• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Ordubadda “Novruz bayramı” təntənə ilə qeyd edilib

Ölkə

22-03-2025, 11:31
Ordubadda “Novruz bayramı” təntənə ilə qeyd edilib
Ordubad rayonunda “Novruz bayramı” münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər və rayona səfər edən qonaqlar iştirak ediblər.

Liderxeber.az xəbər verir ki, bayram şənliyi Ordubad şəhərinin mərkəzi Tədbirlər meydanında təşkil olunmuş və Novruz atributları ilə bəzədilmiş xüsusi guşələrə baxışla başlayıb. Burada milli mətbəx nümunələri, xalq sənətkarlığı məmulatları və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənib.

Tədbirin əvvəlində Novruz adətinə uyğun olaraq Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını salamlayaraq xeyir-dua verib, Novruzun xalqımıza uğur, bol ruzi-bərəkət, sülh və əmin-amanlıq gətirməsini arzulayıb. Daha sonra Novruz bayramının xalqımızın mədəni irsindəki əhəmiyyətindən, birliyimizi və həmrəyliyimizi daha da gücləndirən dəyərlərindən danışılıb. Novruzun baharın gəlişini, təbiətin yenilənməsini, sülhü və firavanlığı tərənnüm etdiyi qeyd olunub. Bayram tonqalı yandırılıb.

Bayram proqramı çərçivəsində rayonun incəsənət ustaları və folklor kollektivlərinin iştirakı ilə geniş bayram konserti təqdim olunub. Milli musiqilər, rəqslər və səhnəciklər bayramın coşqu dolu ab-havasını daha da artırıb. Uşaq-Gənclər İdman Məktəbinin gimnast və idmançılarının xüsusi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Novruzun əsas simalarından olan Kosa və Keçəlin şən zarafatları və əyləncəli çıxışları tədbirə xüsusi rəng qatıb.

Tədbirin diqqətçəkən məqamlarından biri də Ordubada məxsus qədim “Xan bəzəmə” mərasiminin təqdim edilməsi olub. Bu mərasimdə Novruz bayramı ilə bağlı xalqın məişət və dünya görüşünü əks etdirən maraqlı epizodlar canlandırılıb. Səhnədə Xan, Vəzir və Cəllad və digər obrazların iştirakı ilə dramatik və komik elementlərin sintez olunduğu tamaşa nümayiş etdirilib. Xalq arasında ənənəvi olaraq həyata keçirilən bu mərasim, həm də ədalət, hikmət və xalqın birliyinin rəmzi kimi təqdim olunub.

Bayram tədbiri yüksək əhvali-ruhiyyə şəraitində keçirilib və xalqımıza sülh, əmin-amanlıq, firavanlıq arzuları ifadə olunaraq yekunlaşıb.
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

18-10-2023, 16:00

Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Ölkə

24-06-2024, 15:11

Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı

Ölkə

25-05-2024, 19:18

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

Ölkə

9-05-2024, 12:34

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM

Ölkə
Sabah da yağış yağacaq
Sabah da yağış yağacaq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
Bu rayona 33 sm qar yağıb
Bu rayona 33 sm qar yağıb
Bakıda bu xəstəxana təmirə bağlanır
Bakıda bu xəstəxana təmirə bağlanır
Siyasət
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Zəngilan Aqroparkı yaradıldı - Fərman
5-11-2026, 16:00
Zəngilan Aqroparkı yaradıldı - Fərman
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
5-11-2026, 15:21
“Kipr məsələsində də İlham Əliyevin haqqını vermək lazımdır”
Xəbər Lenti
  • Bu gün, 14:16
    “Qalatasaray” Batrakovun maaşını 5 milyon avroya qaldıracaq
  • Bu gün, 13:31
    Şri-Lankada üç avtobus toqquşdu - 4 ölü, 70 yaralı
  • Bu gün, 13:15
    İrana hücum üçün hər gün Trampa zəng edir - KİV
  • Bu gün, 12:48
    Sabah da yağış yağacaq
  • Bu gün, 12:21
    Əbu-Dabidə Ukrayna danışıqları başladı
  • Bu gün, 12:09
    Səfərdən qayıdan sürücülərə - Xəbərdarlıq
  • Bu gün, 11:46
    Bu rayona 33 sm qar yağıb
  • Bu gün, 11:14
    Bakıda bu xəstəxana təmirə bağlanır
  • Bu gün, 11:07
    ABŞ İran təhdidinə görə təcili hərəkətə keçdi
  • Bu gün, 10:49
    Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı
  • Bu gün, 10:06
    “ABŞ çarəsiz qumarbaz kimi çırpınır” - Trampın açıqlamasını təkzib etdi
  • Bu gün, 09:54
    XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:21
    Maşın dərəyə aşdı - Ölən və yaralananlar var
  • Bu gün, 09:03
    Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs...
  • Bu gün, 09:00
    Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab
  • Dünən, 16:14
    Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq... - Fotolar
  • Dünən, 15:46
    “Ukraynanın coğrafiyası artıq dəyişib”
  • Dünən, 14:39
    Bu gün Bakını bürüyən səslər... - Video
  • Dünən, 14:21
    Mingəçevirdə Vətən müharibəsi iştirakçısı bıçaqlanıb
  • Dünən, 13:32
    Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
  • Dünən, 12:27
    Sabahın havası - Yağış, duman, şaxta
  • Dünən, 11:57
    Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir
  • Dünən, 10:50
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Dünən, 10:19
    Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
  • Dünən, 09:48
    Yapon alimlərindən inqilabi kəşf: İtirilmiş dişlər yenidən çıxa bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə