• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

BMU-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümü qeyd edildi - Fotolar

Ölkə

8-05-2025, 14:30
BMU-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümü qeyd edildi - Fotolar

Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası Xırdalan şəhər 40 saylı ərazi təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilb.

Liderxeber.az xəbər verir ki, əvvəlcə böyük dövlət xadimi Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himninin səsləndirilməsinin ardından Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, yeni dünya nizamında qüdrətli, suverenliyini qazanmış Azərbaycanın rolunun daha da artması məhz Ümummilli Liderin əsasını qoyduğu sağlam təməllər sayəsində mümkün olmaqdadır. Dahi siyasətçinin rəhbərliyi ilə sovet dövründə Azərbaycanın müttəfiq respublikalar arasında ən qabaqcıl yerə yüksəldiyini xatırladan rektor Ümummilli Liderin müstəqillik dövründə də ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisi istiqamətində atdığı mühüm addımları nəzərə çatdırıb.

Yaqub Piriyev Azərbaycanın Heydər Əliyevsiz qaldığı cəmi altı il ərzində torpaqlarımızın işğal altına düşdüyü, bir dövlət olaraq yer üzündən silinmək təhlükəsi ilə baş-başa qaldığı dövrdən ətraflı danışıb və xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəmizi bütün bu bəlalardan xilas etdiyini bildirib.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi, beynəlxalq aləmdə tanınması üçün həyata keçirdiyi siyasi, iqtisadi, mədəni islahatlardan danışıb. Bildirib ki, nüfuzlu siyasətçi Azərbaycanın qlobal iqtisadi layihələrdə iştirakını təmin etməklə ölkəmizin beynəlxalq əməkdaşlıqda yerini möhkəmlətdi, iqtisadi qüdrətini artırdı, neft gəlirləri sayəsində respublikamızın hərtərəfli inkişafını sürətləndirdi. 

Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının rəhbəri Abbas Əliyev, BMU-nun Ümumi fənlər kafedrasının professoru Abbas Seyidov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Əli Hüseynov çıxış ediblər.

Çıxışlarda ömrünü xalqımızın müstəqil, firavan yaşamasına, Azərbaycanın dünyada tanınmasına həsr edən Ulu Öndərin misilsiz xidmətlərindən, həyata keçirdiyi vacib islahatlardan danışılıb. Eyni zamanda Ümummilli Liderin ən böyük mirasının güclü, müstəqil Azərbaycan olduğu bildirilib və uğurlu gənclər siyasəti nəticəsində sağlam, vətənpərvər, savadlı nəslin formalaşdığı vurğulanıb.





Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

16-09-2024, 14:12

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Ölkə

17-07-2024, 14:47

YAP namizədlərinin adlarını açıqladı - Tam siyahı

Ölkə

2-09-2024, 07:00

MSK ilkin nəticələri açıqladı

Ölkə
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Bu gün Bakını bürüyən səslər... - Video
Bu gün Bakını bürüyən səslər... - Video
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Dünən, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Dünən, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • 8-11-2026, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 7-11-2026, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • 7-11-2026, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • 7-11-2026, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • 7-11-2026, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • 7-11-2026, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə