• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Hacıqabul yumurtaları ABŞ bazarında

Ölkə

24-04-2025, 17:36
Hacıqabul yumurtaları ABŞ bazarında

Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirmişdir.

İxrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumlarının laboratoriyalarında müayinədən keçirilmiş və istehlaka yararlı hesab edilərək bazara çıxarılmışdır.

Liderxeber.az xəbər verir ki, ABŞ-da quş qripi səbəbilə yaranmış yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə edilən razılaşmaya əsasən, ilkin mərhələdə 720.000 ədəd yumurta Corciya ştatına göndərilmişdir. Bununla yanaşı, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1.080.000 ədəd yumurta üçün sifariş qəbul olunmuşdur.

Yumurtaların daşınması “Poti Logistik Parkı”nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Bu uğur Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin bariz göstəricisidir.

Afrikada da uğur: Qambiyaya ixrac artır

Şirkət eyni zamanda Afrika qitəsində də ixrac uğurlarına imza atmaqdadır. Belə ki, Qambiya Respublikasına 770.000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820.000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır.

Mövcud ixrac bazarları və genişlənmə planları

Hacıqabul Quşçuluq Şirkəti hazırda Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstana müntəzəm olaraq yumurta ixrac edir. Yalnız 2025-ci il ərzində BƏƏ-yə 26.542.800 ədəd yumurta göndərilmişdir ki, bu da ölkənin daxili yumurta balansının qorunmasına müsbət təsir göstərmişdir.

Eyni zamanda Avropa İttifaqı ölkələrinə ixrac üçün zəruri texniki və hüquqi prosedurlara start verilmiş, Körfəz ölkələri ilə isə yeni ixrac müqavilələrinin yekunlaşdırılması üzrə danışıqlar aparılır. Yaxın günlərdə bu bazarlara da məhsul tədarükünün başlanması planlaşdırılır.

Dövlət dəstəyi və strateji yanaşma

Bu uğurlar ölkə rəhbərliyinin kənd təsərrüfatı, xüsusilə quşçuluq sektoruna göstərdiyi davamlı diqqət və dəstəklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin və qeyri-neft sektoruna yönəlik islahatların nəticəsidir. Yerli istehsalçılar qlobal bazarlarda öz mövqelərini möhkəmləndirərək yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə ediblər.

Keyfiyyət standartları və innovasiya

Cari il ərzində şirkət HACCP, ISO 9001:2015 və ISO 22000:2018 beynəlxalq standartlarına uyğunluq sertifikatları ilə təltif olunmuşdur. Bu da Azərbaycan məhsullarının beynəlxalq bazarlarda etibarlılığını və rəqabət gücünü artırır.

Yaxın zamanlarda Hacıqabul Quşçuluq Şirkəti Azərbaycanda ilk dəfə pasterizə olunmuş yumurta istehsalını həyata keçirməyə hazırlaşır. Bu innovativ addım məhsulun saxlanma müddətini artırmaqla yanaşı, onun ixrac potensialını da əhəmiyyətli dərəcədə genişləndirəcək.

Ətraf mühit və yaşıl texnologiyalara keçid

1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində yaradılmış şirkət hazırda gündəlik 2 milyon, illik isə 720 milyon ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə fəaliyyət göstərən müasir laboratoriya məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə təhlil edir.

Ekoloji davamlılıq prinsiplərinə sadiq qalan şirkət, 2024-cü ilin may ayından istehsalat sahəsində bərpa olunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə edir. Bu məqsədlə qurulan 2.4 meqavat gücündə günəş panelləri sistemi, gündəlik enerji tələbatının böyük hissəsini qarşılayır, karbon emissiyasını və enerji asılılığını azaldır.

Bundan əlavə, şirkət daxili resurslar hesabına yumurta kasetləri və karton qablaşdırma materiallarının yerli istehsalını da təşkil etmişdir. Bu yanaşma həm ətraf mühitə mənfi təsiri azaldır, həm də davamlı təchizat zəncirini təmin edir.

Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyət istiqamətləri təkcə məhsul istehsalı ilə məhdudlaşmır, həm də müasir kənd təsərrüfatı idarəçiliyi, ekoloji davamlılıq və sosial məsuliyyət prinsiplərinə əsaslanan yeni bir modelin tətbiqini təcəssüm etdirir. Bu təşəbbüslər Azərbaycanın "yaşıl iqtisadiyyat" strategiyasına və qeyri-neft sektorunun davamlı inkişaf siyasətinə tam uyğun şəkildə həyata keçirilir.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

17-05-2024, 09:25

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

İqtisadiyyat

21-01-2025, 16:01

Hacıqabul Quşçuluq Şirkəti beynəlxalq İSO sertifikatlarına layiq görülüb

İqtisadiyyat

22-08-2024, 13:05

“Xiaomi” bu ilin ikinci rübündə rekord gəlir əldə edib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Ölkə
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
Siyasət
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Dünən, 14:42
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
Penitensiar xidmətə yeni rəis təyin edildi
Dünən, 13:26
Penitensiar xidmətə yeni rəis təyin edildi
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
Dünən, 12:20
Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Dünən, 14:00
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda - Foto
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 12:18
Prezident Niderland XİN rəhbərini qəbul etdi - Fotolar
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
23-10-2026, 16:10
İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman
Xəbər Lenti
  • Bu gün, 11:40
    Serbiyada İsrail səfirliyinin əməkdaşına hücum olub - Fotolar
  • Bu gün, 11:12
    Yasamalda məktəbdə bədbəxt hadisə - Şagird öldü - Yenilənib
  • Bu gün, 10:30
    Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
  • Bu gün, 10:18
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Bu gün, 10:14
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Bu gün, 10:00
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
  • Bu gün, 09:09
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • Bu gün, 09:00
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dünən, 20:54
    Vyanada Azərbaycan səssiz filmləri nümayiş olunub - FOTO
  • Dünən, 16:48
    Hansı məktəblərə nə qədər vəsait ayrılacaq?
  • Dünən, 16:39
    Hava dəyişəcək - Xəbərdarlıq
  • Dünən, 15:00
    Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı
  • Dünən, 14:42
    Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
  • Dünən, 14:30
    Avropa liderləri Putinlə danışdı
  • Dünən, 13:26
    Penitensiar xidmətə yeni rəis təyin edildi
  • Dünən, 13:23
    Sabahın havası
  • Dünən, 12:20
    Bakıda Gürcüstan səfirliyinin yeni binası tikiləcək - Ünvan açıqlandı
  • Dünən, 11:52
    Qiymətli kağızlara bu halda bütövlükdə həbs qoyulacaq
  • Dünən, 11:40
    Uçuş heyətinin iş və istirahət vaxtına - Dəyişiklik olunur
  • Dünən, 11:18
    Daha bir güləşçimiz dünya çempionu ola bilər
  • Dünən, 11:05
    “Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
  • Dünən, 10:12
    Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı - Fotolar
  • Dünən, 10:03
    Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
  • Dünən, 09:59
    İsraildə parlament seçkiləri başladı
  • Dünən, 09:40
    Qızıldan yol salırlar - Dünyada ilk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə