• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
  • Cəmiyyət
  • İdman

“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Media

28-12-2022, 16:13
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 27-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar. Münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:
 
“Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”
 
(Ümid Bilalov)
 
“Tarix içində şəhər, şəhər içində tarix.”
 
(Elgiz Mahmudov)
 
“Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”
 
(Laçın Cavadov)
 
“- Qədeş, məhəllədən köçən kimdir?
 
- Qırçı Cabbar.”
 
(Mehman Mehmanzadə)
 
“Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”
 
(Vahid Əsgərov)
 
“İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”
 
(Xatirə Kərimova)
 
“Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.” (Rəşad Şükürov)
 
“Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”
 
(Rəşad Cəfərov)
 
"İçərişəhər kimiyəm: meqapolis Bakıda özümə qapanmışam.”
 
(Fərid Rəsulov)
 
“Mən yaşlandım, sən dəyişmədin, Qız Qalası.”
 
(Nərgiz İbrahimova)
 
Qaliblərin hər biri müsabiqənin təşkilatçıları “Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 100 azn pul mükafatı ilə təltif ediliblər.
 
Mükafatlandırma mərasimində çıxış edən münsiflər heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki müsabiqə öz məqsədinə çatıb, təqdim olunan işlərdə lakonizm, obrazlı düşünmək bacarığı, qədim Bakıya bağlılıq və sevgi mövcud idi. Bununla yanaşı müasir kommunikasiya üslublarının yaratdığı gerçəklikdə, qısa məzmunla daha çox fikir çatdırmaq bacarığının asan olmadığı da görünürdü.
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə öz çıxışında “6 Sözlük Əhvalat” müsabiqəsinin şərtlərində hekayələrin mövzusunun İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli olduğununun heç də təsadüfi olmadığını, hekayələr dolu İçərişəhər hər daşında bir tarix yaşadığını vurğulayıb.
 
Daha sonra “Ədibin Evi”nin Himayəçilik Şurasının üzvləri Ədibə Paşayeva vəTəhsin Mütəllimov qaliblərə mükafatları təqdim edib.
 
“Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə - Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
 
Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
 
 Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

İqtisadiyyat

7-01-2023, 15:34

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib

Ölkə

9-01-2023, 12:28

Azərbaycanda iki polis faciəvi şəkildə öldü

Ölkə

9-01-2023, 12:32

Bakıda 17 bina istiliksiz qalıb - Açıqlama

Media

28-12-2022, 16:19

“Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib

Dünya

7-01-2023, 16:04

Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadılıb

Ölkə
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
“Tərcümə mərkəzinə ayrılan büdcə AYB-yə geri qaytarılmalıdır”
“Tərcümə mərkəzinə ayrılan büdcə AYB-yə geri qaytarılmalıdır”
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirildi
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirildi
Siyasət
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
11-11-2026, 13:30
Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
11-11-2026, 12:14
Ombudsman bu sahələrə daha çox maliyyə ayrılmasını təklif etdi
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
10-11-2026, 09:54
XİN-dən Atatürkün anım günü ilə bağlı - Paylaşım
Bu gün Azərbaycanda Zəfər Günüdür
8-11-2026, 01:54
Bu gün Azərbaycanda Zəfər Günüdür
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
7-11-2026, 14:18
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Prezidentlə xanımı Cəbrayıla getdi
6-11-2026, 12:59
Prezidentlə xanımı Cəbrayıla getdi
Xəbər Lenti
  • Dünən, 17:57
    İnternat məktəbinin şagirdi 1500 manat oğurlayıb dönər aldı - Bu cəza verildi
  • Dünən, 17:35
    Hamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
  • Dünən, 16:13
    “Tərcümə mərkəzinə ayrılan büdcə AYB-yə geri qaytarılmalıdır”
  • Dünən, 16:09
    Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirildi
  • Dünən, 16:00
    Temperatur 10° enəcək - Xəbərdarlıq
  • Dünən, 15:16
    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
  • Dünən, 15:00
    Məktəblərdə bir həftə dərs olmayacaq
  • Dünən, 14:27
    Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar
  • Dünən, 14:12
    Rəqəmsal uçot sistemi vətəndaşlara - Hansı üstünlükləri verəcək?
  • Dünən, 13:26
    “BBG Energy”də rəhbərlik yenidən formalaşdırıldı - Yeni təyinatlar
  • Dünən, 13:18
    Media və Yayım Şurası media subyektlərinə çağırış etdi
  • Dünən, 13:02
    Tikilən və təmir edilən məktəblərin sayı açıqlandı - Yenilənib
  • Dünən, 13:00
    22° isti... - Sabahın havası
  • Dünən, 12:56
    Həştərxanda Ümummilli Liderin adını daşıyan məktəbin 15 illiyi qeyd olundu - Fotolar
  • Dünən, 12:27
    İdmançımız Avropa ikincisi oldu - Fotolar
  • Dünən, 10:08
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Dünən, 09:49
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Dünən, 09:23
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Dünən, 09:15
    İran Bəhreyndəki ABŞ radar sistemini vurdu
  • Dünən, 09:10
    “Microsoft” çökdü - Bu sistemlər işləmir
  • Dünən, 09:05
    Tehrandan dünyaya atalar sözü ilə - Sərt xəbərdarlıq
  • Dünən, 08:59
    Bu gün millimizin oyunu var
  • Dünən, 17:56
    Bu məhsullar bahalaşıb - Siyahı
  • Dünən, 17:37
    “İranla razılaşmaya ehtiyacımız yoxdur”
  • Dünən, 17:02
    Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • (+99455) 624 24 43
  • [email protected]
  • Bakı şəhəri Kövkəb Səfərəliyeva, 16, Bakı, Nəsimi, AZ1010 Time Business Center
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Eksklüziv
  • Yenidənqurma
  • Diaspora
  • Biznes+
  • Şou-life
  • Poemart
Müəllif hüquqları qorunur. Reyd.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə