlar şöbəsinin müdiri Vüsal Xəlilov, Monitorinq şöbəsinin müdir müavini Babək Bayramov, Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdir müavini Tural Qasımlı və digər nümayəndələr iştirak ediblər. Dövlət Komitəsinin nümayəndələri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Qeyd edək ki, tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və mənzil-kommunal istismar sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar nümayiş etdirilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

16-05-2025, 15:51

Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir

Ölkə

26-08-2024, 08:50

Mehriban Əliyevanın doğum günüdür

Ölkə

27-03-2025, 14:10

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Sabahın havası - Yağış, duman, şaxta
Sabahın havası - Yağış, duman, şaxta
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Dünən, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Bu gün, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Bu gün, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Bu gün, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Bu gün, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Bu gün, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Bu gün, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Bu gün, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Bu gün, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Bu gün, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Bu gün, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Bu gün, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • Dünən, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • 7-11-2026, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • 7-11-2026, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • 7-11-2026, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • 7-11-2026, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
  • 7-11-2026, 10:10
    “Döyüş yolu anbaan gözümün qarşısındadır” - Zəfərimizlə adaş olan komandir
  • 7-11-2026, 10:00
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 7-11-2026, 09:46
    Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
  • 7-11-2026, 09:22
    Prezident Şuşada açılışda - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə