• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi

Ölkə

7-04-2025, 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildi

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Liderxeber.az xəbər verir ki, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub. Müşavirədə konkret tapşırıqlar verilib, Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir. Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlərə toxunan şəhər rəhbəri ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrindən danışıb: “Azərbaycan bu gün dünyanın siyasi xəritəsində irimiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyi nadir ölkələrindən biridir. Ağdam, Füzuli, Cəbrayıl şəhərləri xarabalıqlardan gözəl məkana çevrilir, Şuşanın, Xankəndinin siması gözümüzün qarşısında dəyişir. Prezident İlham Əliyevin yaratdığı iqtisadi modelin unikallığı ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı çox milyardlıq investisiya layihələri ölkənin ümumi sosial-iqtisadi inkişafına heç bir neqativ təsir göstərməyib . Üstəlik, hökumət əhalinin həssas təbəqələrinin sosial müdafiəsini prioritet vəzifə kimi qarşıya qoyub, paytaxtda və ölkənin ən ucqar güşələrində infrastrukturun təkmilləşdirilməsi üçün böyük işlər həyata keçirilir”.

Müşavirədə Eldar Əzizov Bakı şəhərinin inkişafı, mənzil fondunun yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, o cümlədən infrastrukturun inkişafı, yeni park və bağların salınması istiqamətində həyata keçirilən proqramlar barədə məlumat verib. İcra başçısı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin və hökumətin resurslarının düzgün bölüşdürülməsi strategiyasının yüksək səmərəliliyinə dəlalət edən Bakının və digər regionların inkişaf tempinin əhəmiyyətini qeyd edib: 

“Heç kimə sirr deyil ki, bütün bu layihələr milyardlarla investisiya tələb edir və bu miqyasda maliyyə vəsaitlərinin yatırılmasının ölkənin digər sahələrinə mənfi təsir etməməsi, dövlət rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi modelin uğurla işlədiyini aydın şəkildə nümayiş etdirir. Əksinə, sosial sahənin inkişafına xüsusi diqqət yetirilir, infrastrukturun yenilənməsi ilə bağlı genişmiqyaslı işlər həm paytaxtda, həm də ölkəmizin ən ucqar bölgələrində həyata keçirilir”.

Eldar Əzizov fəxrlə qeyd edib ki, Azərbaycan bütün dünyaya təkcə torpaqlarını müstəqil şəkildə azad etməklə bərabər , həm də geosiyasi qeyri-sabitlik və dünyada hökm sürən iqtisadi böhran şəraitində bu əraziləri dağıntılardan bərpa etməyə qadir olduğunu sübut edib: “Bu inkişaf tempinə və nailiyyətlərə bu gün nə MDB məkanında, nə də Şərqi Avropada heç bir ölkə sahib deyil. Beləliklə, tam əminliklə deyə bilərik ki, İlham Əliyev tərəfindən yaradılmış dövlətin siyasi-iqtisadi modeli özünü tam şəkildə doğruldub”.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

13-03-2025, 10:22

“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

Ölkə

21-08-2024, 11:47

BŞİH-də müşavirə keçirilib, icra başçılarına ciddi xəbərdarlıq edilib

Ölkə

26-01-2024, 17:32

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO

Siyasət

6-11-2023, 11:14

Pekin Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Bakıdadır

Ölkə
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Bu rayona 33 sm qar yağıb
Bu rayona 33 sm qar yağıb
Bakıda bu xəstəxana təmirə bağlanır
Bakıda bu xəstəxana təmirə bağlanır
Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
  • Dünən, 09:41
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Dünən, 09:35
    Saç tökülməsi, üşümə və yaddaş zəifliyi - Orqanizmdə bu element çatmır
  • Dünən, 09:13
    “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
  • Dünən, 09:08
    “ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə