Böyükşor-Pirşağı yeni avtomobil yolunun 4-12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə bağlı olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, müvəqqəti dəyişiklik 6 iyun tarixində saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.