• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”

Ölkə

15-05-2025, 16:05
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”

Son illərdə məktəblərdə "Son zəng" tədbirlərinin daha dəbdəbəli keçirilməsi, bunun üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxması müəyyən narazılıqlara səbəb olur. 

Liderxeber.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə məsələ ilə bağlı açıqlama verib. 

O, “Son zəng”in mahiyyətindən danışıb və bu tədbirlərin sadə keçirilməli olduğunu diqqətə çatdırıb: "Dünya əhalisi ən qədim zamanlardan başlayaraq öz fəaliyyətlərini dəyərləndirmək üçün təntənəli tədbirlər təşkil edirlər. Məsələn, insanlar ad günlərini qeyd edirlər. Bu, əslində onların yaşadıqları dövrün hesabatıdır. İnsan geriyə nəzər salır, uğurları ilə sevinir, uğursuzluqlarını aradan qaldırmaq üçün yollar axtarır. Ad günlərinin, yubileylərin keçirilməsinin fəlsəfəsi budur. 

Təhsilin müxtəlif mərhələlərini bitirdikdən sonra da insanlar öz fəaliyyətlərini təntənəli qeyd edirlər. Ölkəmizdə orta və ali məktəbi bitirəndə keçirilən “Son zəng” tədbirləri buna aiddir. Universitetlərdə bu tədbirlər daha məqsədəmüvafiq təşkil edilir. Əksər universitetlərdə bu tədbir elə ali məktəbin həyətində keçirilir. Adətən axşam tərəfi ali məktəbin həyətində qurulmuş səhnədə əvvəlcə universitet rektoru və bir neçə müəllim tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır, sonra universiteti fərqlənmə ilə bitirən tələbələrin diplomları təqdim olunur, sonda tələbələrə musiqi nömrələri təqdim olunur, onlar musiqi sədaları altında rəqs edirlər. Bəzi universitetlər həyətdə yığışmaq imkanı məhdud olduğu üçün həmin tədbiri müxtəlif konsert salonlarında, həmin ssenari əsasında təşkil edirlər. Bu tədbirin bütün maliyyə xərclərini universitet öz öhdəliyinə götürür”.

H.Əlizadə əlavə edib ki, məktəblərdə də bu tədbir adətən məktəb həyətində keçirilir. Son zamanlarda bəzi məktəb rəhbərləri müəyyən maliyyə qarşılığında bu tədbiri müəyyən şənlik məkanlarında keçirməyə üstünlük verirlər. Bu isə maddi imkanları zəif olan valideynlər arasında haqlı narazılıqlar yaradır: “Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir. Hətta bir sıra hallarda maddi tələbi ödəməyən şagirdlərin “Son zəng” tədbirinə buraxılmayacağı da bildirilir. Halbuki, “Son zəng”də iştirak etmək hər bir şagirdin haqqıdır. Onu bu tədbirdən necə kənarlaşdırmaq olar? Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Elm və Təhsil Nazirliyi, MÜTDA belə hallara qarşı həmişə mübarizə aparır”.

İctimai Şura sədri onu da vurğulayıb ki, “Son zəng” tədbirini məktəbin həyətində müəllim və şagirdlərin xatirə söhbəti, şagirdlərin özlərinin hazırladığı səhnəciklər, musiqi nömrələri əsasında təşkil etmək daha məqsədəuyğun olardı: “Hər bir şagird məmnunluq hissi ilə məktəbdən ayrılmalıdır və “Son zəng” tədbirindən sonra onun həyatında yeni mərhələ açıldığını görməlidir. Məktəbdən məmnunluq hissi ilə ayrılan şagird məktəbi onu həyata hazırlayan ocaq kimi dəyərləndirməli və hansısa bir çətinliklə üz-üzə qaldıqda məktəbə gəlib, öz müdrik müəllimləri ilə məsləhətləşməyi özlərinə rəva görməlidirlər. Mən bu il həm orta, həm də ali məktəbi bitirən bütün məzunları təbrik edir, onların hər birinə məktəbin onlara verdikləri bilik və bacarıqlarını ölkəmizin daha da inkişaf etməsinə həsr etməsini arzu edirəm”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

22-04-2024, 13:08

Birinci sinfə qəbul üzrə prioritet məktəblərin siyahısı açıqlanıb

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

14-04-2023, 13:46

Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?

Cəmiyyət

30-01-2025, 13:53

Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Bu gün Bakını bürüyən səslər... - Video
Bu gün Bakını bürüyən səslər... - Video
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Dünən, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Dünən, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • 8-11-2026, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 7-11-2026, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • 7-11-2026, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • 7-11-2026, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • 7-11-2026, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • 7-11-2026, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə