• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

Azərbaycanın media resurslarına kiberhücum: İranı hədəf göstərmək kimlərə sərf edir?

Media

21-02-2025, 17:35
Azərbaycanın media resurslarına kiberhücum: İranı hədəf göstərmək kimlərə sərf edir?

Fevralın 20-də "Global Media Group"un (GMG) nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilib.

Bu kiberhücumlarla əlaqədar Report.Az, Oxu.Az, Media.Az, Baku.ws, Caliber.Az saytlarının və Baku TV-nin fəaliyyətində problem yaranıb. Serverlərə və saytların panelinə sızmalara cəhd edilib və saytların giriş səhifələrinə şəkillər yerləşdirilib. Qeyd edilib ki, bu, adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur.

Məsələnin birinci tərəfi fərqli-fərqli vaxtlarda, dünyanın müxtəlif qurumlarına qarşı belə addımların atılmasıdır, yəni bu praktika işləkdir, sadəcə olaraq, GMG tez bir zamanda problemi aradan qaldırıb. İkinci məqam isə İranla bağlıdır. Çünki GMG-nin tərkibində fəaliyyət göstərən "Report" İnformasiya Agentliyinə daxil olarkən, İranla bağlı qruplaşmanın şəkli yerləşdirilmiş, bununla hücumun İran tərəfindən törədildiyinə diqqət çəkməyə cəhd edilmişdi. Lakin bu o demək deyil ki, təxribat, həqiqətən, İran tərəfindən törədilib. Asanlıqla deyə bilərik ki, bu fəaliyyətin arxasında Fransa, ya da Rusiyadan himayə edilən haker qruplaşması dayanıb. Fransanın neokolonializm siyasətinə qarşı çıxmağımız, "Rus evi"nin bağlanması belə qruplaşmalar üçün "səbəb" ola bilər.

Mövzunu şərh edən Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, fevralın 20-də ölkəmizin aparıcı media resurslarına qarşı xaricdən edilən kiberhücum həm informasiya təhlükəsizliyinə, həm də mətbuat azadlığına qarşı təhdiddir:

"Bu cür xain hücumlar hansısa həvəskar haker qrupunun təşəbbüsü kimi qəbul edilə bilməz. Şübhə yoxdur ki, sifariş hücumun təşkil edildiyi ölkənin yuxarı dairələrdən verilib. Məqsəd Azərbaycanın tarixi qonşusu olan İranla münasibətləri gərginləşdirmək ola bilər".

Onun sözlərinə görə, hücuma məruz qalan Report.Az, Oxu.Az, Media.Az, Baku.ws, Caliber.Az saytları və Baku TV dini və digər dəyərlərə hər zaman həssas, hörmətlə yanaşıblar:

"İranla Azərbaycan arasında münasibətlərin rəvanlaşdığı bir dövrdə belə bir hücumun edilməsi kimə, hansı qüvvələrə sərf edirdi? Bu sual ətrafında düşünmək lazımdır. Yaxud nə üçün kiberhücumun "Hüseynçilər - Azərbaycan İslam Müqaviməti Hərəkatı" tərəfindən törədildiyi görüntüsü yaradılıb? Hərəkatın fotosunun və adının hücuma məruz qalan saylarda əks etdirilməsi hələ hücumun həmin qurum tərəfindən edilməsi demək deyil. İnformasiya müharibəsində bu cür üsullardan geniş istifadə edilir. İki ölkə arasındakı münasibətləri gərginləşdirmək üçün üçüncü tərəf bu cür qızışdırıcı təxribatlara əl atırlar. Baş vermiş hadisə ilə bağlı tələsik qərar çıxarmaq bizi yanlış istiqamətə apara bilər. Çünki kiberhücumun İrana bağlı qrup tərəfindən törədildiyini düşünmək üçün əlimizdə kifayət qədər əsas yoxdur".

"Biz hücuma məruz qalan onlayn media resurslarının son dövrlərdəki fəaliyyətlərini yaxından izləsək, görərik ki, xarici ölkələrə aid ən çox tənqidi materiallar Fransa və Rusiya ilə bağlı olub. Fransanın Ermənistanı ifrat şəkildə müdafiə etməsi, Azərbaycana qarşı qərəzli mövqeyi, müstəmləkəçilik siyasəti bu saytlarda ifşa edilib. Həmçinin AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında - Qroznıda hava hücumundan müdafiə silahı ilə vurulması və nəticədə 38 nəfərin həlak olmasından sonra ölkəmizə qarşı informasiya hücumu diqqətdən yayına bilməz. Rusiya rəsmilərinin bu faciəyə görə Azərbaycandan üzr istəmək, günahkarları cəzalandırmaq əvəzinə məsuliyyəti üzərlərindən atmaları təəssüf doğurur. Ölkəmizin haqlı narazılığını və tələblərini dinləmək əvəzinə, Moskvada ayrı-ayrı dairələr, siyasətçilər qaralama kampaniyası aparırlar. Bakıda "Rus evi"nin bağlanmasından sonra çirkin hücumlar, təhdidlər daha da artıb", - deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, Azərbaycanın İranla münasibətlərinin pisləşməsi nəzəri baxımdan həm Rusiyanın, həm də Fransanın marağında ola bilər:

"Ölkələrimiz arasında münasibətlərin yaxşılaşdığı bir dönəmdə belə bir hücumun təşkili üçüncü tərəfin təxribatı da ola bilər. Bütün hallarda kibercinayətkarlığa qarşı mübarizə qurumlarının araşdırmalarının nəticələrini gözləməliyik. Yalnız bundan sonra hadisənin səbəbi barədə konkret fikir söyləmək mümkündür. Baş verənlər bir daha göstərir ki, heç bir ölkənin informasiya məkanı bu cür xain hücumlardan sığortalanmayıb.

"Global Media Group"un haker hücumunun nəticələrini tez bir zamanda aradan qaldırması media resurslarının təhlükəsizliyinin lazımi səviyyədə qorunduğunu deməyə imkan verir. İnformasiya məkanımıza qarşı təxribat törədənlərin ictimai fikri çaşdırmaq niyyətləri baş tutmadı. Düşünürəm ki, bu hücum informasiya resurslarımıza həm də bir mesajdır. Ümid edirəm ki, bundan sonra onlayn media qurumları öz təhlükəsizliklərinin təminatını daha da gücləndirəcəklər".

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Ölkə

21-07-2024, 08:59

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

Ölkə

2-01-2025, 14:04

Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ölkə

23-04-2024, 09:20

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

Media

20-02-2025, 13:03

Azərbaycanda bəzi saytlar haker hücumuna məruz qaldı

Ölkə

10-07-2024, 15:03

İranın dəyişməz xarici siyasəti - indi icraçı Məsud Pezeşkian olacaq

Ölkə
Media və Yayım Şurası yaradıldı
Media və Yayım Şurası yaradıldı
Prezident AZCON-a yeni səlahiyyət verdi
Prezident AZCON-a yeni səlahiyyət verdi
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Neftçalanın icra başçısı səyyar görüş keçirib
Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
Siyasət
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Dünən, 16:00
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
6-08-2026, 16:05
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
6-08-2026, 15:44
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Hikmət Hacıyev: Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır
5-08-2026, 16:44
Hikmət Hacıyev: Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
3-08-2026, 18:15
Səfir etimadnaməsini Ceyhun Bayramova təqdim etdi
HDQ-də buraxılış mərasimi keçirilib
3-08-2026, 15:19
HDQ-də buraxılış mərasimi keçirilib
Xəbər Lenti
  • Dünən, 16:58
    Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanılıb
  • Dünən, 16:43
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:11
    Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
  • Dünən, 16:06
    Gülnar Hacalıyevaya yüksək vəzifə verildi
  • Dünən, 16:00
    Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
  • Dünən, 15:28
    Azərbaycanda yüksək əməkhaqqılı vakansiyalar hansı sahələrə aiddir?
  • Dünən, 14:57
    Atasını donuz bilib güllələyərək öldürdü
  • Dünən, 14:16
    Jurnalist vəsiqəsinin verilməsinə görə ödəniş ləğv edildi
  • Dünən, 13:49
    “Arzum 999”un məhkəməsində yeni qərar
  • Dünən, 13:10
    Media və Yayım Şurası yaradıldı
  • 6-08-2026, 19:23
    Altı marşrutun hərəkət istiqaməti dəyişir
  • 6-08-2026, 17:47
    Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
  • 6-08-2026, 16:05
    Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yerinə təyinat olub
  • 6-08-2026, 15:44
    Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
  • 6-08-2026, 15:32
    Prezident AZCON-a yeni səlahiyyət verdi
  • 6-08-2026, 15:23
    Neftçalanın icra başçısı səyyar görüş keçirib
  • 6-08-2026, 12:45
    Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb 
  • 6-08-2026, 11:28
    Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?
  • 6-08-2026, 11:08
    İncəsənət məktəblərinə işə qəbulla bağlı imtahan keçiriləcək
  • 6-08-2026, 10:35
    Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb
  • 6-08-2026, 10:25
    Ədliyyə naziri təltif olunan əməkdaşlara medallarını təqdim edib
  • 5-08-2026, 22:23
    Hikmət Hacıyevin fikirləri "Türkiye Gazetesi"ndə təhrif olunub
  • 5-08-2026, 18:40
    AYNA, RİNN və "Bakı Metropoliteni" ekspertlərlə bir araya gəlir
  • 5-08-2026, 17:51
    Dəniz Kərimzadəyə agentlikdə vəzifə verildi
  • 5-08-2026, 17:26
    Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə