Sabah Milli Məclisin xüsusi iclası keçiriləcək.
Liderxeber.az-ın məlumatına görə, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Sabahkı iclas “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.