• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Şuşa Bəyannaməsi Azırbaycan – Türkiyə qardaşlığın yeni mərhələsidir

Ölkə

17-06-2025, 10:14
Şuşa Bəyannaməsi Azırbaycan – Türkiyə qardaşlığın yeni mərhələsidir

Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən daha bir mesaj xalqımızın Milli Qurtuluş Günündə - 2021-ci il 15 iyun tarixində tarixi Şuşa şəhərində verildi.

Belə ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bu sənəd eyni zamanda sarsılmaz müttəfiqlik münasibətlərinin təzahürü idi. Şəksiz olaraq deyə bilərik ki, Şuşa Bəyannaməsi qardaşlığın yeni mərhələsidir. Bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafına zəmin yaradır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə olan birgə addımları özündə ehtiva edir.

Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır və bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bütün bunlarla yanaşı əraziyə yeni sərmayə qoyuluşu prosesinin stimullaşdırılması, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasında tarixi razılaşmanın rolu olduqca böyükdür. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkələrimizin beynəlxalq nüfuzunu artırır. Sözsüz ki, ölkələr arasında münasibətlərin gələcəyinin  müəyyən olunması və iki dövlət arasında əlaqələri ən yüksək səviyyəyə qaldırılmasında Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatı hesab olunur.

Hazırda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olub.

Möhtərəm Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi Şuşa Bəyannaməsinin imzalanmasının rəmzi mənası var: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Sözsüz ki, Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Bəyannamə ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.

Gülnarə Qasımova;
Neftçala rayonu

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

21-06-2024, 15:08

Türk Dünyasını yeni zəfərlərə aparan Şuşa Bəyannaməsi!

Ölkə

3-06-2024, 10:05

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Dünya

3-07-2024, 18:05

Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

Ölkə

26-05-2025, 10:26

Prezident bu şəxsləri əfv etdi - Siyahı

Ölkə
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
“BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
“BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Bu gün, 14:27
    Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
  • Bu gün, 14:12
    Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?
  • Bu gün, 13:26
    “BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
  • Bu gün, 13:18
    Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
  • Bu gün, 13:02
    Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
  • Bu gün, 13:00
    22° isti... - Sabahın havası
  • Bu gün, 12:56
    Həştərxanda Ümummilli Liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olundu - Fotolar
  • Bu gün, 12:27
    İdmançımız Avropa ikincisi oldu - Fotolar
  • Bu gün, 10:08
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:49
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 09:23
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:15
    İran Bəhreyndəki ABŞ radar sistemini vurdu
  • Bu gün, 09:10
    “Microsoft” çökdü - Bu sistemlər işləmir
  • Bu gün, 09:05
    Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
  • Bu gün, 08:59
    Bu gün millimizin oyunu var
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
  • Dünən, 16:34
    “Pilotların təlimi üçün təyyarələr alınacaq”
  • Dünən, 16:18
    Küləklə bağlı - Xəbərdarlıq
  • Dünən, 15:46
    Bakıda daha bir böyük tədbir keçiriləcək
  • Dünən, 15:00
    İndoneziyanın vitse-prezidenti saxta diplom qalmaqalına görə istefa verdi
  • Dünən, 14:12
    Bu ödənişin 50 faizini sahibkarlar üçün dövlət ödəyəcək
  • Dünən, 13:30
    9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı
  • Dünən, 12:22
    100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə