Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420kv.m. olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20kv.m. sahədə və lambirdən ibarət tavanı 20kv.m. sahədə yanıb.