• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanda kimlər pulsuz mənzil ala bilərlər?

Ölkə

5-05-2025, 11:11
Azərbaycanda kimlər pulsuz mənzil ala bilərlər?

"Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra kimlərə pulsuz mənzillərin verilməsi ilə bağlı bizə xeyli suallar ünvanlanmaqdadır. 

Azərbaycan Prezidentinin müvafiq sərəncamları və Nazirlər Kabinetinin qərarları ilə bəzi vətəndaşlarımızın dövlətdən pulsuz mənzil almaq hüquqları var".

Liderxeber.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

O, kimlərin pulsuz mənzil ala biləcəklərinə aydınlıq gətirib: "Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri dövlət büdcəsi hesabına mənzil ilə təmin olunurlar. Eyni zamanda, 16 avqust 2021-ci il tarixə kimi uçota alınmış gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları üçün də pulsuz mənzillər nəzərdə tutulub. Yəni, gözdən əlilliyi olan vətəndaşlarımız və eləcə də valdeynlərini itirmiş uşaqlar üçün də pulsuz mənzil təminatı həyata keçirilir.

Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri üçün bu imtiyaz nəzərdə tutulub.

Pulsuz mənzil almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

Qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış ("Forma-2", evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

23-12-2024, 15:12

Hansı şəxslərin təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq?

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Cəmiyyət

22-01-2025, 11:05

Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək

Ölkə
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
Bu gün Bakını bürüyən səslər... - Video
Bu gün Bakını bürüyən səslər... - Video
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Siyasət
Bu gün Azərbaycanda Zəfər Günüdür
Dünən, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
5-11-2026, 13:40
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Xəbər Lenti
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
  • Dünən, 09:00
    “Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
  • Dünən, 08:50
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:01
    Ağdaşda möhtəşəm “Heyva Festivalı” keçirilib - FOTOLAR
  • 8-11-2026, 01:54
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • 7-11-2026, 14:18
    Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
  • 7-11-2026, 13:49
    Xankəndi Stadionunda hansı komandalar oynayacaq? - PFL açıqladı
  • 7-11-2026, 13:38
    Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar
  • 7-11-2026, 12:43
    Metronun iş rejimi 4 günlük dəyişdirilir
  • 7-11-2026, 12:03
    Xankəndi Stadionu açıldı - Fotolar
  • 7-11-2026, 11:11
    Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində - Fotolar
  • 7-11-2026, 10:26
    8 Noyabr - Qürurumuz, tariximiz, gələcəyimiz - Fotolar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə