• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Möhkəm təməl davamlı uğurların əsasıdır

Ölkə

14-06-2025, 12:43
Möhkəm təməl davamlı uğurların əsasıdır

15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir.

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. 

Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycanın hər bir sahədə inkişafını təmin etmək üçün bir-birindən mühüm addımlar atmışdır. Ölkə iqtisadiyyatının inkişafı hər zaman prioritet məsələlərdən olub. Belə ki, Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək dövlətimizin ümumi inkişafına töhfələr verirlər.

Respublikamız hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə uğurlu siyasəti nəticəsində aqrar ölkə kimi tanınırdı. Pambıqçılığın, üzümçülüyün və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu addımlar, qəbul olunan qərarlar ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan aqrar sahədə əldə etdiyi uğurlu nəticələri ilə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Planlı iqtisadiyyatın mövcud olduğu həmin dövrdə bütün İttifaq respublikalarında olduğu kimi, Azərbaycanda da əhalinin ərzaq məhsullarına - toyuq, mal əti, süd və şəkərə olan tələbatı başqa respublikalardan gətirilən məhsullar hesabına ödənilirdi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ərzaq təhlükəsizliyinin təmin olunması, tələbatın daha keyfiyyətli, ekoloji cəhətdən təmiz yerli məhsullar hesabına ödənilməsi qarşıya əsas vəzifə kimi qoyuldu. İqtisadiyyatımızın 80 faizdən çoxunun özəl sektorda formalaşması, bu göstəricidə aqrar sahədə çalışanların çoxluq təşkil etməsi ölkədə əmək resurslarından səmərəli istifadəni də aktuallaşdırır.

Ulu Öndər Heydər Əliyev sənaye sahəsi ilə yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsini hər zaman xüsusi diqqətdə saxladı. Bu çağırış xüsusi yer tutdu ki, torpağı kəndliyə qaytarmadan mühüm nailiyyətlər əldə etmək mümkün deyil. Aqrar islahatlara başlanıldı. Kolxoz və sovxozların ləğv edilərək kəndliyə verilməsi ölkədə kənd təsərrüfatının inkişafına geniş imkanlar yaratdı.

Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün böyük əminliklə qeyd etdiyimiz bu rəqəm də həmin dövrdə yaradılan möhkəm təmələ əsaslanır. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezdient İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət göstərir. Rayonlar arasında ixtisaslaşmanın aparılması, eyni zamanda, həmin bölgələrdə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi, həmin sahələrin inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası da bunun bariz nümunəsidir. Fermerlərə güzəştli şərtlərlə subsidiyaların verilməsi, keyfiyyətli gübrə ilə təminatın müəyyən faizinin dövlət tərəfindən ödənilməsi, texnika ilə təchizat kənd təsərrüfatının inkişafının stimullaşdırılmasına müsbət təsir göstərir. Aqroparkların yaradılması da bu sahənin inkişafına yönələn vacib addımlar sırasındadır. Fermerlərin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi kənd təsərrüfatının bütün sahələrində böyük canlanma yaradıb. “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq” - söyləyən Prezident İlham Əliyev bütün fermer təsərrüfatlarında yüksək göstəricilərə nail olmaq üçün lazımi aqrotexniki tədbirlərin görüldüyünü bildirir. Xarici bazarlarda keyfiyyətinə görə daha çox alıcı rəğbəti qazanan meyvə və tərəvəz istehsalında dinamika daha çox hiss olunur. Dünya bazarlarında Azərbaycan brendi ilə daha geniş coğrafiyada təmsil olunmaq üçün ekoloji cəhətdən təmiz məhsulların istehsalı artırılır, ilk növbədə daxili bazarımız yerli məhsullarla zənginləşdirilir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni texnologiyaların tətbiqi və istifadə mexanizmlərinin formalaşdırılması, biznes mühitinin yaxışlaşdırılması, sahibkarlara diqqət və qayğı həyata keçirilən iqtisadi siyasətin ana xəttini təşkil edir. Ümummillli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 5 ildə tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də əsas diqqət göstərilən məsələlərdən biri bu torpaqlara qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair yeni Priortietlər” hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.

Milli Qurtuluşdan ötən 32 ildə aqrar sahədə qazanılan uğurları bir yazıda tam əhatə etmək mümkün deyil. Amma reallıq budur ki, Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Çünki möhkəm təməl davamlı uğurların əsasıdır.

Elgün Məhəmmədəlizadə,

“Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri 




Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

15-06-2024, 09:16

Qurtuluşdan inkişafa gedən yol

Ölkə

8-05-2023, 10:27

Azərbaycandakı dini konfessiya rəhbərləri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Ölkə

10-05-2023, 15:47

Qüdrət Nuriyev: Müasir müstəqil Azərbaycan Ulu Öndərin qurub yaratdığı dövlətdir

Ölkə
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
“İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Qubada iki bələdiyyənin adı dəyişdirildi
Siyasət
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Bu gün, 15:26
Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Bu gün, 13:17
Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Dünən, 17:14
Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Dünən, 14:00
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
19-10-2026, 16:30
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
19-10-2026, 15:42
“Türkiyə ilə viza rejiminin bərpası müzakirə oluna bilər”
Xəbər Lenti
  • Bu gün, 17:05
    Bakı və Sumqayıtda peyvəndlənmə başlandı
  • Bu gün, 16:55
    Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub
  • Bu gün, 16:10
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • Bu gün, 15:26
    Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
  • Bu gün, 15:00
    “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
  • Bu gün, 14:11
    Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
  • Bu gün, 14:08
    ABŞ-yə cavab olaraq “bombaların atası”nı təqdim edəcəklər
  • Bu gün, 13:38
    Paşinyan növbədənkənar seçkiləri istisna etmir
  • Bu gün, 13:17
    Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
  • Bu gün, 12:30
    Qubada iki bələdiyyənin adı dəyişdirildi
  • Bu gün, 12:10
    Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
  • Bu gün, 11:32
    “Tramp” dəmir barmaqlıqlar arxasında
  • Bu gün, 11:20
    Bu forumda Azərbaycana yeni birbaşa uçuşların açılması üzrə danışıqlar aparılır - Foto
  • Bu gün, 11:09
    Payız niyə yaz kimi keçir?
  • Bu gün, 10:51
    2 yaşlı uşaq su kanalında boğuldu
  • Bu gün, 10:38
    “Atəşgah” Sığortanın maliyyə göstəricilərində artım qeydə alınıb
  • Bu gün, 10:27
    Xaricə gedənlərin sayı azalıb
  • Bu gün, 09:49
    “Təhdid edərək müzakirələrdən danışa bilməzsiniz”
  • Bu gün, 09:35
    Atlantik okeana da adını vermək istəyib - “Google” “yox” deyib
  • Bu gün, 09:17
    Bu qidalar insult və unutqanlıq yaradır
  • Bu gün, 09:06
    İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
  • Bu gün, 09:00
    Səudiyyə Ərəbistanında hava limanına hücum - Ölən və yaralananlar var
  • Dünən, 17:14
    Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
  • Dünən, 16:25
    Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
  • Dünən, 16:00
    “Judo Club 2012” Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək - İlk dəfə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə